Dördüncü hissə

İşarə

Səhiheynin Raviləri və Sənədləri

1. Səhiheyn kitablarının sənədlərinin zəifliyi

Səhiheynin hədislərinin zəifliyinə birinci dəlilimiz, bu iki kitabın etibarsızlığının səbəbi bəzi hədislərin sənəd və ravilərinin zəif olmasıdır.

Hədislərin sənədi kitabın mövzusu ilə kamil şəkildə əlaqəli olduğu üçün, hədis və rical elminin mühüm bəhslərindən sayılır. Bu da kitabın doğru və yanlış olmasını müəyyənləşdirmək üçün əsas meyar və ölçüdür.

Bunu da qeyd etmək lazımdır ki, bu mövzu geniş şəkildə araşdırılmalıdır. Lakin, mətləblərin həcmini nəzərə almaqla, bu kitabın bir neçə səhifəsini xülasə şəkildə bu mövzu üçün ayırırıq. Bir neçə mövzunu araşdırdıqdan sonra bu nəticəyə gəlmişik ki, bu kitabların sənədlərinin zəifliyini göstərən ikinci dəlili oxuculara təqdim edək.

Rical elmi və Dirayətul-hədis

RICAL ELMI (1) Və DIRAYəTUL-HəDIS(2)

Hər bir rəvayətin səhih və etibarlı olmasını bilməkdən ötrü o hədisin ravisinin dini, imanı və əqidəsi araşdırılmalıdır. Çünki


1- [1] . RICAL ELMI - HəDISçILəRIN Və RAVILəRIN DOğRUSUNU YALANDAN, ETIBARLıSıNı ETIBARSıZDAN AYıRAN ELMə DEYILIR.

2- [2] . DIRAYə - HəDISLəR HAQQıNDA TəHQIQAT APARıB DOğRU HəDISLəRI SəHV HəDISLəRDəN AYıRAN ELMə DEYILIR. (MüTəRCIM).

ravinin nəql etdiyi rəvayətlər hər cür yalan və təhriflərdən uzaq olmalıdır. Bu, elə bir mühüm məsələdir ki, bütün dövrlərdə bəşəriyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Dünyanın heç bir nöqtəsində bir şəxsin doğruluğu sübuta çatmayınca onun sözlərini və ya yazılarını qəbul etmirlər. Xüsusilə də o zamanın mürəkkəb siyasi vəziyyətində vilayətin hakimiyyti ilə mübarizə apardıqda və bu kimi hallarda adətən həqiqətin təhrif olunma ehtimalı daha çox gözə dəyir.

Əgər bir şəxs bu barədə sadəlövhcəsinə davranaraq hər hədisi və ravini dəlilsiz və sənədsiz qəbul edərsə, faydasız fikirlərə və quru kəlmələrə etimad göstərərək səhvə düçar olmuşdur.

Quraini-Kərim müsəlmanlara imanı olmayan hər hansı bir ravinin sözlərinə inanmağı qadağan etmiş və bu mövzuda sadəlövhlüyün pis və Zər`ərli aqibətindən çəkindirmişdir. Bu kimi nəql olunmuş məsələlərin araşdırılmasını və onların üzərində tədqiqat aparılmasını lazım bilmişdir.(1)

Fitri anlayış və İslami olan bu əmr hədis elminin yaranmasi ilə iki başqa elmin (rical və dirayətul-hədis) də vücuda gəlməsinə səbəb oldu. Onlardan birincisi (rical elmi) ravilərin həyatını, ikincisi (dirayətul-hədis) isə ravilərin və hədislərin mətnlərində olan vəziyyəti araşdırmağı öz öhdəsinə götürmüşdür.

Bu iki elm sahəsində şiə və sünni məzhəblərindən böyük və şəxsiyyətli alimlər meydana çıxdı; rical və dirayətul-hədis üzrə qiymətli kitablar yazıldı.


1- [1] . {یَا أَیُّهَا الَّذِینَ آمَنُوا إِن جَاءَکُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَیَّنُوا أَن تُصِیبُوا قَوْمًا بِجَهَالَهٍ فَتُصْبِحُوا عَلَی مَا فَعَلْتُمْ نَادِمِین}. -" Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" “Hucurat” surəsi, ayə-6;

Dirayətul-hədis alimlərinin ravilər barədə bir sıra ciddi şərtləri vardır. Bu da onu göstərir ki, ravinin imanlı və etibarlı olması nə qədər də mühümdür. Buna görə də ravi ədalətli, imanlı, doğruluğundan əlavə həm də güclü yaddaşa malik olmalıdır.

İman, hədisin qəbul olunmasının əsas şərtidir

Bu məsələyə işarə olundu, hər hansı bir hədisi və xəbəri qəbul etməyin bir neçə mühüm şərti vardır. O şərtlərin birincisi bu hədis və xəbəri söyləyən adamın, yəni ravinin imanlı olmasıdır. Dinləyici, ya oxucu ravinin doğruçu, düz danışan və imanlı olmasını yəqin etməlidir.

Mötəbər sənədlərə əsasən, “səhiheyn” kitablarında olan hədislərin ravilərinin bir qismi sabit fikrə və imana malik olmamışlar. Tarixi dəlillərə müraciət edərkən onların doğru yoldan sapmaları və etibarsız olmaları üzə çıxır və inkaredilməzdir.

Səhiheyn” ravilərinin böyük bir qismi o adamlardır ki, qondarma hədis yazma, hədis saxtalaşdırma, Həzrət Əli (ə) ilə düşmənçilikdən başqa yalançı da olmuşlar.

Bu xüsusiyyətlər imanla düz gəlmir

Əgər yuxarıda sayılmış sifətlərdən biri hər hansı bir kəsdə olsa, onun hədisi etibardan düşəcək və sözlərinin heç bir qiyməti olmayacaqdır. Belə sifətlər isə imanlı və mömin şəxslərdə cəm ola bilməz. Bizim nəzərimizcə, imanla yalan hədis düzəltmək heç vaxt bir yerdə ola bilməz. Yəni, imanlı şəxs heç vaxt yalan hədis düzəltməz, rəvayət uydurmaz və yalan danışmaz. Belə sifətlərə malik olan şəxslərin etimadsızlığı gün kimi aydın olan bir məsələdir. Buna görə də o kəslərin etimadsızlığını sübut etməkdən ötrü dəlil gətirməkdən vaz keçirik. Amma, onların Həzrət Əli (ə) ilə düşmənçiliyini imanla düz gəlməməsinə aid

bir neçə hədisi gətirmək istəyirik. Sonra “səhiheyn” kitablarının raviləri haqqında araşdırma aparacağıq.

İndi isə belə hədislərdən bir neçə nümunə:

1). Peyğəmbər (s) buyurdu: ”Ənsarla dostluq iman əlaməti, onlara kin bəsləyib düşmən olmaq isə nifaq əlamətidir.”(1)

2). Yenə buyurur ki: “Bir müsəlmana söyüş söyüb ona lənət oxumaq fasiqlik əlaməti və günah, bir müsəlmanla müharibə etmək isə küfr və dinsizlik əlamətidir.”(2)

3). Əli (ə) buyurur: “And olsun o Allaha ki, toxum dənəsini parçalayıb bəşər övladlarını yaratdı. Bu, Allah Peyğəmbərinin (s) mənimlə bağladığı əhd-peymandır ki, “məni mömindən başqa bir kəs sevməz və münafiqdən başqa bir kəs mənimlə düşmənçilik etməz.”(3)

Səhiheyn kitablarının ravilərindən bir dəstəsinin...

SəHIHEYN KITABLARıNıN RAVILəRINDəN BIR DəSTəSININ IMANıNıN MIQDARı Və BU IMANıN TəNQIDI

Səhiheyn kitablarından nəql olunan hədislərin məzmununa, iman və əqidə barədə söylənilən mətləblərə diqqət etməklə, qeyd olunan hədislərin ravilərinin doğru danışan və düzgünlüyünün çox əhəmiyyətli olması məlum oldu.

Əziz oxucu, siz səhiheyn kitablarının ricallarından bir qrupunun və bu iki kitabın hədis ravilərinin barəsində araşdırma apararaq hökm verə bilərsiniz. O cümlədən, onların hədislərinin bir qisminin səhih, ya yanlışlığına da diqqət edə bilərsiniz. Çünki, mülahizə olunduğu kimi, Peyğəmbərin (s)


1- [1] .   حُبُّ الاَنْصارِعَلامَهُالایمان وَبُغْضُ الاَنْصَارِعَلامَهُالنِّفَاقِ .

2- [2] . قَالَ| : سبابُ الْمُسْلِمَ فُسُوقٌ وَقِتَالُهُ کُفْرٌ.

3- [3] . قَالَ عَلِی×: والذی خلق الحبهوبرءَالنسمهانه لعهدالنّبی الامّی| اِلیَّ ان لایحبُّنِی الاالمُؤمِنِ وَلایُبْغِضُنِی الامُنَافِق. “Səhihi-Buxari”, 1-ci cild, “Kitabul-iman”; “Səhihi-Muslum”, 1-ci cild, “Səbabu muslimi fsuqun və qitaluhu kufr” bölümü; “Sunəni-Nəsai”, 7-ci cild, səh. 111-112; bu barədə 12 hədis nəql olunmuşdur.

ənsara və Əliyə (ə) məhəbbət göstərmək, onları sevmək iman və onlarla ədavət və düşmənçiliyin nifaq əlaməti olduğunu bildirmişdir. Bu hədislər hər bir müsəlmanla müharibə etməyi küfr və imandan xaric olmaq kimi qiymətləndirir.

Tədqiqatçıların və rical alimlərinin nəzərinə əsasən, bu iki kitabın hədis ravilərinin bir çoxu möhkəm imana və əqidəyə malik olmamışlar. Tarixçilərin nəzərinə əsasən, bu ravilər arasında bir qrup yalan danışan və etimad olunmayan ravilər çox olmuşlar. O cümlədən, onlar arasında Əli (ə) ilə ədavət və düşmənçilik edənlər də az deyildir.

Necə ki, İbn Həcər Səhihi-Buxari kitabının hədislərinin mətnlərində və sənədlərində olan düyünləri açmaqla və bəzən də təəssübkeşliyi kənara qoymaqla bəzi həqiqətləri işıqlandırmışdır. O ravilərin adlarını qeyd etməklə bildirmişdir ki, keçmiş alimlər bu raviləri etimad olunmaz və zəif saymışlar. İbn Həcər neçə nəfərin adını sayaraq belə deyir: “Bunlar nasibi(1) və Əlinin (ə) qatı düşmənləridirlər.”(2)

 Şeyx Mötəzilə Əbu Cəfər İskafi bu barədə deyir: “ Müaviyə səhabə və tabeindən bir qrup şəxsi ona (Əliyə) tənə vurmağa və onun haqqında uydurma hədis nəql etməyə vadar etdi. Bu iş üçün çoxlu pul xərclədi. Belə ki, hər bir süst və imanı zəif olan şəxsi asanlıqla bu işə cəlb edirdi.” Sonra belə deyir: ” belə şəxslərdən Əbu Hüreyrə, Əmr ibn As, Muğeyrət ibni Şöbə və Zubeyrin oğlu Urvə idi. Onlar Əli (ə) barədə çoxlu yalanlar qoşmuşlar. Bu yolla Müaviyənin rəğbətini özlərinə cəlb edərək onu öz istədiyi ilə təmin edirdilər.”(3)


1- [1] . Nasibi – Əli (ə) və onun övladları ilə döşmənlik edən, onlara söyüş və lənət göndərən şəxslərdir.(Mütərcim).

2- [2] . “Hədyus-sari”, 2-ci cild;

3- [3] . İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” 4-cü cild, səh. 43.

Hörmətli oxucu! İskafinin saydığı Müaviyənin hədis uyduran şəxslərdən tanıtdırdığı bu bir neçə nəfər o şəxslərdirlər ki, səhiheyn kitablarında onların vasitəsilə çoxlu hədislər nəql olunmuşdur.

Ötən bəhslərdə alimlərdən bir neçə nəfərin bu iki kitabın raviləri barədə olan iradlarını nəql etmişdik. İbn Həcərin, Əbu Zər`ənin, Nəvəvinin və Əhməd Əmininin sözlərini əziz oxucuların xidmətinə çatdırmışdıq. (1)

Burada nümunə və şahid olaraq səhiheynin ricalından bir neçə nəfərin başqa alimlər tərəfindən də zəifliyini və onlar barədə olan sözlərini, ravilərin tərcümeyi-halını, yaşayış tarixini, məzhəbini və s. açıqlayırıq. Həmin tərcümeyi-hal bu ravilərin bir çoxunu tanımaqda gözəl meyar və ülgü ola bilər.

1. Əbu Hüreyrə

Səhiheyn kitablarında Əbu Hüreyrənin vasitəsilə bir çox hədislər nəql olunmuşdur. Bu hədislərin sayı 5374 ədəddir. Buxari, öz səhih kitabında Əbu Hüreyrədən 446 hədis nəql etmişdir.(2)

O, elə şəxslərdəndir ki, çox hədis nəql etməkdə tanınmış, bəlkə birinci yerdədir. Onun hədislərinin çoxluğunu belə müqayisə ilə bilmək olar ki, əhli-sünnənin “Məsanid” və başqa kitablarında dörd xəlifədən nəql olunmuş bütün hədislərin hamısının sayı 1411-dir ki, Əbu Hüreyrədən nəql olunmuş hədislərə nisbətən 27% azdır.

O, Yəmən əhlindəndir. Xeybər qalasının fəthindən sonra (hicrətin 7-ci ilində) Mədinəyə hicrət etmiş və İslam dinini qəbul etmişdir. Peyğəmbrlə (s) onun arasında münasibət,


1- [1] . “Səhihi-Buxari” və “Səhihi-Müslim” elm və təhqiq baxımından.” müraciət edin.

2- [2] . “Hədyus-sari”, 2-ci cild;.

özünün dediyinə görə üç ildən artıq olmamışdır.(1)

Əbu Hüreyrə Müaviyənin əmrlərinə çox əməl edən, hədis uyduran qrupun üzvlərindən biri idi. O cümlədən, Əli (ə) və onun sülaləsinə nisbət çoxlu nalayiq sözlər demiş, Müaviyə və başqa üç xəlifələrin barəsində isə olmayan fəzilətləri uydurmuşdur.(2)

Əbu Hüreyrə o kəsdir ki, öz zamanında da çoxlu yalan hədislər deməkdə, yalançı olması ilə günahlandırılmış və bu ittihamlar qarşısında özünə bəraət qazandırmışdır.(3)

Əbu Hüreyrənin kisəsi

Elə ki Əbu Hüreyrə yalançılığının aşkar olmasını görürdü, öz yalanına etiraf etməklə, qarşı tərəfi çıxılmaz vəziyyətdə qoyur, özünü xilas edirdi.

Buxari öz “səhih” kitabında Əbu Hüreyrədən bir hədis nəql edir ki, onun axırı çox təəccüblü bir cümlə ilə diqqəti özünə cəlb edir:

فَقَالُوا....یَاأَبَاهُریره سَمِعْتَ هَذَامِنْ رَسُولِ الله| ؟ قَال:لا,هَذَامِنْ کِیس أَبِی هُرَیْره .

Hədisin məzmunu belədir: Əbu Hüreyrə Peyğəmbərdən (s) bir hədis nəql etmişdir. Elə ki, onun axırı dinləyicilər üçün çox təəccüb edici və qəbul olunmaz oldu, cürət və cəsarət taparaq sual soruşdular: Əbu Hüreyrə! Bu cümləni də Peyğəmbərdən (s) eşitmisən?

Əbu Hüreyrə burada məcbur qalıb həqiqəti belə izah edib deyir: Xeyr, bu Əbu Hüreyrənin kisəsindəndir.(4)

Əbu Hüreyrənin tərcümeyi-halında onun dini, fərdi və ictimai şəxsiyyəti, eləcə də Müaviyənin təşkil etdiyi hədis


1- [1] . “Səhihi-Buxari”, 2-ci cild; “Əlamətun-nubuvvəti fil İslam” bölümü; Əbu Hüreyrənin tərcüməsi “Təbəqat vəl-isabə”-də;

2- [2] . “Nəhcül-bəlağənin şərhi”; “İbn Əbil Hədid”, 4-cü cild, səh. 43;

3- [3] . “Səhihi-Buxari”; “Kitabul-uyun və kitabul muzariə”; “Musnədi-Əhməd ibn Hənbəl”; “Məsanidi-Əbu Hüreyrə”;

4- [4] . “Səhihi-Buxari”, 7-ci cild; “Kitabun-nəfəqat”, 1-ci bölüm;

uyduran heyətin üzvü olması barədə çoxlu qiymətli kitablar yazılmışdır.(1)

2. Əbu Musa Əşəri

Səhiheyn kitablarının ravilərindən biri də Əbu Musa Əşəridir. Adətən əhli-sünnə məzhəbinin rical və tərcümə olunmuş kitablarında Əbu Musa barədə fəzilətlər nəql olunmuşdur.(2) Buxari də öz səhihində ondan 57 hədis nəql etmişdir.(3) Lakin o, Həzrət Əlinin (ə) qatı düşmənlərindən və İslam aləmində çox acınacaqlı hadisələr törədənlərdən biri olmuşdur. Belə ki, Əli (ə) namazında onu gördüyü işlərinə görə nifrin etmişdir.(4)

Əli (ə) Kufənin yaxınlığına çatan zaman Əmmar Yasiri və Məhəmməd ibn Əbu Bəkri Kufə əhlinin yanına göndərdi. Əbu


1- [1] . Mərhum Seyyid Şərafuddin yazdığı -“Əbu Hüreyrə” kitabı, Mərhum Əbu Rəyyə Misrinin yazdığı “Şeyxul muzirə” və s.. kimi kitablar. Mütərcim: Əbu Hüreyrədən nəql olan hədislər başqa səhabələrdən o cümlədən İbn Abbas, Əli (ə) , Əbu Zər, Miqdad, Səlman Farsi, hətta Əbu Bəkr, Ömər, Səd ibn Vəqqas və Aişənin nəql etdiyi hədislərdən çox gözə dəyir. Hansı ki, onun söylədiyi hədislərin əksəriyyətini heç kəs eşitməmiş və nəql etməmişlər. Səhihi-Buxari kitabında nəql olunan hədislərin çoxu isə Əbu Hüreyrədən nəql olunmuş rəvayətlərdir. Ummul-möminin Aişə onu bu işlərinə görə ittiham edərək “yalançı” olmasını bildirmişdir. İkinci xəlifə Ömər özü, Əbu Hüreyrəni bu işlərinə görə cəzalandırmışdır. “Təvilul muxtəlifil hədis” – ibn Quteybə Deynəvəri səh. 38-39, təzə çap səh. 41; فاِنَّ أَبا هریره صحب رسول الله|  نحواُ مِنْ ثلاث سنین، وأکثر الروایه عنه و عمّر بعده نحوا ُمِنْ خَمْسینَ سنه، و کانت وَفاتُهُ، سنه تسع وخمسین، و فیها توفیت امًّ سلم، زوج النّبیّ|، و توفیت عائشه رضی الله عنها، قبلها بسنه. فلمّا أتی من الرّوایه عنه، مالمْ یأتِ بِمثله من صحبه منجله أصحابه والسابقین الاوّلین الیه، أتّهموه وانکروا علیه، وقالوا کیْفَ سمِعْتَ هذَا وحْدک؟ و من سمعه معک؟ و کان عائشه رضی الله عنها، أشَدّهمْ إِنکاراً علَیْه، لتطاول الایام بهاوبه. و کان عمرُ أیضاً، شدیدا ًعلی من أکثر الروایه، أوأتی بخبر فی الحکم، لاشاهد له علیه... .

2- [2] .“Təzkiratul-hufaz”, 1-ci cild, səh. 21-22; və “Səhihi-Müslim”, 7-ci cild; “Səhabənin fəzilətləri” bölümü.

3- [3] . “Hədyus-sari”, 2-ci cild;

4- [4] . İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”, 4-cü cild, səh. 79;

Musa o günlərdə Kufənin valisi idi. O hələ Osmanın zamanından bu vəzifəni qoruyub saxlamışdı.

Əli (ə) göndərdiyi iki səfirin vasitəsi ilə Kufə əhlindən kömək istədi. Kufənin başçılarından bir qrupu Əbu Musanın yanına tələsdilər və onun Əliyə (ə) kömək üçün Kufədən xaric olmaları barədə Əbu Musanın nəzərini öyrənmək istədilər. Əbu Musa onların cavabında dedi: Əgər axirət yolunu istəyirsinizsə budur ki, siz öz işinizlə məşğul olun və Kufədən kənara çıxmayın. Əgər Kufədən çıxmaqla atəşli və əzablı yolu istəsəniz, bu işin məsuliyyəti sizi özünə tərəf dəvət edən o kəsin (Əlinin (ə)) boynunadır.

Əbu Musanın söylədiyi həmin bir cümlə Kufədə olan o günki məqam və vəzifəli, nüfuzlu şəxslərin bir çoxunun və Kufə qəbilələrinin şeyxlərinin Həzrət Əliyə (ə) kömək göstərməmələrinə səbəb oldu.

Bu hissəni İbn Quteybə nəql edir. Sonra Əbu Musanın Əmmara və Məhəmməd ibn Əbu Bəkrə söylədiklərini və mənbər başında Kufə camaatına olan söhbətlərini nəql etmişdir. Bu da onun sözlərində və xütbələrində iki üzlülüyünü, etiqadsızlığını və onun azğınlığını, Əliyə (ə) qarşı düşmənçiliyini çox gözəl şəkildə açıqlayır: - Əbu Musa Əşəri haqla batilin arasında fərqi ayıra bilmirdi. O, həmin kəslərdən idi ki:

واستیقنتها أنفسهم ظلماً جَحَدُوا بِهَا

_ BILə-BILə (ƏLININ _(ə)_ VILAYəTINI Və üSTüNLüYüNü) INKAR EDəRəK öZLəRINə ZüLM EDIRDILəR. _

Onun Həzrət Əliyə (ə) kömək göstərməməsi barədə Kufə məscidində etdiyi xütbəsi nifaq toxumlarının bir çox Kufə qəbilələrinin tanınmış başçıları arasında səpilməsinə səbəb oldu və onun acı bəhrələri “Siffeyn” və başqa müharibələrdə öz nəticəsini göstərdi.

Əbu Musa o kəsdir ki, “həkəmeyn” hadisəsində hökm oxunan

zaman Əbdullah ibn Öməri xilafət üçün Əlidən (ə) ləyaqətli və üstün bilirdi. Hökm oxuyaraq Əlini (ə) xilafətdən azad etdi.(1)

3. Əmr İbn Ass

Səhiheyn kitablarının ravilərindən və bu iki kitabın hədisçilərindən biri də Əmr ibn As ibn Vaildir. Onun Əli (ə) ilə müxalifətçilik etməyi və düşmənçiliyi, tarixdən azacıq belə olsun anlayışı olanlar üçün gizli və qaranlıq deyildir.

Əmr As yaşayışının tarixi səhifələri, Müaviyənin qondarma hədis düzəldən heyətləri arasında olması, Siffeyn döyüşündə Müaviyənin qoşunu sırasında iştirak etməsi, bu ədavətə möhkəm dəlildir. Əmr As Siffeyn döyüşünün sıravi iştirakçısı olmamış, bu qanlı döyüşlər onun hiylə və məkrli planları ilə hazırlanmışdı. Həkəmiyyət məsələsi onun xaincəsinə hazırladığı planların nəticəsi idi. Həmçinin, Quran vərəqələrinin nizələr üzərinə vurulması ilə bu məsələni əməli surətdə İslam aləmində, müsəlmanlar arasında hələ də düzəlməyən ayrı seçkiliyə, təriqətlərin yaranmasına və ən nəhayət Həzrət Əlinin (ə) şəhadəti ilə nəticələndi.

O cümlədən, zahirdə onun atası adlandırılmış As ibn Vail Peyğəmbərin (s) qatı və açıq düşmənlərindən biri idi. “Kovsər” surəsi As ibn Vailin Peyğəmbərə (s) söylədiyi tikanlı və təhqiramiz məsxərələrin nəticəsində nazil olmuşdur. Allah onun özünü “əbtər”, yəni “sonsuz” adlandırmışdır. Əmrin özü Əli (ə) ilə ədavət və düşmənçiliyindən əl çəkməmiş, imkan daxilində fürsət əldə etməklə səpdiyi nifaq və düşmənçilik toxumlarından faydalanmışdı.

Biz burada İmam Əlinin (ə) onun barəsində buyurduqları kəlamlardan bir neçə cümlə də qeyd edirik. O cümlədən, Əmr


1- [1] . “Əlimaməti vəs-siyasəh” 1-ci cild,

Asın yalançılığı, onun Əlinin (ə) mübarək şəxsiyyəti barədə iftira və böhtanlarını da qeyd edirik. Bu cümlələr imanda məqam və rütbəsi olan bir şəxsin, Əlinin (ə) Asın oğlu Əmr barədə buyurduqlarıdır. Bu kəlamları əziz oxucuların qarşısında xatırladır və səhiheyn kitablarında Əmr Asın səhih adlanan hədislərinin sayını açıqlayırıq.

Əli (ə) buyurur:

عَجَباً لِإِبْنِ النَّابِغَه؟ یَزعَمُ لأَهْلِ الشَّامِ أَنَّ فِیَّ دِعَابَهٌ، وَ إِنِّی امرؤ تِلْعَابَهً، أُعَافِسُ وَ أُمَارِسُ. لَقَدْ قَالَ بَاطِلاً، وَ نطق آثماً: أَمَّا وَ شَرُّ الْقَوْلِ الْکِذْبُ إِنَّهُ لَیَقُولُ فَیَکْذِبُ. وَ یَعِدُ فَیُخْلِفُ، وَیَسْأَلُ فَیَلْحَفُ، وَ یَسْأَلُ فَیَبْخَلُ، وَ یَخوَنُ الْعَهْدَ، وَ یَقْطَعُ الإِلَّ، فَإِذَا کَانَ عِنْدَ الْحَرْبِ فَأَیّ زَاجِرِ وَ آمِرِ هُوَ؟ مَا لَمْ تَأْخُذُ السُّیُوفُ مَأْخذَهَا فَإِذَا کَانَ ذَلِکَ أَکْبَرُ مکیدته أَنْ یَمْنَحَ الْقَوْمُ سبّته، أَمَا وَاللهِ إِنِّی لَیَمْنَعُنِی مِنَ اللَّعبِ ذکرُ الْمَوْتِ وَ إِنَّهُ لیَمْنُعهُ مِنْ قَوْلِ الْحَقِّ نِسْیَانُ الْأَخره، وَ إِنَّهُ لَمْ یبابَع مُعَاوِیَهَ حَتَّی شَرَطَ لَهُ أَنْ یُؤْتِیهِ أَیَهَ وَ یَرضخُ لَهُ عَلَی تَرْکِ الدَِّینِ رَضِیخهً.

Zinakar qadının oğluna təəccüb edirəm ki, yalan yolla Şam əhlinə deyir: Mən (Əli) çox zarafat edən və qulaq oynadan bir kişiyəm. Bu iş də mənim ən çox sevdiyim bir işdir. O, yalan və düzgün olmayan söz demişdir. Bu sözü ilə günaha mürtəkib olmuşdur. Agah olun! Günahların ən pisi yalandır və Əmrin ağzına aldığı hər bir söz yalanla birdir. O, bir kəsə vədə verərsə ona xilaf edər, sual və soruşmaqda çox sözü olan, cavab verməkdə isə çox paxıl və bağladığı əhd-peymanında xəyanət edəndir. Qohumlarından uzaq gəzəndir. Elə ki, döyüş meydanında hazır olur, qılınclar nə qədər ki, işə düşməyib fəsad qaynatmaq, alov yandırmaq üçün çoxlu qanun və qaydaları dilində oynadır. Elə ki, qılınclar qınından çıxdı və döyüş başladı ən böyük hiyləsi budur ki, övrətini camaata göstərir. Bilin! And olsun Allaha ölümü yad etmək məni zarafat etməkdən və oyun oynamaqdan saxlayır. Axirəti unutmaq,

Əmr Ası haqq sözü deməkdən saxlayır.(1)

O Müaviyədən hədiyyə almaq və Müaviyənin ona dinindən əl çəksin deyə böyük məbləğdə rüşvət (Misir hökumətinin) verməsi şərti ilə beyət(2) etmişdir.

Bu, Əlinin (ə) Əmr Asın əxlaqı və əqidəsi barədə olan buyurduqları idi. Əmr As, həmin şəxslərdən idi ki, Əli (ə) sübh və məğrib namazlarında ona nifrin edib lənət oxuyurdu.(3)

4. Əbdullah ibn Zubeyr

Əhli-sünnə məzhəbi arasında hədis ravisi kimi tanınmış və səhiheyn kitablarının hədisçilərindən biri də Zubeyr oğlu Əbdullahdır. Buxari öz səhih kitabında ondan on hədis nəql etmişdir. Əbdullah ibn Zubeyr Əlinin (ə) qatı düşmənlərindən, xəvaric, nasibi və müxalifətçilərindən biri idi. Cəməl döyüşündə atası Zubeyrin və Təlhənin olmasıyla qoşunun pişnamazı və imamətliyi ona həvalə olunmuşdu.(4)

Bəzi ravilərin yazdıqlarının məzmununa əsasən o, atası Zubeyri Əli (ə) ilə düşmən olmasına məcbur etmişdi. Çünki, Əli (ə) buyurmuşdur ki: “Zubeyr, oğlu böyüyənə kimi biz Əhli-beytlə idi.”(5) Yenə də nəql olunmuşdur ki, Əli (ə) Cəməl döyüşündə elə ki, Zubeyrlə üzləşdi, buyurdu: “Sənin ləyaqətsiz oğlun böyüyüb bizim aramızda təfriqə salana qədər, biz səni Əbdul Muttəlibin övladlarından və yaxşı kəslərdən sayırdıq.”(6)


1- [1] . “Nəhcül-bəlağə”, 83-cü xütbə; və “Şeyx Tusinin “Əmali” adlı kitabı, səh. 82;

2- [2] . Hakimiyyəti tanımaq .(bir növ səs verməkdir) Mütərcim.

3- [3] . Təbəri 6-cı cild, səh. 40, “İstiab”- Əbil Əvəri Sələminin tərcümeye halı- İbn Əbil Hədid 5-ci cild; səh. 79; Əbdullah ibn zubeyrin tərcümeye halı- “İstiab

4- [4] . İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” 2-ci cild; səh. 168;

5- [5] . “İstiab”, 3-cü cild; səh. 906; İbn Əbil Hədid, 2-ci cild; səh. 167;

6- [6] . “Tarixi Təbəri”, 3-cü cild, səh. 488; “Vəl imamətu vəs-siyasət”, 1-ci cild, səh. 55-56; İbn Əbil Hədid, 4-cü cild, səh. 61-62; “İstiab”, Əbdullah ibn Zubeyrin şərhi halı.

Cəməl döyüşündə elə ki, Aişənin qoşunu “Bemaul-həvəb” adlı bir məkana yetişdi, o yerin itləri hürməklə səs-küy salmağa başladılar. Aişə Məhəmməd ibn Təlhədən sual edərək bu məkanın adını soruşdu. Təlhə dedi: “Maul-həvəb”. Aişə dedi: Mən belə məsləhət görürəm ki, buradan qayıdam. Məhəmməd dedi: Niyə? Aişə cavab verdi: Çünki, Allahın rəsulundan (s) eşitdim ki, öz arvadlarına nəhy edərkən belə buyurdu: Guya görürəm ki, sizlərdən birinə “həvəb” itləri hürəcək. Sonra buyurdu: “Ya Humeyra! Özünü gözlə ki o sən olmayasan.”

Məhəmməd ibn Təlhə dedi: Allah sənə rəhm etsin bu sözləri boşla və üstündən keç. Cəmiyyət və qoşun arasında təfriqəyə bais olma. Sonra Əbdullah ibn Zubeyr yaxınlaşdı və and içdi ki, tanıtdıranlar düzgün tanıtdırmayıblar və səhv deyiblər. Sonra Aişənin inamını artırmaq üçün 50 nəfəri yalandan şəhadət verərək sözünü təsdiq etməklərinə vadar etdi.(1)

Vaqidinin, İbnul Kəlbinin və başqa tarixçilərin nəqlinə əsasən, İbn Zubeyrin Əli (ə) ilə düşmənçiliyi və ədavəti o yerə qədər idi ki, o qarşıya çıxan hər bir fürsətdə Həzrətə hörmətsizlik edirdi. Bir müddət də xilafət iddiası etdi. 40 cümə namaz xütbəsindən Peyğəmbərin (s) adını sildi. Onun bu əməli camaata ağır gəldi və axırda etiraza səbəb oldu.

İbn Zubeyr öz əməlini belə açıqlayır: Mənim Peyğəmbərin (s) adını qeyd olunmamasında məqsədim budur ki, Peyğəmbərin (s) ləyaqətsiz və geridə qalmış qohumları vardır. Peyğəmbərin (s) adını qeyd etsəm onlar sevinəcəklər. Mən isə Allah elçisinin adını dilimə gətirməməkdə və onları əzməkdə məcburam.(2)


1- [1] . “Tarixi Təbəri”, 3-cü cild, səh. 458; “Vəl imamət vəs-siyasət”, 1-ci cild, səh. 55-56; İbn Əbil Hədid 4-cü cild, səh. 61-62;

2- [2] . Həmin mənbədə.

5. İmran İbn Həttan

İmran ibn Həttan xəvaricin rəislərindən, fəqihlərindən və onların xətiblərindəndir. Əhli-sünnənin hədis ravilərindən və ricalından biri kimi tanınmışdır. Buxari öz səhih kitabında ondan hədislər nəql etmişdir.

İmranın Həzrət Əli (ə) ilə düşmənçiliyi o qədər həddini aşmışdır ki, öz məşhur şerlərində İbn Mülcəmi tərifləmiş və Həzrət Əlini (ə) öldürdüyü üçün behiştə daxil olacağını bildirmişdir. Onun nəzərincə, İbn Mülcəmin bu böyük cinayəti Allah qarşısında bütün dünya əhlinin əməllərindən fəzilətli olmasına və çəkisinin bütün camaatın əməllərindən ağır gəlməsinə səbəb olmuşdur. O, öz şerində deyir:

یَا ضَرْبَهً من تُقَی! مَا أَرَادَ بِهَا

إلاَّ لِیَبْلُغُ من ذِی الْعَرْشِ رِضْوَانًا

إِنِّی لَأَذْکُرُهُ حِینًا فَأَحْسِبُهُ

أَوْ فِی الْبَرِیَّهِ عِنْدَ الرَّحْمَانِ مِیزَانًا(1)

Əziz oxucu!

Bu, səhiheyn ravilərinin bir çoxunun həqiqi çöhrəsi idi. Belə şəxslər tərəfindən bu iki kitabda müxtəlif hədislər nəql olunmuşdur. Əziz oxuculardan xahişimiz budur ki, bir dəfə də yenidən Səhiheyn(2) kitablarının ravilərinə, onların tərcümeyi-halına diqqət etməklə, özünüz bu iki kitabın bütün hədislərinin səhihliyi barədə hökm verəsiniz.

Əvvəlki səhifələri oxumaqla həqiqətlərin üzərindən təəssübkeşlik pərdəsini götürün və Əbul Həsən Muqəddisi kimi sünni alimlərinin bəzilərinin yazılarını tapın. O yerdəki deyir:

Səhiheyn kitablarının hədislərini nəql edənlərin cərgəsində


1- [1] . Təqvalı şəxs tərəfindən vurulan bu zərbə nə gözəl zərbədir. Çünki onu Allaha yaxınlaşmaq üçün vurmuşdur.

2- [2] . Tərcümeye halları qeyd olunan şəxslər İmran ibn Həttan istisna olmaqla hamısı Buxari və Müslimin ricalından sayılırlar. Lakin, İmran təkcə Buxarinin ricalındandır. Yeddinci babda Kitabul libas bab – Nəqzus-suvər və bab:-Lobsul-hərir və s.. yerlərdə ondan hədislər nəql olunmuşdur.

duran hər bir kəs hər növ eyib, naqislik və hər cürə irad və şübhələrdən munəzzəhdir...هذاجازالقنطره (1)

Gördüyünüz kimi bu iqtibas nə qədər də yanlış və qərəzli deyilmişdir.

6-7. Buxari və Müslim (Buxari və Müslimin təəssübkeşliyi)

Bu iki kitabın zəifliyinin ikinci dəlili Səhihi-Buxari və Səhihi-Müslim kitablarının hədislərinin bir qisminin səhih olmamasının və zəifliyinin səbəblərindən biri olan, onların fövqəladə təəssübkeşliyidir. Bu iki kitabın müəlliflərinin təəssübkeşliyinin həddindən artıq çox olması yazdıqları hədislərdə belə öz əksini tapmışdır. Belə ki, təəssübkeşlik Buxaridə Müslimə nisbətən daha çox gözə dəyir.

Necə ki, “hubb” – sevgi və “boğz”- kin-küdurət həddindən artıq və ifrat dərəcəsinə çatdıqda insanı həqiqətləri dərk etməkdən saxlayır və həqiqəti görməkdə onun gözlərini kor və eşitməkdə isə qulaqlarını kar edir. Təəssübkeşlik də insanı həqiqəti dərk etməkdən saxlayır və haqqın aşkar olmasına mane olur; insanı həqiqəti ört- basdır etməyə vadar edir. Həqiqətən təəssüb özü də “sevgi və nifrət”-in vücuda gəlməsində olan amillərdən biridir. Təəssüflər olsun ki, Buxari və Müslim fövqəladə şəkildə təəssübkeşliyə mübtəla olmuş və bu hal onlara qalib gəlmişdir.

İndi isə onların təəssübkeşliyindən bir neçə nümunəyə işarə edirik:

Səhiheyn kitabları və Əlinin (ə) fəzilətləri

Buxari və Müslimün təəssübkeşliyinin dəlillərindən biri də budur ki, onlar Əlinin (ə) mühüm və məşhur fəzilətlərini onun xilafət məqamına ləyaqətli olmasını və hər bir cəhətdən ön


1- [1] . “İrşadus-sari”, 1-ci cild, səh. 21;

cərgədə olmasını bilərəkdən nəql etməmişlər.

Bu fəzilətlər və tarixi faktlar əhli-sünnə məzhəbləri arasında qəbul olunmuş məsələlərdən biridir.

Qədiri-Xum hədisi”, “Təthir ayəsi”, “Tayir Məşəvinin hədisi”, “Qapıların bağlanması” və “Ənə mədinətul elm və Əliyyun babuha” və s...(1) kimi hədislər bu iki kitabda gətirilməmişdir.

Bu fəzilətləri on nəfərdən çox səhabə nəql etmişlər ki, əhli-sünnənin mötəbər kitablarında qeyd olunmuşdur.(2)

Buxari bu fəzilətləri nəql etmək istəməmiş, lakin Müaviyə üçün məxsus bir mövzu açaraq onun barəsində hədislər nəql etmişdir. Müaviyənin fəziləti barədə Peyğəmbərdən (s) heç bir hədis nəql olunduğunu tapmadığına görə, yalnız Abbasdan iki hədis nəql etmişdir. Onların biri, onun Peyğəmbərlə (s) söhbətini, digəri isə onu fəqih adlandırdığını qeyd etmişdir.(3)

Bəli, hədis toplayan, təfsir və tarix kitabı yazmağı özünə vəzifə bilən bir şəxs səhabələrdən birinin başqası (Müaviyə) barədə olan sözünü və tərifini nəql edə bilirsə, bəs necə ola bilər ki, tarixi əzəməti və əhəmiyyəti ilə tanınan “Qədiri-Xum” barəsində olan hədisi(4) və ya “Mən elm şəhəriyəm Əli isə onun qapısıdır” hədisini unudur.

Bu dırnaqarası etinasızlıq və unutqanlıq, Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini gizlətməkdən başqa bir şey deyildir.

Bəli, “səhiheyn” kitablarının müəllifləri öz istəklərinə uyğun


1- [1] . “Təthir” ayəsi və “Qədiri-Xum” hədisini Müslim nəql etmişdir. Lakin “Qədiri-Xum” hadisəsi barədə bir hədis gətirmiş və onu da təhrif olunmuş növün nəql edib. Yüzlərlə “Qədiri-Xum” barədə olan səhih hədislərdən məhz onun bu hədisi seçməsi özü təhrifin bir növüdür.

2- [2] . “Qayətul-məram və əbəqatu vəl qədirə” müraciət olunsun.

3- [3] . “Səhihi-Buxari”, 5-ci cild; “Kitabul-fəzail”, “Zikru Müaviyə” bölümü;

4- [4] . “Mən kuntu mövlahu haza Əliyyun mövlahu”- Mən hər kimin aqasıyamsa Əli (ə) də onun ağasıdır.

olaraq bəzi həyati əhəmiyyətli məsələləri gizli saxlamaqla səy göstərmişlər ki, gələcəkdə də bu məsələlərdən heç kəsin xəbəri olmasın. Daha heç kəs xilafət məqamına kimin ləyaqətli olması barədə düşünməsin. Görəsən bu barədə- Peyğəmbərdən (s) hədis nəql olunmuşdurmu? - sualı heç kəsi düşündürməsin.

Bu məsələdə onlar müəyyən miqdarda öz məqsədlərinə nail olmuşlar. Buna görə də İbn Teymiyyə “Qədiri-Xum” hədisini rədd edərək belə deyir:

Bu hədis مَن کُنتُ مَولَاهُ فَعَلِیٌ (ع) مَولَاهُ  sihahda nəql olunmamışdır. Onu tarixçilər nəql etmişlər və düzgünlüyündə də ixtilaf vardır.”(1)

Müslimin şiələrə qarşı gülməli iftirası

Təəssüb və şəxsi qərəzin acı nəticələrindən biri də Müslimün öz səhih kitabının müqəddiməsində şiələrə qarşı yazdığı iftiradır. Elə ki, qondarma və yanlış hədislər barədə bəhs edir, izahlı surətdə belə deyir:

-“Qondarma hədislərdən biri də şiələrin Əli (ə) barədə nəql etdikləri hədislərdir. Belə ki, bu hədisdə deyilir ki, Əli (ə) buludların arasındadır.

إِنَّ الرَّافِضَهَ تَقُولُ إِنَّ عَلِیّاً فِی السِّحَابِ

Müəllif: Şiə hədisləri Rəsuli-Əkrəmin (s) zamanından yazılmış və şiələrin kəlam kitablarında geniş şəkildə qeyd olunmuşdur. O cümlədən, kitabxanalar şiə kitabları ilə doludur. Bu hədis kitablarının hər hansı birində belə bir hədis tapmaq olar?! Görəsən bütün şiə mühəddislərinin və tarixçilərinin əqidəsi bu deyil ki, Əli (ə) (ə) Kufədə, məscid və mehrab arasında İbn Mülcəm Muradinin əli ilə şəhadətə nail olmuş və indiki Nəcəfi-Əşrəfdə dəfn olunmuşdur?!

Səhihi-Buxarinin və Səhihi-Müslimün hədisləri içində qeyd


1- [1] . “Minhacus-sünnə”, 4-cü cild, səh. 12;

olunan bu hədis kimi əsası olmayan bir çox hədislər vardır. Onlara səhih donu geyindirərək müsəlmanlar arasında yaymışlar. Bu günlərdə də sünnilər həmin mətləbləri oxuyaraq onların səhih olmasını güman edir və onlara etimad bəsləyərək öz hücumlarında bu hədislərdən dəlil kimi istifadə edirlər.

Bu məsələnin kökü haradadır?!

Tarixi məlumata əsasən, Peyğəmbər (s) Qədiri-Xum günü öz mübarək əmmaməsini (Səhab)-ı iftixar taci kimi Həzrət Əlinin (ə) başına qoydu. Bəzi vaxtlar Əli (ə) o əmmamə ilə Peyğəmbərin (s) yanına gedərkən, o Həzrət fərəhlənərək buyururdu:

أقبل علی فی السحاب

Şiələr və Həzrət Əlinin (ə) tərəfdarları da Peyğəmbərin (s) sözünü böyük iftixarla təkrarlayır və onun başqa səhabələrdən üstünlüyünə görə bu cümləni söyləyirdilər:

جَاءَ عَلِیُّ فِی السِّحَابِ (1)

Lakin Müslim hədisin əslini yazmamış, uydurma və qondarma bir hədisi onun yerinə qoyaraq şiələrə aid etmişdir.

Buxari və İmam Sadiq (ə)

Səhiheyn kitablarının ravilər bəhsində bu məsələ aydın olmuşdur ki, bu kitablarda xəvaricdən(2),nasibilərdən, Peyğəmbər (s) ailəsi ilə düşmənçilik edən şəxslərdən çoxlu hədislər nəql olunmuşdur. Xüsusilə, Buxari xəvaricin başçısı və onların fəqihlərindən olan İmran ibn Həttandan hədis nəql etmişdir. Buna baxmayaraq, Buxarinin iman və təqvası İmam Sadiqdən (ə) hətta bircə dənə belə olsun hədis nəql etməyə icazə verməmişdir.


1- [1] . کان له  عمامه تسمی السحاب فوهبها علی بن ابی طالب کرم الله وجهه فکان ربماطلع علیه علی کرم الله وجهه فیقول:- أتاکم علی فی السحاب یعنی عمامته التی و هبها له . “Sireye Hələbi”, 3-cü cild, səh. 369 və “Əl-ğədir”, 1-ci cilddə bu dastanı geniş şəkildə mütaliə edə bilərsiniz.

2- [2] . Əli (ə) ilə düşmənlik edən qruplaşmalardan biri.

Bu məsələ o vaxt aydın olacaq ki, Buxarinin gözlərindən təəssübkeşlik pərdəsi götürülsün; zaman və məkan baxımından İmam Sadiqin (ə) şəxsiyyətinə və Buxariyə bir nəzər salaq.

1. Buxari zaman cəhətindən İmam Sadiqə (ə) çox yaxın olmuşdur. Təqribən 100 il o Həzrətdən (ə) sonra dünyasını dəyişmişdir.(1)

2. Buxari altı il Hicazda İmam Sadiqin (ə) elm ocağının mərkəzində olmuşdur. Hədis öyrənmək üçün şiə məzhəbinin mərkəzi olan Bağdad və Kufə şəhərlərində yaşamışdır. Bağdad və Kufəyə çox gedib-gəlmişdir. Belə ki, səfərlərinin sayını özü də yaddan çıxarmışdır.(2)

O gün İmam Sadiqin (ə) Hicaz və İraqdakı tələbələrinin sayı həddindən artıq çox idi. Fəzlin vəsiyyəti: O Həzrətin elmi o qədər idi ki, bütün əhli-sünnə camaatının qulaqlarına çatmışdı. Hətta İslam ölkələrinin ən ucqar nöqtələrinə belə gedib çıxmışdı. Onun elmindən xəbəri olan hər bir şəxs o Həzrətin (ə) qarşısında fiqh və hədis elmlərini bildiklərini iddia edə bilmirdi.

3. Buxari İmam Sadiqdən (ə) çoxlu hədis nəql edənlərin bir çoxundan hədislər nəql etmiş, lakin onların İmam Sadiqdən (ə) nəql etdikləri hədisləri isə tərk etmişdir. Bu şəxslər – Əbdul Vəhab Səqəfi, Xatəm ibn İsmail, Malik ibn Ənəs və Vəhəb ibn Xalid və s..- Buxarinin hədis nəql etdiyi adamlardan sayılırlar. (3)

İbn Teymiyyənin üzürlü səbəbi

Buxari İmam Sadiqdən (ə) hədis nəql etmədiyinə görə İbn Teymiyyə onun tərəfindən üzür istəyərək deyir: Buxari Yəhya ibn Səiddən Cəfər ibn Məhəmməd barəsində bir söz eşitmişdi. Buna görə də ondan hədis nəql etməmişdir.(4)


1- [1] . İmam Sadiqin (ə) vəfati 148 –ci il, Buxari isə 256-cı ildə baş vermişdir.

2- [2] . Əvvəlki səhifələrə “Buxarinin şərhi halı” bəhsinə müraciət et.

3- [3] . Bihil cəmi beyni ricalus-səhiheynə müraciət olunsun.

4- [4] . “Minhacus-sunnə”, 4-cü cild, səh. 133.

İbn Teymiyyə bu məsələni üstü örtülü bəyan etmiş və Yəhya ibn Səidin sözlərinə işarə etməklə kifayətlənmişdir.

Biz isə deyirik: Əgər İmam Sadiq (ə) fəzilət, təqva, elm və bilik baxımından məchul olsaydı, yaxud Buxari raviləri tanımaqda məlumatsız bir şəxs idisə, İbn Teymiyyənin üzrünü qəbul edərdik və Buxarini bu işinə görə üzürlü sayardıq. Həmçinin onun təəssübkeş bir şəxs olduğunu güman etməzdik. Lakin, həqiqət və gerçəklik bu ehtimalların hamısını təkzib edir və onun təəssübkeşliyini sübuta yetirir.

Bundan qabaq işarə etdiyimiz kimi, İmam Sadiqin (ə) şəxsiyyəti və elmi elə bir mərhələdə deyildir ki, bir nəfərin sözünü əldə əsas tutub o Həzrətin mənəvi və elmi şəxsiyyətinə şübhə ilə yanaşsınlar.

Başqa cəhətdən, Buxari rical və şəxsiyyətləri tanımaqda ixtisas sahibi idi. O, öz “Ət-tarix” kitabını ricalın seçilməsi və tanınması üçün yazmışdır. Hətta ondan nəql olunmuşdur ki, belə deyir:

Mənim yanımda əhvalatı və mətləbi olmayan hədis nəql edənlər azdır. Lakin, “Ət-tarix” adlı rical kitabımın bundan artıq geniş olmaması üçün çox açıqlama verməkdən çəkinmişəm.(1)

Belə şəraitin olması ilə onun İmam Sadiqdən (ə) hədis nəql etməməsini inad və düşmənçilikdən başqa bir şey hesab etmək olarmı?! Onun Peyğəmbər (s) ailəsindən üz çevirməsini bu ailə ilə düşmən olmasından başqa bir yerə yozmaq olarmı?!

Buxari və Müslimin Peyğəmbər ailəsi ilə aşkar düşmənçiliyi

Əziz oxucu, yazımızın bu hissəsində başqa bir nöqtəni də bu bəhsə əlavə etməyi lazım bildik. Bu vasitə ilə istəyirik ki, Buxari


1- [1] . “Tarixi Bağdadi”, 2-ci cild; səh. 7; “Zuhal İslam”, 2-ci cild; səh. 112.

və Müslimün Peyğəmbər ailəsinə olan, ədavət və düşmənliyi, həmçinin İbn Teymiyyənin yersiz üzrü aydın olsun:

Bu kitablara müraciət edib diqqət yetirməklə bunu başa düşürük ki, bu iki kitabın müəllifləri (Buxari və Müslim) 2400 nəfərdən artıq ravidən hədis nəql etmişlər(1). Nəql etdikləri hədislərin ravilərinin çoxu ya nasibi, Peyğəmbər ailəsinin düşməni və yaxud da keçmişi məchul şəxslərdir. Bu iki müəllif ya Peyğəmbər övladlarından hədis nəql etmək istəməmiş və yaxud da əgər hədis nəql etmişlərsə də özlərinin Əhli-beytin (ə) əleyhinə olan iftira, yalan və uydurmalarını nəql etmişlər. Bu səbəbdən, bu kimi iftira və uydurma hədislərin oxucuda dərin təsir buraxması və özlərinin haqlı olmalarını sübuta yetirməkdən ötrü bu hədislərin Peyğəmbər (s) ailəsindən nəql olunduğunu söyləmişlər. Buna görə də Buxari və Müslimün bu kitablarına baxarkən görürük ki, onlar Peyğəmbərin (s) əzizi olan Həsən Müctəbadan (ə) başqa, Həsən adı ilə başlayan iyirmi altı nəfər ravidən, Peyğəmbərimizin zahid övladı olan Musa ibn Cəfərdən (ə) başqa, Musa adı ilə başlayan iyirmi üç ravidən və həmçinin elmi və fəziləti dostuna və düşməninə məlum olan Peyğəmbər övladı Əli ibn Musa Ər-Rzadan (ə) başqa, Əli adı ilə başlayan otuz doqquz ravidən hədis nəql etmişlər.(2) Bəli, Buxari və Müslim nə İmam Həsən Müctəbadan (ə), nə Həzrət Musa ibn Cəfərdən (ə), nə Həzrət Rza (ə), İmam Cavad (ə), İmam Hadidən (ə), nə də Buxari ilə həm əsr olan İmam Həsən Əsgəri (ə) və İmam Zamandan (ə) (3) bir dənə də olsun hədis nəql etməmiş,


1- [1] . “Buxari” və “Müslim” bu ravilərin çoxunda müştərək bəzilərində isə ayrıdırlar.

2- [2] . Axır vaxtlarda İmam Rza (ə) tərəfindən buyurulmuş hədislər nazik iki cildli olan kitabda Cənab Ətaredi tərəfindən toplanılmış və çap olunmuşdur.

3- [3] . İmam Həsən Əsgəri (ə) Buxaridən dörd il sonra vəfat etmişdir.

həmçinin imamların şəhid, Zeyd ibn Əli ibnil Hüseyn və Həsən ibn Həsəni Musənna və onlarca imamların övladları kimi hədis raviləri və kitab sahibləri olan(1) şəxsiyyətli insanlardan hətta nümunə üçün də olsa hədis nəql etməmişlər. Buxari və Müslimün zəhmət çəkib imamlardan nəql etdikləri və gördükləri ən böyük iş ancaq bu olmuşdur ki, İmam Seyyidus-Sacidin və Zeynul Abidinə (ə) yalan və uydurma hədisləri nisbət vermişlər. Onun mübarək dilindən nəql etmişlər ki, Əmirəl-möminin (ə) və Fatimeyi-Zəhra (səlamullahi ələyha) namaza durmurdular. Rəsuli-Əkrəm (s) onları oyadardı. Əli (ə) Rəsuli-Əkrəmə (s) bir cümlə demişdi. O Həzrət də Əliyə (ə) irad edərək bu ayəni oxumuşdur:

{وَکَانَ الْإِنسَانُ أَکْثَرَ شَیْءٍ جَدَلًا}(2)

Həmçinin başqa bir hədisdə İmam Səccadın (ə) dilindən Həzrət Həmzənin şərab içib məst olmasını nəql etmişlər.(3) Elə bil Buxari və Müslimün əqidəsinə görə Əhli-beyt və Peyğəmbər ailəsinin bu iki hədisdən başqa səhih hədisləri nəql olunmayıbmış! Peyğəmbər itrətindən bu iki məsələdən savayı heç bir hökm və məsələ qalmayıbmış!! Allah elçisinin qardaşı Əli (ə) və onun cigər parəsi olan xanım Fatimə (s) yuxuya qalıb namaza oyanmaya bilərmi?! Bu ümmətin Harunu, Şubeyr və Şubbərin atası, Peyğəmbərin (s) elm şəhərinin qapısı olan Əli (ə) barədə -“İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib


1- [1] . Şəhid Zeydin buyurduğu rəvayətlər dəfələrlə çap olunmuşdur.Hal hazırda da əlimizdə vardır.

2- [2] .“Kəhf” surəsi, 54-cü ayə;

3- [3] . Biz Allahın köməyi ilə bu iki hədisi və o cümlədən ismət xanedanının barəsində uydurulmuş başqa hədisləri bu kitabın üçüncü cildində qeyd edərək onun barəsində bəhs edəcəyik.

batilə uyar)” ayəsi(1) doğru ola bilərmi? və ya Seyyiduş-Şuhəda, Əsədullah və Əsədur-Rəsul (Allahın və Peyğəmbərin şiri) adı ilə məşhur olan, cənazəsinə yetmiş təkbirlə Peyğəmbər (s) namaz qılan bir şəxs murdar əti şərabla mahnı oxuyan qadının əli ilə içərək məst ola bilərmi?!

Məlumdur ki, yuxarıda adı çəkilmiş pak və müqəddəs insanlar haqqında deyilmiş iftiralar şəxsi qərəz və düşmənçilik xarakteri daşıyır.


1- [1] . Həmin ayə.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana