Üçüncü hissə

İşarə

Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından

1

1. Səhihi-Buxari və Səhihi-Müslim, elm və təhqiq baxımından

Hər kəs əhli-sünnə alimləri tərəfindən təriflənmiş bu iki kitabı yaxşı mütaliə etsə, yazılmış kəramətləri və yuxuları oxusa, bir çox yazıçılar tərəfindən Buxari və Müslimə olan xüsusi diqqətin və marağın şahidi olacaqdır. Şübhəsiz ki, onlar məsumlardan sayılmasalar da ədalət, təqva, zöhd cəhətindən onlara şəkk-şübhə etməyəcəkdir. Onların kitabları da onun nəzərində elə cilvələnəcəkdir ki, bəzilərinin söylədiyinə əsasən: “Yer üzündə və səma altında bu iki kitabdan başqa səhih bir kitab yoxdur” və gördükləri yuxuya görə “Peyğəmbər (s) “Səhihi-Buxari” kitabını öz kitabı kimi təqdim etmişdir”, əqidəsini inkarolunmaz bir həqiqət kimi qəbul edəcəkdir.

Lakin, bu kitablara səthi bir nəzər salmaqla insan üçün hər şey aydınlaşır və həqiqət gec-tez öz yerini tapır. Qısa bir təhqiq həqiqətləri yuxu və xəyal pərdəsi arxasından çıxarır; Əhli-sünnə alimlərinin bir çoxu tərəfindən bu kitabları bir-birinin kənarında qoyaraq ağıl və ədalət tərəzisində çəkib müqayisə etdikdən sonra “səhiheyn” kitablarında olan bir çox hədisləri sənəd və mətn cəhətindən yanlış və səhv saymışlar. O cümlədən, o kitablarda olan bir çox hədislərin elm və dinlə müxalif olduğunu bildirmişlər.

Bir qrup şəxslər də təəssübkeşliyi kənara ataraq, həqiqət nöqteyi-nəzərindən Buxari və Müslimün şəxsiyyəti barədə təhqiqat aparmışlar.

Beləliklə, bu kitabın səhifələrində bu həqiqət açıqlanacaq, bu iki kitabın mahiyyəti və onların müəlliflərinin şəxsiyyəti həqiqət axtaranlara aydın olacaqdır.

Öncə, etimadlı əhli-sünnə alimlərindən bir neçə nəfərin bu iki kitab barədə apardıqları araşdırmalardan sonra söylədikləri nəzərləri nəzərinizə çatdıracağıq. Çünki, bəziləri bizim bir şiə yazarı olaraq bu kitabların tənqid etdiyimizi düşünə bilərlər. Məlum olduğu kimi, sünni məzhəbinin alimləri bu yolda bizdən öncə təhqiqatlar aparmiş, açıq-aydın bu kitabların bir çox hədislərinin düzgün olmamasında bizdən qabağa düşmüşlər. Belə şəxslərin arasında hədis alimləri və “səhiheyn” kitablarını şərh edən hörmətli və böyük alimlər də müşahidə olunur.

Onların böyük elmi məqamları və apardıqları təhqiqatlar nəticəsində bu iki kitab barədə olan nəzərlər həqiqəti daha da işıqlandırmışdır. Belə şəxslərdən Məhəmməd ibn Yəhyanı(1), rical və hədis elmində ustad olan Əbu Zər`əni, “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarına şərh yazmış Fazil Nəvəvini, İbn Həcəri, Qazi Əbu Bəkr Baqilanini, İmam Qəzalini, İbn Həmmamı, Şeyx Məhəmməd Əbduh və onun ustadı Seyyid Məhəmməd Rəşid Rza Misrini, professor Əhməd Əmini, Müsliməni və s.. bunun kimi başqa əhli -sünnə alimlərinin adlarını çəkmək olar.

Beləliklə, hədis və rical elmlərində mahir olan ustad və alimlərin bir neçəsinin “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitabları barədə olan nəzərlərini əziz oxucularımıza təqdim edirik.


1- [1] - Məhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur.

Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində

İbn Xəlləkan deyir: - “Zohəli ləqəbi ilə tanınmış Məhəmməd ibn Yəhya böyük və şəxsiyyətli alimlərdən biri, hədis əhlinin tanınmış əzbərçilərindən, Buxari və Müslimün, Əbu Davudun, Termizinin, Nəsai və İbn Macənin ustadı olmuşdur”.(1)

Zohəli bir şəxsdir ki, Əhməd ibn Hənbəl öz övladlarına və şagirdlərinə əmr etmişdir ki, ondan hədis və elm öyrənsinlər.(2)

Xətib Bağdadi deyir: “Zohəli və kəlam alimlərinin bir çoxu Qurani-Kərimin kəlmələrinin qədim(3) olmasına etiqadlı olmuşlar. Öz müxaliflərini isə bu kəlami bəhsdə kafir və mürtəd sayırdılar. Onlar deyirdilər ki: belə bir əqidəyə malik olan şəxsin həyat yoldaşı ondan ayrılmalı, özü isə tövbə etməlidir. Əgər tövbə etməsə, gərək boynu vurulsun və mal-dövləti müsəlmanlar arasında bölünsün. Həmçinin, cənazəsi müsəlman qəbristanlığında dəfn olunmamalıdır. Hər kəs bu məsələdə sakit dayansa və Qurani-Kərimin mübarək kəlmələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə inanmasa o da, kafir və mürtəd sayılır.

Əgər bir kəs Quranın kəlmələrinin məxluq olmasını düşünsə, onun da əqidəsi xarabdır. Belə bir şəxslə bir məclisdə oturmaq olmaz.


1- [1] . “Vəfəyatul-əyan”, 4-cü cild, səh. 282; Qeyd etmək lazımdır ki, Buxari öz səhihinin oruc bölümü;nda və s. otuza yaxın yerlərdə Zohəlidən (Məhəmməd ibn Yəhya Zohəlidən) hədis nəql etmişdir. Lakin, heç vaxt onun məşhur “Zohəli” ləqəbini qeyd etməmişdir. Bəzən Məhəmməd və bəzən isə Məhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin səbəbi Zohəlinin Buxari barəsində olan ”küfr dastanı”-dır ki, Buxari Nişapurdan sürgün olundu. Lakin hədisləri bu hadisədən öncə öyrəndiyinə görə onları kitabında qeyd etmiş ancaq, Zohəlinin adını yazmaqda isə səhlənkarlıq etmişdir.

2- [2] . “Tarixi Bağdad”, 4-cü cild, səh. 416;

3- [3] . Qədim və məxluq o zamanın mübahisəli əqaid bəhslərindən biridir. (Mütərcim).

Təsadüfən Buxari, o günün kəlam alimlərinin əksinə olaraq, Qurani-Kərimin mübarək kəlmələrinin məxluq olmasına inanırdı. Buna görə də Nişapura daxil olduqdan sonra orada dini rəhbərlik məqamına malik olan Zohəli əmr etdi ki: “Buxari olan məclisdə heç kəsin haqqı yoxdur iştirak etsin. Əgər bir kəs Buxarinin məclisinə gələrsə, onu ittiham edin. Çünki onunla, onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir”.

Buxari o günlərdə öz ustadı Zohəlinin və Nişapur alimlərinin çoxunun nəzərində şübhəli, yolunu azmış, xarab əqidəli şəxs kimi tanınmışdır. Özünə qarşı Nişapur əhalisinin bədbinliyini elə bir həddə qazanmışdı ki, hətta orada yaşaya bilmədi və digər bir şəhərə köçmək məcburiyyətində qaldı. Bəziləri deyirlər ki: Onu Nişapurdan sürgün etdilər, Müslim və Əhməd ibn Müslimədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar. Çünki onlar, öz şəxsiyyətlərinin, Buxarinin mənfur əqidəsi ilə ləkələnməsindən, başqalarının bədbinlik və nifrətindən amanda qalmağını istəyirdilər.

Bu tarixi hadisədən belə nəticə əldə etmək olar ki, həmin vaxtlar Buxarinin və onun yeganə şagirdi olan Müslim ibn Həccac Nişapurinin yazıları Zohəli kimi alimlər tərəfindən qınanmışdır. Bu iki kitab bu günlərdə "Səhiheyn" adı ilə əhli-sünnə məzhəbinin ən mühüm sənədləri kimi təqdim edilir. O zaman bu iki kitabın müəlliflərinin kafir adlandırılması ilə yanaşı nə dərəcədə müsəlmanların bədbinliyini özlərinə cəlb etmişlər.

Xətib Bağdadi yazır: “Məhəmməd ibn Yəhya dedi: “Bağdaddan bizim üçün yazdılar ki, Buxari Quranın kəlmələrinin məxluq olması barədə şəkk edir. Biz onu batil əqidəsindən çəkindirdik. Lakin, təsiri olmadı. Bundan sonra

əgər bir kəs onun məclisində iştirak etsə, bizim məclislərdə iştirak etməyə haqqı yoxdur.”(1)

Müslim də şübhəlidir

Zohəli nəinki Buxarinin əqidəsini doğru saymır, özünə də hörmət qoymurdu. Bəlkə, onun şagirdi Müslim ibn Həccacı da onun kimi əqidəsi xarab sayırdı. Buna görə də onu öz məclisindən qovdu və onunla oturub durmağı heç kəsə icazə vermirdi.(2)

İbn Xəlləkan deyir: “Müslim bu əqidəsinə görə Hicazın və İraqın da nifrətini qazandı və bu şəhərlərdən də qovuldu.”(3)

Bu hadisələrdən məlum olur ki, Buxari və Müslim nəinki Nişapur əhalisi tərəfindən, hətta özlərinin xas əqidələrinə görə Bağdad alimləri tərəfindən tənqid olunmuş və qınanmışdır. Bununla da Nişapur şəhərindən qovulmuşlar.

Səhiheyn Əbu Zərənin nəzərində

Əbu Zər`ə hədis, rical və başqa elmlərdə böyük mütəxəssis bir alimdir. Fazil Nəvəvi onu belə təqdim edir:

اِنْتَهَی الْحَفْظِ اِلَی ارْبَعَبَهِ مِنْ اَهلِ خُرَاسَان اَبُوذَرْعَه

_ HəDIS əZBəRLəMəK Və BU FəNDə MəHARəT QAZANMAQ DöRD NəFəRə MəXSUSDUR. ONLARDAN BIRI Də ƏBU ZəR`əDIR. _(4)

Əbu Zər`ə belə elmi məqamı ilə Müslimü və onun timsalında olanları tənqid etmiş, onları zahiri mənaları tutan bir adam kimi təqdim etmiş və “Səhihi-Müslim”kitabının bir çox


1- [1] . Bu əhvalat barədə “Tarixi-Bağdadi”-də geniş söhbət olunmuşdur. 2-ci cild; səh. 31-32; və 3-cü cild, səh. 415 və “İrşadus-sari”, 1-ci cild, səh. 38 və “Fəthul-bari”nin müqəddiməsi, 1-ci cild, səh. 978-i mütaliə edin.

2- [2] . “Dairatul-maarif” müəllifi Fərid Vəcdi, 5-ci cild; səh. 292 və ;Təzkirətul-hifaz;, 2-ci cild; səh. 589;

3- [3] . “Vafiyətul-Əyan”, 2-ci cild;. səh. 281;

4- [4] . “Təhzibul-əsma vəl-luğat”, 1-ci cild, səh. 68;

hədislərinin yanlış olduğunu bildirmişdir.

Xətib Bağdadi Səid ibn Ömər Bərzəidən nəql edir ki, dedi: “Mən Əbu Zər`ə ilə bir yerdə idim. Söhbət “Səhihi-Müslim” və ona oxşar kitablardan düşdü. Əbu Zər`ə dedi: Bunlar o şəxslərdir ki, vaxtından qabaq istəyirdilər məqam və şöhrətə çatsınlar. Özlərindən bir şey düzəldib kitab yazdılar. Öz kitablarını cilvələndirərək məqama yetişdilər.”(1)

Xətib Bağdadi yenə Səiddən nəql edərək belə deyir: “Əbu Zər`ənin yanında idim. “Səhihi-Müslim” kitabını onun yanına gətirdilər. Əbu Zər`ə baxdı. Növbə Müslimün Əsbat ibn Nəsrdən nəql etdiyi hədisə çatdı, belə dedi: - Bu hədis nə qədər də səhv və yanlışdır !

Sonra “Qutn” adına çatdıqda dedi:

-“Bu əvvəlkindən də lap pisdir”.(2)

Əbu Zər`ənin söhbətini Zəhəbi də nəql etmiş və یَشْتِفُونَ بِه (yəştifunə bih) “özlərini nümayiş etdilər” kəlməsinin əvəzinə  یَسْتِفُونَ بِه (yəstifunə bih) gətirmişdir. Yəni elə bir iş gördülər ki, onun vasitəsilə özlərini məşhurlaşdırdılar.(3)

Səhiheyn kitabları Nəvəvinin nəzərində

Fazil Nəvəvi Buxari və Müslimün səhihlərinə özü şərh yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm barədə saysız kitablar yazmasına baxmayaraq, bu iki kitabın hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, bəzən açıq şəkildə onun batil olduğunu bildirmişdir.

Səhihi-Müslimə yazdığı öz şərhinin müqəddiməsində belə deyir: “Müslim belə iddia edirdi ki: ”Mən bu kitabda təkcə öz


1- [1] . “Tarixi-Bağdadi”, 4-cü cild; səh. 273-274;

2- [2] . Həmin mənbə .

3- [3] . “Mizanul-etidal”, 1-ci cild, səh. 126;

nəzərimdə səhih olan hədisləri toplamışam. Bəlkə də topladığım hədislərin səhihliyində fikir birliyi vardır.”

Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir: “Bu iddianı sübut etmək çətindir. Çünki, elə bir şəxslər tərəfindən nəql olunmuşdur ki, onların düz danışmağı və hədislərinin səhihliyi mübahisəlidir. Biz onların bəzilərinin adlarını qeyd etmişik.”(1)

Nəvəvi “Səhihi-Müslim” kitabının şərhində yazılmış hədis barədə belə deyir: “Əba Sələmə “Bədul vəhy mövzusunda” belə nəql edir ki, Peyğəmbərə (s) nazil olan ilk surə “ Muddəssir “ surəsidir. Lakin, “Bu hədis zəif, bəlkə də batildir. Çünki, Peyğəmbərə (s) nazil olan ilk surə “Ələq” surəsi olmuşdur.”(2)

Səhiheyn kitabları İbn Həcərin nəzərinrə

İbn Həcər deyir: “Huffaz” (yəni hədis əzbərləyənlər) Səhihi-Buxarinin 110 hədisində və bu hədislərdən Müslimün 32-dənə nəql etdiyi hədislərə irad etmişlər. Həmçinin, onların düzgün və səhihliyini qəbul etməmişlər.”(3)

Yenə də İbn Həcər “Fəthul-bari” kitabının müqəddiməsində Buxarinin ricalından 300 nəfərin adlarını çəkmişdir. Belə ki, keçmiş rical elminin alimləri və hədis yazarları onları zəif və etimadsız saymışlar. (4)

Səhiheyn kitabları Qazi Əbu Bəkr Baqilaninin və başqalarının nəzərində

Qazi Əbu Bəkr Baqilani “səhiheyn” kitabında nəql olunmuş Peyğəmbərin (s) Əbdullah ibn Ubəyyə namaz qılması və Ömərin


1- [1] . “Səhihi-Müslim”ün şərhinin müqəddiməsi, səh. 16;

2- [2] . Həmin mənbə, 2-ci cild; səh. 207;

3- [3] . “Fəthul-bari”nin müqəddiməsi, 2-ci cild; səh. 18;

4- [4] . Həmin mənbə, 2-ci cild; səh. 111-183;

etirazını inkar etmişdir. İmamul Hərəmeyn demişdir: “Hədis elminin alimləri bu hədisi yanlış saymış və rədd etmişlər.”

İmam Qəzali “Mustəfa” kitabında demişdir: “Zahirən bu hədis səhih deyildir.”

Davudi demişdir: “Bu hədis düzgün hədis deyildir.”(1)

Səhiheyn kitabı İbn Həmmamın nəzərində

İbn Həmmam, “Hidayə” kitabının şərhində demişdir: “Ən səhih hədislərin “səhiheyn”-də olduğunu söyləyən hər kəsin sözü düz deyildir. Bu səhv və qəbulolunmaz bir məsələdir.”(2)

Bu ümumi surətdə söylənilənlər keçmiş alimlərin və “səhiheyn” kitablarını şərh edənlərin, bu iki kitab və onların müəllifləri barədə olan nəzərləri idi. Əgər bu iki kitabdan meydana gələn bütün şübhəli, doğru və düzgün olmayan məsələləri xırdalığına kimi toplayası olsaq, özü ayrıca böyük bir kitab olar. İndi isə əziz oxucuları əsrimizin böyük əhli-sünnə alimlərinin bu iki kitab barədə olan nəzərlərini diqqətinizə çatdırırıq.

Səhiheyn kitabları Şeyx Məhəmməd Əbduhun nəzərində

Seyyid Məhəmməd Rəşid Rza Misir alimi və Şeyx Məhəmməd Əbduhun seçilmiş şagirdlərindən biridir. O, öz ustadının nəzərlərini “Əl-mənar” adlı təfsir kitabında toplamışdır. Əvvəlcə İbn Həcərin sözlərini nəql etmişdir ki o, belə deyir: “Hafizlər səhiheynin 110 hədisinə irad tutmuşdur ki, Müslim bu hədislərin 32-ni öz kitabında nəql etmişdir. Başqa 78 hədisi Buxari özü xüsusi surətdə nəql etmişdir. Bundan əlavə,


1- [1] . Həmin mənbə, 9-cu cild, “Bəraət” surəsinin təfsiri.

2- [2] . “Əzvaun əla sunnətil Məhəmmədiyyə (s) ”, səh. 312; Qeyd etmək lazımdır ki hafiz o kəsə deyilir ki 1000-dən çox hədisi sənəd və mənbə cəhətindən düzgün əzbər və hifz etmiş olsun.

hafizlər Buxarinin kitabında gəlmiş hədisçilərdən 80 nəfərdən çoxunu və Müslimün kitabında olan hədisçilərdən 160 nəfəri zəif və qeyri-mötəbər saymışlar.” İbn Həcər yenə əlavə edərək bildirir ki: “Səhiheyn kitablarında, hədislər içində mənim səhv tutduğum və qeyri-mötəbər saydığım hədislərin sayı 210 -dur. Bu sayın 70-dən çoxunu Buxari, yerdə qalanını isə Müslim nəql etmişdır “.(1)

Seyyid Məhəmməd Rəşid Rza sonra əlavə edir ki: “Əgər İbn Həcərin söylədiklərini oxusanız və onun hədislər barədə tutduğu iradlara nəzər etsəniz görəcəksiniz ki, o hədis elmini güclü bildiyi üçün belə iradlar etmişdir. Amma, onun Fəthul-Bari adlı şərhini oxusanız görərsiniz ki: O, çox hədislərə irad tutmuşdur. Onun iradları əvvəlcə nəql olunmuş bəzi hədislərə aid olmamışdır. Kitabında olan iradlar bəzən məna cəhətindən, bəzən hədislərin bir-biri ilə ziddiyyətli olmasından və bəzən də başqa cəhətlərdən qeyd olunmuşdur. İbn Həcərin adını çəkdiyi irad tutulmuş hədislərin xülasəsi həddindən artıq çoxdur. Hədislərdə olan iradlra baxmayaraq, onlara bəraət qazandırmaq və ya başqa yerə yozmaq üçün çox çalışmışdır. Onları doğru hədislər kimi qələmə verərək səy göstərmişdir ki, bəlkə bu yozumların bir qismi qaneedici olsun. Lakin, o hədislərdə elə hissələr var ki, heç vaxt oxucunu qane etmir.” (2)

Şeyx Məhəmməd Əbduh, Peyğəmbərin (s) “Əbdullah ibn Ubəyyə namaz qılması əhvalatı”-nda bu hədisin rədd olunması barədə bir neçə alimin sözlərini nəql etdikdən Sonra belə deyir: “Həqiqətən bu hədis əvvəl söylənilən rəvayətlə ziddiyyət təşkil edir. O kəslər ki, məzhəbin üsulu və qəti dəlillərinə (Qurani-


1- [1] . Bu hissəni İbn Həcər “Hədyus-sari”-da 2-ci cild; səh. 81-də qeyd etmişdir.

2- [2] . Əzvaun ələs-sunnəti Məhəmmədiyyə səh. 274.

Kərim) şübhəli hədislərdən daha çox diqqət edirlər, bu hədisin cavabında heç bir cavabları yoxdur. Yeganə cavabları bu ola bilər ki, desinlər: “Bu hədis doğru deyildir.”(1)

Səhiheyn kitabları Əhməd Əminin nəzərində

Misirin tanınmış alimi professor Əhməd Əmin səhiheyn kitabları barədə deyir: “Hafizlər Buxarinin təqribən 80 nəfər hədisçilərinin zəif olduğunu bildirmişlər. Bu, böyük bir çətinliyin meydana gəlməsinə səbəb olmuşdur. Çünki, zəif sayılmış bu şəxslərin bir çoxu etibarı olmayan və yalançı şəxslərdir. Belə olduqda isə məsələ aydındır. Lakin, onlardan bəzilərinin tərcümeyi-halı qeyri-müəyyən və şəxsiyyətlərinin isə məlum olmadığı bildirilir. Belə olmağı işi çətinləşdirir. Səhihi-Buxarinin sənədlərdə istinad etdiyi, tərcümeyi-halı məlum olmayan belə şəxslərdən biri Əkrəmə Mövla ibn Əbbasdır. Bu şəxs öz hədisləri ilə aləmi doldurmuşdur. Lakin, rical alimlərindən bəziləri onun yalançı, xəvaricin yolunu gedən, əmirlərdən hədiyyə alan və çoxlu yalanlar nəql edən bir şəxs olduğunu bildirirlər.”

Professor Əhməd Əmin onun yalançılığını isbat etmək üçün bir neçə tarixi şahidləri qeyd etdikdən Sonra belə əlavə edir: “Buxarinin nəzərində Əkrəmə Mövla ibn Əbbas doğru şəxs kimi tanınmış və öz səhihində ondan çoxlu hədislər nəql etmişdir. Lakin, Müslimün nəzərində isə o doğru adam deyil və onun hədislərinə etimad etmək olmaz. Müslim ondan “həcc” mövzusunda başqa bir hədisi təsdiq etmək üçün yalnız bir hədis nəql etmişdir.”(2)


1- [1] . “Əl-mənar”, 1-ci cild, səh. 671;

2- [2] . “Zuhəl İslam”, 2-ci cild; səh. 117-118; Buxarinin ustadı

Səhihi-Buxari kitabı Müslimənin nəzərində

Müslimənin yazdığına görə, “Buxari” öz “səhih”- kitabını qələmə alarkən onu başqasından oğurlayaraq səhv iş görmüşdür. Gördüyü bu qəbahət iş onsuz da onun zəif olan elmi şəxsiyyətinə, əxlaqına və yazdığı kitabın etibardan düşməsinə səbəb olmuşdur. Belə ki: -“ Əli ibn Mədini* “İləl” adlı bir kitab yazmışdır. O, bu kitabın qorunmasına çox əhəmiyyət verirdi ki heç kəsin əlinə düşməsin. Təsadüfən günlərin birində neçə günlük şəhər kənarında olan bağlarına getdi. Buxari bu fürsətdən sui- istifadə edib onun uşaqlarından birinin yanına getdi və pul verib onu aldadaraq “İləl” kitabını bir günlük oxumaq üçün ondan aldı. Kitab Buxarinin əlinə çatan kimi tez-tələsik onu neçə nəfər kitab nüsxəsi çıxaranların əlinə verdi ki, onu üzündən köçürsünlər. Sonra kitabın əslini Mədininin övladına qaytardı. Mədini qayıdandan sonra dərs zamanı gördü ki, Buxari onun dediyi hər mövzu haqqında Mədininin öz şəxsi nəzərləri və sözləri ilə cavab verir. Bir neçə dəfə təkrar olduqdan sonra Mədini başa düşdü ki,onun əsəri artıq köçürülüb. Bu hadisə onun narahatlığına və kədərlənməsinə səbəb oldu. Bu narahatlıq və qəm-qüssə Mədininin xəstələnib yorğan-döşəkə düşməsinə, sonra da vəfatına səbəb oldu. Buxari “İləl”-kitabından əldə etdiyi nüsxə vasitəsi ilə öz hədislərinin raviləri barədə hər hansı axtarış aparmağa lüzum qalmadığını görüb Xorasana qayıtdı. Orada “Səhih” kitabını yazdı. Əli ibn Mədininin böyük rolu və zəhməti olmuş bu “Səhih” adlanan kitab Buxarinin məşhurlaşmasına səbəb oldu.”(1)


1- [1] . “Təhzibut-təhzib”, 9-cu cild, səh. 54;

Səhiheyn kitabları biz şiələrin nəzərində

Bura qədər əhli-sünnə alimlərindən bir çoxunun səhiheyn kitabları barədə olan nəzərlərini, onların bəzilərinin sənədinin, bəzilərinin hədislərinin mətinlərinin zəifliyi, bəzilərinin isə hər iki cəhətdən zəif olması barədə və bu iki kitaba olan iradlarını xülasə şəkildə əziz oxuculara təqdim etdik.

Lakin, məzmun baxımından bu iki kitab və bizim ona olan nəzərimiz bir çox əhli-sünnə alimləri ilə eynidir. Biz bu məsələdə də onlarla bir əqidədə və bir fikirdəyik.

Bizim əqidəmizə görə bu iki kitabın məzmunları arasında müxtəlif başlıqlarda nəql olunmuş səhih hədislər vardır. Təəssüflər olsun ki, bu kitablarda səhih və düzgün olmayan hədislər daha çox gözə dəyir. Belə hədislərin sayı bizim nəzərimizdə İbn Həcərin hafizlərdən nəql etdiyindən daha çoxdur. Hədis hafizləri belə nəql edirlər ki: “Yalnız 110 hədisi səhv bilmiş və onların mətnlərinə irad tutmuşlar.”

Bizim əqidəmizə görə, bu iki kitabın hədisçiləri arasında 300-dən artıq zəif və etibarsız şəxs vardır. İbn Həcərin dediyinə əsasən, əhli-sünnə alimləri və hədisçilər haqqında araşdırma aparan şəxslər onları zəif saymışlar.

Aşağıdakı dəlillər bu iki kitabın mətn və sənəd baxımından onun hədislərinin zəifliyi barədə bizim əqidə və nəzərimizi sübut edir:

1. Səhiheyn kitablarının sənədləri və hədisçilərindən bir çoxu nəinki mötəbər deyil, hətta onlar rical elmi nöqteyi- nəzərindən də rədd olunmuşlar.

2. Bu iki kitabın müəllifləri öz əqidə və əməllərində şəxsi qərəzə çox yer vermişlər.

3. Hədislərin nəql olunması və yazılması arasında (uydurma hədislərə diqqət etməklə ) çox məsafə vardır.

4. Buxari öz səliqə və nəzərinə əsasən hədislərin yarısını ixtisar etmişdir.

5. Səhihi-Buxaridə hədisin mənası nəql olunmuşdur.

6. Səhihi-Buxari başqalarının vasitəsilə tamamlanmışdır.

7. Səhiheyn kitablarında əqli və dini dəlillərə əsasən bir-biri ilə təzad təşkil edən hədislər çox gözə dəyir.

Bunlar səhiheyn kitablarında gözə dəyən məsələlərdir. Bu da onların zəifliyini bildirir. Tədqiqat aparan bir şəxs bu kimi məsələlərə göz yummamalı və onların yanından etinasız ötüb keçməməlidir. Allahın köməyi ilə bu barədə gələcək səhifələrimizdə geniş surətdə söhbət edəcəyik.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana