Altinci hissə

İşarə

Tövhid,  Səhihi - Buxari  və Səhihi - Müslim  baxımından

1. Allahı görmək səhiheyn baxımından

Səhihi-Buxariyə və Səhihi-Müslimə etimad etməməyimizin səbəblərindən və dəlillərindən biri də iki kitabın mətnlərində səviyyənin aşağı olmasıdır. Çünki, bu iki kitabda elə hədislər vardır ki, dini və əqli qaydalarla heç cür əlaqəsi yoxdur, elə mətləblər vardır ki, onların tarixi rədd olunmuşdur.

Biz bu mövzunu üç fəsildə bəhs edəcəyik:

1. Tövhid bəhsi ;

2. Nubuvvət bəhsi;

3. Müxtəlif hədislər barədə.(1)

Bu fəsildə təkcə “Tövhid, səhiheyn baxımından” mövzusunda bəhs edəcəyik.

Tövhid məsələsi bütün ilahi dinlərin əsası və İslam dinində bütün məzhəblərdə çox diqqət olunan və əhəmiyyətli sayılan bir məsələdir. Təəssüflər olsun ki, bu iki kitabda müxtəlif cəhətlərdən təhrif olunmuş və qəbul olunmaz şeylər qəbul olunmuş məsələ kimi tanınmışdır. Başqa sözlə söyləsək, bu iki kitabda tövhid məsələsində çoxlu əsassız və həqiqətlə müxalif


1- [1] . Qeyd etmək istəyirik ki, kitabın bu bölümünü fəqət tövhid bəhsi ilə tamamlayacağıq. Nubuvvət və muxtəlif hədislər barədə səhiheyndə olan mövzuları isə ikinci cilddə açıqlayacağıq.

olan mətləblər nəzərə çarpır. Biz də onları bir-bir burada araşdırmışıq.

Tövhid məsələsində mühüm və diqqəti cəlb edən məsələlərdən birincisi budur ki, bu iki kitabda nəql olunmuş hədislərin məzmununda Allah-təala bu aləmdə bir cism kimi tanıtdırılmışdır. Bu iki kitab Allahın gözlə görünməsinin mümkün olduğunu açıqlamışdır.

İndi isə bu hədislərdən bir neçə nümunəyə diqqət edin:

1.

عن جریر قال: کنا جلوساً عندالنبی | فنظر الی القمر لیله، لیلهالبدر فقال: انکم ترون ربکم کماترون هذاالقمر، لا تضامون فی رؤیته، فان استطعتم ان لاتغلوا حتی صلاه قبل طلوع الشمس وقبل غروبها فافعلوا، ثم قرء: وَسَبِّحْ بِحَمْدِ رَبِّکَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوب.

Cərir deyir: “Bir gecə (on dördüncü gecə) Peyğəmbərin (s) hüzurunda idim. O Həzrət (s) aya baxaraq belə buyurdu:

- Bu ayı gördüyünüz kimi, Allahı da görəcəksiniz və Allahla görüşmək sizə heç bir çətinlik və narahatçılıq yaratmayacaqdır. Sübh və əsr namazlarında nə qədər bacarırsınızsa çalışın və maneələri aradan aparın. Sonra Peyğəmbər (s) bu ayəni oxudu:

{وَسَبِّحْ بِحَمْدِ رَبِّکَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ}

_ GüN DOğMAMışDAN əVVəL, BATMAMışDAN əVVəL RəBBINə IBADəT EDIB şə NINə TəRIFLəR DE! _(1)

Bu hədisi Buxari və Müslim öz səhihində müxtəlif bablarda və müxtəlif sənədlərlə nəql etmişlər.

Eyninin şərhi: - Bədruddin Eyni, Səhihi-Buxarini şərh


1- [1] . “Qaf” surəsi, 39-cu ayə; “Səhihi-Buxari”, 1-ci cild, Əsr namazının fəziləti; Fəcr namazının fəziləti; “Səhihi-Buxari”, 6-cı cild, “Qaf” surəsinin təfsiri; “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”; “Səhihi-Müslim”, 2-ci cild; “Sübh və Əsr namazının fəziləti və onların...” bölümü.

edənlərdən biridir. Bu hədis Kermanidən (o da Səhihi-Buxarini şərh edənlərdəndir) nəql edir ki:

فاء - hərfini  فأِنِ ستَطَعتُمcümləsində gətirmək, Allahı görmək mövzusunun ardınca gəlmişdir; Allah-təala ilə görüşməyə nail olmağın dəlili sübh və əsr namazını qoruyub vaxtında qılmaqdır. Hər bir kəsə zəhmət və çətinlik çəkmədən bu görüş mümkün deyildir.(1)

2. Əbu Hüreyrə deyir:

...عَنْ أَبِی هُرَیْرَهَ: إِنَّ أُنَاساً قَالُوا: یَا رَسُولُ الله! هَلْ نَرَی رَبُّنَا یَوْمَ الْقِیَامَهِ: قَالَ: "هَلْ تُمَارُونَ فِی الْقَمَرِ لَیْلَهِ الْبَدْرِ لَیْسَ دُونَهُ سَحَابٌ؟" قَالُوا: لاَ یَا رَسُولَ الله! قاَلَ: "فَهَلْ تُمَارُونَ فِی الشَّمْسِ لَیْسَ دُونَهَا سَحاَبٌ؟" قَالُوا: لاَ. قاَلَ: "فَإِنَّکُمْ تَرُونَهُ، کَذَلِکَ یُحْشَرُ النَّاسُ یَوْمَ الْقِیَامَهِ".

فَیَقُولُ: مَنْ کَانَ یَعْبُدُ شَیْئاً فَلْیَتَّبِع، فَمِنْهُمْ مَنْ یَتَّبِعُ الشَّمْسَ وَ مِنْهُمْ مَنْ یَّتَّبِعُ الْقَمَرَ وَ مِنْهُمْ مَنْ یَتَّبِعُ الطَّوَاغِیتَ وَ تَبْقَی هَذِهِ الأُمَّهُ فِیهَا منافقوها، فَیَأْتِیهِمُ اللهُ فِی غَیْرِالصُّورَهِ الَّتِی یَعْرِفُونَ فَیَقُولُ: أَنَا رَبُّکُمْ فَیَقُولُونَ نَعُوذُ بِاللهِ مِنْکَ هَذاَ مَکاَنُنَا حَتَّی یَأْتِینَا رَبُّنَا، فَإِذَا أَتَیْنَا رَبُّنَا عَرَفْنَاهُ، فَیَأْتِیهِمُ اللهُ فِی الصُّورَهِ الَّتِی یَعْرِفُونَ، فَیَقُولُ: أَنَا رَبُّکُمْ فَیَقُولُونَ: أَنْتَ رَبُّنَا فَیَتَّبِعُونَهُ، وَ یُضْرَبُ جَسْرُ جَهَنَّمَ، قَالَ رَسُولُ الله: "فَأَکُونَ أَوَّلُ مَنْ یُجِیزُ مِنَ الرَّسُلِ بِأُمَّتِهِ وَ لاَ یَتَکَلَّمُ یَوْمَئِذٍ أَحَدٌ إِلاَّ الرَّسُلُ، وَ کَلاَمُ الرَّسُلِ یَوْمَئِذٍ: أَللَّهُمَّ! سَلِّمْ، أَللَّهُمَّ! سَلِّمْ، وَ بِهِ کَلاَلیبُ مِثْلُ شوک السعدانِ، أَمَا رَأَیْتُمْ شوک السعدانِ؟" قَالُوا: بَلَی. قَالَ: "فَإِنَّهَا مِثْلُ شَوْکِ السعدانِ غَیْر أَنَّهَا لاَ یَعْلَم عِظمَهَا إِلاَّ اللهُ، فَتَخَطَّفُ النَّاسَ بِأَعْمَالِهِمْ، مِنْهُم المَوبِقُ بِعَمَلِهِ، وَمِنْهُمُ الْمُخَردِلُ ثُمَّ یَنْجُو، حَتَّی إِذَا فَرَغَ اللهُ من القَضَاء بَیْنَ عِبَادِهِ وَ أَرَادَ أَنْ یَخْرُجَ مِنَ النَّارِ".

یَخْرُجُ مِمَّنْ کَانَ یَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ الله، أمر الْمَلَائِکَهَ أَنْ یُخْرِجُوهُمْ فَیَعْرِفُونَهُمْ بِعَلاَمَهِ السُّجُودِ وَحَرَّمَ اللهُ عَلَی النَّارِ أَنْ تَأْکَلَ من ابْنِ آدَمَ أَثرَ السُّجُودِ، فَیُخْرِجُونَهُمْ قَدِ امْتَحَشُوا، فَیَصبُّ عَلَیْهِمْ مَاءً، یُقَالُ لَهُ: مَاءُ الْحَیَاهِ، فَیُنْبِتُونَ نَبَاتَ الْحِبّهِ فِی حمیل السیلَ، وَ یَبْقَی رَجُلٌ مَقْبَلٌ وَجْهَهُ عَلَی النَّارِ، فَیَقُولُ: یَا رَبِّ! قَدْ قَشَبْنِی رِیحُهَا وَ أَحْرَقَنِی زکاؤُها فَاِصْرف


1- [1] . “Umdətul-qari”, 25-ci cild; səh. 123;

وَجْهِی عَنِ النَّارِ، فَلاَ یَزَالُ یَدْعُو اللهَ، فَیَقُولُ الله: لَعَلَّکَ إِنْ أَعْطَیْتُکَ أَنْ تَسْأَلَنِی غَیره؟ فَیَقُولُ: لاَ وَ عِزَّتِکَ! لاَ أَسْئَلُکَ غَیْرَهُ. فَیَصْرِفُ وَجْهَهُ عَنِ النَّارِ ثُمَّ یَقُولُ: بَعْدَ ذَلِکَ یَارَبّ! قَرِّبْنِی إِلَی بَابِ الْجَنَّهِ! فَیَقُولُ: أَلَیْسَ قَدْ زَعَمْتَ أَنْ لاَ تَسْئَلَنِی غَیْرَهُ؟ وَیْلَکَ یَا ابْنَ آدَم مَا أَغدرکَ؟ فَلاَ یَزَالُ یَدْعُو فَیَقُولُ: لَعَلّی إِنْ أَعْطَیْتُکَ ذَلِکَ: تَسْأَلَنِی غَیْرَهُ؟ فَیَقُولُ: لاَ وَ عِزَّتِکَ لاَ أَسْئَلُکَ غَیْرَهُ. فَیُعْطِی اللهُ من عهودِ وَ مَوَاثِیقَ أَنْ لاَ یَسْأَلَهُ غَیْرَهُ، فیقرّبه إِلَی بَابِ الْجَنَّهِ، فَإِذَا رَأَی مَا فِیهَا سَکتَ مَاشَاءَاللهُ أَنْ یَسْکُتَ، ثُمَّ یَقُولُ: یَا رَبّ! أَدْخِلْنِی الْجَنَّهَ، فَیَقُولُ اللهُ: أَوَلَیْسَ قَدْ زَعمتَ أَنْ لَا تَسْأَلَنِی غَیْرَهُ؟ وَیْلَکَ یَا ابْنَ آدم مَا أَغْدَرَکَ! فَیَقُولُ: یَا رَبّ! لاَ تَجْعَلَنِی أَشْقَی خَلقِکَ، فَلاَ یَزَالِ یَدْعُو حَتَّی یَضْحَکَ اللهُ، فَإِذَا ضَحِکَ مِنْهُ، أَذِنَ لَهُ بِالدُّخُولِ فِیهَا، فَإِذَا دَخَلَ فِیهَا قِیلَ: تَمُنَّ من کَذَا فَیَتَمَنِّی، ثُمَّ یُقَالُ: تَمُنَّ مِنْ کَذَا، فَیَتَمَنِّی حَتَّی یَنْقَطِعَ بِهِ الْأَمَانِیّ، فَیَقُولُ الله: هَذَا لَکَ وَمِثْله مِنه".

Bir çoxları Peyğəmbərdən (s) sual etdilər ki, görəsən Allahı qiyamət günündə görəcəyikmi?!

Peyğəmbər (s) onların cavabında buyurdu: Siz qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə şəkkmi edirsiniz! Ərz etdilər: Xeyr, ya Rəsuləllah (s). Bu vaxt Həzrət (s) sual etdi: Əgər qarşısında bulud olmasa günəşi görməkdə də şəkkmi edirsiniz? Ərz etdilər: Xeyr. Buyurdu: Bəli, şübhəsiz ki, Allah-təalanı günəş və ay kimi görəcəksiniz!!

Sonra Peyğəmbər (s) buyurdu: Qiyamət günündə camaat həşrə gətirilərlər. Onlara elan olunar ki: Hər kəs yer üzündə (dünyada) pərəstiş etdiyi hər bir şeyə itaət etsin. Bir çoxları günəşə itaət edərlər, bir çoxları isə aya itaət edərlər.

Üçüncü tayfa saxta məbudlarının arxasınca düşər. Xülasəsi budur ki, hər bir kəs batil məbuduna itaət edər. Tənha mənim ümmətim onlar arasında olan münafiqlərlə qalarlar. Sonra Allah onu tanıdıqları qiyafəsindən başqa bir qiyafədə üzə çıxar və deyər: Mən sizin Allahınızam. Deyərlər: Biz səndən Allaha pənah aparırıq. Bizim Allahımız gəlməyincə burada qalacağıq ve heç bir yerə tərpənməyəcəyik. Biz onu çox gözəl tanıyırıq.

Sonra Allah onu tanıdıqları qiyafədə gələcək və deyəcək: Mən sizin Allahınızam. Onlar: Bəli, sənsən bizim Allahımız deyəcəklər. Bu vaxt Allahın arxasınca yola düşərlər. Sonra cəhənnəmin ortasından bir körpü çəkiləcəkdir. Peyğəmbərlər arasında ümmətini bu körpüdən keçirən birinci peyğəmbər mən olacağam. O gün ənbiyalardan başqa heç kəs bir söz deyə bilməyəcəkdir. Peyğəmbərlərin sözləri də o gün çətin və qorxulu olacaq. Belə ki: Xudaya öz bəndələrini bu günün narahatçılığından və sıxıntısından saxla və cəhənnəmdə olan (muğilan) tikanlarından saxla.

Sonra Allahın elçisi (s): Muğilan tikanı görmüsünüzmü? Ərz etdilər ki: Bəli. Buyurdu: Cəhənnəmin tikanları muğilan tikanları kimidir. Lakin o tikanın böyüklüyünü Allahdan başqa heç kəs bilmir. Camaat öz pis əməllərinin nəticəsinə mübtəla olar, bir çoxları həlak olar və bir çoxları isə tikə-tikə olaraq atəş içində qalarlar. Sonra nicat taparlar.

Allahın elçisi sonra belə əlavə etdi: Allah, öz bəndələri arasında qəzavət edərək, hökm verdikdən sonra bir çoxlarını cəhənnəm odundan xilas edər və onun təkliyinə və yeganəliyinə şahidlik verən hər kəsi bağışlayar. Mələklərə əmr edər ki, onları cəhənnəm atəşindən çıxardın. Mələklər alınlarındakı səcdə əlamətindən onları tanıyarlar. Allah oda səcdə yerini yandırmağı haram edər.

Mələklər onları bədənləri yanmış və qaralmış halda oddan çıxararlar. Onların bədənlərinə həyat suyu çiləyərlər. Onların bədənlərinin ətləri sürətlə yerinə gəlib bitməyə başlayar. Məhşər əhlindən üzü oda tərəf olan bir kişi qalar. Ərz edər: Xudaya! Cəhənnəmin üfunəti məni zəhərlədi, şölələri məni yandırdı, üzümü oddan qaytar. Elə dua edər və Allahdan istəyini israr edər ki, Allah deyər: Əgər sənin istədiyini versəm, başqa bir şey də istəyəcəksən. Ərz edər: Yox, and olsun sənin

izzətinə ki, bundan başqa bir şey istəmirəm; Allah onun üzünü oddan döndərər, ondan sonra deyər: Xudaya! Məni behiştin qapısına yaxınlaşdır. Allah onun cavabında deyər: -Məgər sən deyildinmi ki, deyirdin bir hacətdən başqa hacətim və istəyim yoxdur? Və başqa bir şey istəməyəcəksən? Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?

O kişi öz istəyində və tələbində israr edər. Allah deyər: Əgər sənin istədiyini versəm məndən yenə də bir şey istəyəcəksən? Ərz edər: Yox! And olsun sənin izzətinə ki, bundan başqa bir hacətim və istəyim yoxdur. Allah onunla birgə möhkəm əhd-peyman bağlayar ki, yenidən başqa bir şey istəməsin. Sonra onu behiştin qapısına yaxınlaşdırar. Elə ki o, behiştin içində olanları görər, bir az sükut edər, sonra isə yenidən ərz edər: Xudaya! Məni behiştinə daxil et! Allah buyurar: Sən demirdinmi ki, başqa bir istəyim yoxdur?! Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər: Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən etmə! İstəyində o qədər israr edər ki, Allahın gülməyi gələr!! Elə ki onun gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər. Behiştə daxil olduğu zaman ona deyilər: Ürəyin bizdən nə istəyirsə bizdən istə! Sonra ürəyi istədiyini onlara deyər.

Yenə də ona deyilər: Bizdən hər nə istəyirsənsə istə! Yenə ürəyi istədiyini deyər. Elə ki, istəkləri qurtarar, Allah deyər: İstədiklərini iki qat sənə yenə verərəm”.(1)

3.


1- [1] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-səlat”,“Fəzlus-sucud” bölümü, hədis: 547; həmin mənbə, 6-cı cild, “Kitabut-təfsir”, hədis: 4570; həmin mənbə, 9-cu cild, “Kitabut-tövhid”; “Vucuhun yəvməizin-nazirəh ilə rəbbiha nazirəh; hədis: 6997-7001; həmin mənbə, 8-ci cild, “Əs-siratu cisri cəhənnəm” bölümü, hədis: 6204; “Səhihi-Müslim”, 1-ci cild, “Mərifətu təriqur-royə`” bölümü, hədis: 182;

عَنْ أَبِی سَعِید الْخِدْرِی: إِنَّ أناساً فِی زَمَنِ النَّبِیِّ | قَالوُا: یَا رَسُولُ اللهِ! هَلْ نَرَی رَبّنَا یَوْمَ الْقِیَامَهِ؟ قَالَ رَسُولُ الله | "نَعَمْ" قَالَ: "هَلْ تَضَارّونَ فِی رُؤْیَهِ الشَّمْسِ بِالظهیره ضوءَ لَیْسَ فِیهَا سَحَابٌ؟" قَالوُا: لاَ. قاَلَ: "وَ هَلْ تُضَارُّونَ فِی رُؤْیَهِ الْقَمَرِ لَیْلَهَ الْبَدْرِ ضَوْءَ لَیْسَ فِیهَا سَحَابٌ؟" قَالُوا: لَا. قاَلَ النَّبِیّ|: مَا تُضَارّونَ فِی رُؤیَهِ اللهِ تَبَارَکَ وَ تَعَالَی یَوْمَ الْقِیَامَهِ، ألاکما تُضَارُّونَ فِی رُؤْیَهِ أحدهما، إِذَا کَانَ یَوْمَ الْقِیَامَهِ أَذَّنَ مُؤَذِّنٌ لِیتبعِ کُلُّ أُمَّهِ مَا کَانَتْ تَعْبُدُ، فَلاَ یَبْقَی أَحَدٌ کَانَ یَعْبُدُ غَیْرَ اللهَ، مِنَ الْأَصْنَامِ وَالْأَنْصَاب، إِلاَّ یَتَسَاقِطُونَ فِی النَّارِ، حَتَّی إِذَا لَمْ یَبْقَ إِلاَّ مَنْ کَانَ یَعْبُدُ اللهَ مِنْ بَرّ وَ فَاجِر وَ غبرات أَهلِ الْکِتَابِ، فَیُدْعَی الْیَهُودُ، فَیُقَالُ لَهُمْ: منْ کُنْتُمْ تَعْبُدُونَ؟ قَالُوا: نَعْبُدُ عَزِیزَ ابْنَ اللهِ، فَیُقَالُ لَهُمْ: کَذِبْتُمْ مَا أَتَّخَذَ اللهُ مِنْ صَاحِبَهِ وَ لَا وَلَدِ، فَمَاذَا تَبْغُونَ؟ فَقَالُوا: عَطَشُنَا یَا رَبَّنَا! فَاسْقِنَا! فَیُشَارُ: أَلاَ تَروونَ فَیَحْشرُونَ إِلَی النَّارِ کَأَنَّهَا سراب یَحْطِمُ بَعْضُهَا بَعْضاً، فَیَتَسَاقِطُونَ فِی النَّار.

ثُمَّ یُدْعی النَّصَارَی، فَیُقَالُ لَهُمْ: مَنْ کُنْتُمْ تَعْبُدُونَ؟ قَالُوا: کُنَّا نَعْبُدُ الْمَسِیحَ ابْنَ الله فَیُقَالُ لَهُمْ: کَذِبْتُمْ، مَا اتَّخَذَ اللهُ من صَاحِبَهِ وَ لاَ وَلَدِ، فَیُقَالُ لَهُمْ: فَمَاذَا تَبْغُونَ؟ فَکَذَلِکَ مِثْل الأَوَّلِ، حَتَّی إِذَا لَمْ یَبْقَ إِلاَّ مَنْ کَانَ یُعْبدُاللهِ مِنْ بَرٍّ وَ فَاجِرٍ، أَتَاهُمْ رَبُّ الْعَالَمْینَ فِی أَدْنَی صُورَهِ من اللتی رَأَوْهُ فِیهَا، فَیُقاَلُ: مَاذَا تنظرون؟ تَتَبع کُلّ أُمّهِ مَا کَانَتْ تَعْبُدُ، قَالُوا: فَارقْنَا النَّاسَ فِی الدُّنْیَا عَلَی أفقرِ مَا کُنَّا إِلَیْهِمْ، وَ لَمْ نُصَاحِبُهُمْ وَ نَحْنُ نَنْتَظِرُ رَبَّنَا الّذِی کُنَّا نَعْبُدُ. فَیَقُولُ: أَنَا رَبّکُمْ. فَیَقُولُونَ: لاَ نُشْرکُ بِاللهِ شَیْأً مَرَّتَیْنِ أَوْ ثَلاثاً حَتَّی أَنَّ بَعْضَهُمْ لیَکَادُ أَنْ یَنْقَلِبَ فَیَقُولُ: هَلْ بَیْنَکُمْ وَ بَیْنَهُ عَلاَمَه فَتُعْرِفُونَهُ بِهَا فَیَقُولُونَ: الساق، فَیَکْشِفُ عَنْ سَاقِ...

Əbu Səid Xidri deyir: Bir çoxları Peyğəmbərdən (s) soruşdular ki: -Ya rəsuləllah! Biz Allahı qiyamət günündə görəcəyikmi? Cavab verdi: Bəli! Sonra buyurdu: Başınızın üstündə zöhr vaxtı qarşısında bulud olmayan parlayan günəşi görməkdə sizin aranızda kiçik bir ixtilaf təsəvvür olunmuşdur? Dedilər: Xeyr. Sonra buyurdu: Parıltısı bütün yerləri bürümüş və qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə ixtilaf edirsiniz? Dedilər: Xeyr, Ya Rəsuləllah!

Buyurdu: Qiyamət günündə də Allahı görməkdə bu cür

kiçik bir ixtilaf və çətinlik olmayacaqdır.(Yəni necə ki günəşi və ayı hamı asanlıqla görə bilir, Allahı da belə görmək mümkün olacaqdır.)

Sonra Allahın elçisi (s) sözlərinə belə əlavə etdi: qiyamət günündə Allah tərəfindən elan olunacaq: Dünyada hər nəyə itaət edən ümmət bu gün də itaət etsin. Bu vaxt bütün bütpərəstlərin hamısı cəhənnəm oduna atılacaqlar. Allaha itaət edənlər günahkar olsalar da və əhli-kitabdan bir çoxları qalacaqlar. Sonra yəhudiləri ilahi məhkəməyə çağıracaqlar. Onlardan soruşacaqlar ki: Dünyada nəyə pərəstiş edirdiniz? Deyəcək: Allahın əziz oğluna! Onlara deyilər: Yalan söyləyərək böhtan atırsınız. Çünki, Allah özünə övlad seçməmişdir. İndi nə istəyirsiniz? Deyəcəklər: İlahi biz susuzuq, bizə su ver!! Cavab verilər: Bir müddət sizə su verilməyəcək. Bir-birinin ardınca qığılcım dalğaları kimi şölə saçan cəhənnəm oduna atılarlar.

Sonra Məsihiləri İlahi ədalət məhkəməsinə gətirərək soruşarlar: Kimə pərəstiş edirdiniz? Deyərlər: Allahın oğlu Məsihə. Deyilər: Bu yalan və iftiradır. Çünki, Allah özü üçün övlad seçməyibdir. Onlara da deyilər: Nə istəyirsiniz? Bu dəstə də yəhudilər kimi cəhənnəm atəşi içində yerləşərlər. Allaha pərəstiş edən günahkar və yaxşı iş görənlərdən başqa heç kəs qalmaz.

Bu yerdə Allah, onu gördükləri surətdə (və ya nəzərlərində tutduqları surətdə) lap yaxına onların arasına gələr.

Onlara deyilər: Nəyi gözləyirsiniz? Dünyada hər nədən pərəstiş edənlər ondan pərəstiş etsin. Cavabında deyərlər: Biz o dünyada köməyinə çox ehtiyacımız olan camaatdan uzaqlaşdıq və onlarla əlaqələrimizi kəsdik. İndi də pərəstiş etdiyimiz Allahı gözləyirik. Allah deyər: İndi mən sizin Allahınızam. Deyərlər: Biz heç bir şeyi Allahımıza şərik qərar vermirik. Bu

cümləni üç-dörd dəfə təkrar edərlər. Allah onlara deyər: Allahı tanımağınız üçün sizinlə Allah arasında heç əlamət varmı? Deyərlər: Bəli, bu əlamət Allahın baldırıdır! Sonra Allah baldırını göstərər və onun qarşısında duran hər bir mömin səcdəyə düşər.(1)

"حتی أن بعضهم لیکاد أن ینقلب فیقول هل بینکم و بینه آیه فتعرفونه بها فیقولون الساق فیکشف عن سا قه فیسجدلله کل مؤمن... ."

4. Cərir ibn Əbdullah deyir: “Peyğəmbər (s) buyurdu: Siz öz Allahınızı aşkar şəkildə gözlərinizlə görəcəksiniz. إنَّکم سَتَرَوْنَ رَبَّکُمْ عَیَنَا" "(2)

Qəstəlani deyir: “Əyənən”, “ع” əyn hərfi kəsrəli olmaqla “Ayinətuş-şeyi iyanən” kəlməsindən götürülmüşdür. Gözlə görünən bir şeyə “əyanən” deyilir(3)

5.

...عَنْ صَهیب، عَنِ النَّبِیّ | قَالَ: "إِذَا دَخَلَ أَهْلُ الْجَنَّهِ الْجَنَّهَ قَالَ: یَقُولُ اللهُ تَبَارَکَ وَ تَعَالَی: تُرِیدُونَ شَیْئاً أَزِیدُکُم! فَیَقُولُونَ: أَلَمْ تَبْیّضْ وُجُوهُنَا؟ أَلَمْ تُدْخِلْنَا الْجَنَّهَ وَ تُجَنِّبْنَا مِنَ النَّارِ؟! قَالَ: فَیَکْشِفُ الْحِجَابَ، فَمَا أُعطُوا شَیْئاً أَحبَّ إِلَیْهِمْ مِنَ النَّظْرِ إِلَی رَبِّهِمْ عَزَّ وَ جَّلَّ.

Suheyb nəql edir ki: Allahın elçisi (s) buyurdu: Qiyamət günü elə ki behişt əhli behiştə daxil olar, Allah deyər: İstəyirsinizmi sizə bundan da çox ehsan edim? Deyərlər: İlahi bizi üz ağ etdiyin ən böyük nemət bəs deyil? Bizi cəhənnəm odundan nicat verməklə behiştə daxil etmədinmi? (Görəsən bundan da böyük bir nemət varmıdır?).

Allahın elçisi buyurdu: Bu sual və cavabdan sonra maneələr


1- [1] . “Səhihi-Buxari”, 6-cı cild, “Nisa” surəsinin təfsiri; hədis: 4581; “Səhihi-Müslim”, 1-ci cild, “Mərifətu təriqur-royət” bölümü; “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”, hədis: 701;

2- [2] . “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”,”Vucuhun yəvməizin nazirəh” bölümü;

3- [3] . “İrşadus-sari”; 10-cu cild, səh. 391;

və pərdələr götürülər və Allahın cəmalı görünər. Behişt əhlinə Allahın cəmalına baxmaqdan başqa ən böyük , üstün və sevimli bir nemət verilməz.(1)

6.

عَنْ أَبِی بَکْرِ بْنِ عَبْدُ اللهِ بْنِ قَیْس عَنْ أَبِیهِ عَنْ رَسُولِ اللهِ | قَالَ: جَنّتان من فضّهِ آنِیتهما وَ مَا فِیهِمَا، وَ جَنَّتَانِ مِنْ ذَهبِ آنیتهما وَ مَا فِیهِمَا، وَ مَا بَیْنَ الْقومِ وَ بَیْنَ أَنْ یَنْظُرُوا إِلَی رَبِّهِمْ، الأرْدَاء الْکِبْرِیَاء عَلَی وَجْهَه فِی جنّهِ عَدْن.

Əbu Bəkr ibn Əbdullah ibn Qeys atasından nəql edir: “Peyğəmbər (s) buyurdu: Binası, qabları və başqa əşyaları gümüşdən olan iki behişt və binası, qabları və başqa əşyaları qızıldan olan başqa iki behişt vardır. Onlarla camaatın arasında allahlarına tamaşa etməkdə, “Ədn” adlı behişti tutmuş olan Allahın üzündəki Kibriya pərdəsindən başqa heç bir maneə yoxdur! (2)

Allahı görmək barədə olan bu beş hədis səhiheyn kitablarında nəql olunmuşdur. Eyni halda həmin hədislər bəzən də az fərq olmaqla başqa sihahlarda da nəql olunmuşdur.(3) Burada səhiheyndə olmayan, lakin başqa sunənlərdə nəql olunmuş daha bir hədisi əziz oxucularımıza təqdim edirik:

7.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُولُ اللهِ| :بَینا أَهْل الْجَنَّه فِی نَعِیمِهِمْ إِذْ سَطَحَ لَهُمْ نُور، فَرَفَعُوا رُؤُسَهُمْ، فَإِذاً الرّبِّ قَدْ أَشْرَفَ عَلَیْهِمْ مِنْ فَوْقِهِمْ، فَقَالَ: أَلسَّلاَمُ عَلَیْکُمْ یَا أَهْلَ الْجَنَّه! قَالَ: وَ ذَلِکَ قَوْلُ اللهِ سَلاَمٌ قَوْلاً مِن رَّبِّ رحِیم قَالَ: فَیَنْظُرُ إِلَیْهِمْ وَ یَنْظُرُونَ إِلَیْهِ فَلاَ یَلْتَفِتُونَ إِلَی شَیء مِنَ


1- [1] .“Səhihi-Müslim”, 1-ci cild, “İsbat və royətul mominin rəbbihim fil axirət”, bölümü;

2- [2] . “Səhihi-Muslüm”, 1-ci cild, “İsbat və royətul mominin rəbbihim fil axirət” bölümü; “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”, “Vəkanə ərşuhu ələl ma`” bölümü;

3- [3] . “Sunəni İbn Macə”, 1-ci cild, “Sunəni-Termizi”, 4-cü cild, “Royətur-rabb” bölümü.

النَّعِیمِ، مَا دَامُوا یَنْظُرُونَ إِلَیْهِ حَتَّی یَحْتَجِبْ عَنْهُمْ وَ یَبْقَی نُورُهُ وَ بَرَکَتُهُ عَلَیْهِمْ فِی دِیَارِهِمْ.

Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edir: “Behişt əhli oranın nemətlərindən bəhrələnməkdən əlavə, onlar üçün bir nur görünər. Behişt əhli başlarını qaldırdıqda görərlər ki, bu Allahdır və yuxarıdan baxaraq onlara deyər: Salam olsun sizlərə ey behişt əhli!

Allahın elçisi bu vaxt belə buyurdu:

{سَلاَمٌ قَوْلاً مِنْ رَبِّ رَحِیمٍ}

ayəsinin mənası budur. Sonra Peyğəmbər (s) buyurdu: Allah behişt əhlinə, behişt əhli isə Allaha tamaşa edəcəklər! Allaha baxdıqları zaman onlar behişt nemətlərindən heç birinə diqqət etməyəcək və Allah pərdə arxasına keçincə heç bir nemətlərə meyl etməyəcəklər. Elə ki Allah qeyb oldu, onun nuru, xeyr və bərəkəti onların mənzillərində qalacaqdır.” (1)

Hədislərdən istifadə olunan mətləblər

Bu hədislərin hamısından belə başa düşülür ki:

1. Allah-təala qiyamət günündə həmin zahiri gözün və cismin vasitəsilə görünər və insanın gözünün şüasından Allahın vücuduna birləşər və Allahın cismi həmin şüanı gözdə öz əksini tapar.

إِنّکُمْ سترون ربّکم کما ترون هذا القمر

2. Allahı ancaq seçilmiş bəndələr görməz, bəlkə münafiq bəndələr də Allahı görməyə nail olacaqlar.

و تبقی هذه الأمّه فیها منافقوها فیأتیهم الله...

3. Allah-təala surətə və cismə malikdir. Hadisələr, dəyişmək, əvəz olmaq və hərəkət onun vücuduna ariz olmuşdur.

4. Allah, bəndələrinin qarşısında dayanır və məxsus məkana


1- [1] . “Sunəni-ibn Macə”, 1-ci cild, “Ərrəddu ələlcəhmiyyə” bölümü.

və məhəllə malikdir.

5. Allahın müxtəlif qiyafələri və müxtəlif surətləri vardır. Bəzi qiyafələrində bəndələri üçün tanılası deyil. Lakin bəzi qiyafələrdə onu tanıyırlar və onun arxasınca gedirlər.

فیاتیهم الله فی غیرالصورهالتی یعرفون فیقول: اناربکم فیقولون نعوذبالله منک...فیاتیهم الله فی الصورهالتی یعرفون...

6. Bəzən də Allahın məxsus əlaməti olan baldırının vasıtəsilə onu taniyacaqlar. Nə qədər ki, baldırını göstərməyib, Allahın tanınması qeyri-mümkündür.

فیقول هل بینکم و بینه علامه فتعرفونه بها فیقولون: الساق فیکشف عن ساق... .

7. Nəhayət bu hədislərdə ələ gələn və çox gülməli olan axırıncı nöqtə, Allahın Adəm övladı və günahkar bəndəsi tərəfindən aldadılmasıdır.

Bunlar Səhihi-Buxari və Səhihi-Müslimdə nəql olunmuş Allahın görünməsi barədə olan hədislərin xülasəsi idi. Bundan əlavə, bir çox mətləblər də istifadə olunur ki, onların bəzilərinə də işarə olundu.

Allahın görünməsi bəhsi əhəmiyyət kəsb etdiyinə görə əhli-sünnə və onların hədis əhlinin arasında bu məsələnin sabit və başverəcək bir iş olduğu və həmçinin əksinə, şiələr və onların rəhbərləri arasında bu məsələnin heç cür qəbul olunmadığı və bu məsələni onlardan heç bir kəs qəbul etmədiyi üçün bu mövzuda əhli-sünnə və əhli-şiə alimlərinin nəzərlərini araşdırırıq.

Əhli-sünnə alimlərinin nəzərində Allahın görünməsi

Əhli-sünnə alimləri nə deyirlər ?!

Əhli-sünnə alimlərinin və onların dörd məzhəb rəhbərlərinin, bəlkə onların bütün alimlərinin və hədisçilərinin Allahı görmək barədə olan nəzərləri hədislərin söylədiyi nəzərlərdir. Onlar Allahın nəinki görünməsini, hətta bu məsələni öz əqidələrinin

əsli kimi qəbul edir və onu inkar edənləri isə İslamdan xaric olmuşlardan və kafirlərdən hesab edirlər.

İmam Əhməd ibn Hənbəl sünni məzhəbinin imamlarından biridir. O, Allahın barəsində bu əqidədə olmuş və müxalifləri İslam dinindən xaric olmuş bilir.(1)

 Malik və Şafei də hər ikisi əhli-sünnənin dörd rəhbərlərindən biri sayılırlar. Onlar da Allah-təalanın qiyamət günü görünməsində həmin əqidədədirlər.

Əşhəb deyir: İmam Malikə dedim: Ya Əba Əbdillah ! (onun kunyəsidir)

{وُجُوهٌ یَوْمَئِذٍ نَاضِرَه إِلَی رَبِّهَا نَاظِرَهٌ}

 ayəsinin mənası budur ki camaat bu iki gözlə Allaha tamaşa edəcəklər? Dedi: Bəli! həmin iki gözlə. Dedim: bir çoxu deyirlər ki:

 (إِلَی رَبِّهَا نَاظِرَهٌ) cümləsinin mənası budur ki, Allahın savab və əzabını gözləyərlər. Mənim cavabımda dedi: Onlar yalan deyirlər, camaat Allahın özünə tamaşa edəcəklər.(2)

Mozni ibn Horəmdən nəql edir ki: İmam Şafeidən eşitdim:

{کَلاَّ انَّهُمْ عَنْ رَبِّهِمْ یَوْمَئِذٍ لَمَحْجُوبُونَ}  ayəsinin təfsirində belə dedi: Bu ayə buna dəlildir ki, Allahın övliyaları onu axirətdə görəcəklər. Həmçinin Rəbi` nəql edir: Günlərin bir günü İmam Şafeinin yanında idim. Ona Səiddən bir məktub gəldi.

O məktubda یَوْمَئِذٍ لَمَحْجُوبُونَ} {کَلاَّ أنَّهُمْ عَنْ رَبِّهِمْ ayəsi barədə sual soruşulmuşdur. Şafei məktubun cavabında belə yazdı: “Allah qəzəb üzünü camaatdan gizlədəcək buna dəlildir ki, başqaları Allah sevindiyi anda onun üzünü görəcəklər. Rəbi` deyir: Şafeidən sual etdim. Sən özün bu məsələyə etiqad bəsləyirsən?


1- [1] . “Əl-mənar”, 9-cu cild, səh. 145;

2- [2] . “Təzyinul-məmalik fi mənaqibi Malik”; təlif-Süyuti Məhəmməd Əbu Zohrənin nəqli ilə Malikin öz kitabında, səh. 88.

Cavabımda dedi: And olsun Allaha, əgər Məhəmməd ibn İdrisin (Şafei) qiyamət günündə Allahı görməyinə yəqini olmasa bu dünyada ona pərəstiş etməz.(1)

İsfiraini (vəfatı-429 h.q.) deyir ki: Rə`y və hədis səhabələrindən fiqh imamları Malikin, Şafeinin, Əbu Hənifənin, Əhməd ibn Hənbəlin, Sovərinin, İbn Əbi Leylanın səhabələri hamısı Allahın gözlə görünməsini sübut etmişlər.

Yenə də əlavə edir ki: Əhli-sünnənin hamısı Allahın axirət günündə özünü möminlərə göstərməsini qəbul edirlər və biz bu barədə ayrılıqda geniş şəkildə bəhslər cəm etmişik(2).

Əhməd Məhəmməd Şakir Əhməd ibn Hənbəlin müsnədinə yazdığı öz şərhində deyir:

Allahın görünməsi barəsində olan hədislər təvatir(3) həddinə və sübut mərhələsinə çatmışdır!!

Əgər bir kəs Allahın görünməsini inkar etsə, məzhəbin zəruri məsələlərindən birini inkar etmişdir. Allahın görünməsini təkcə cəhmiyyə(4), mötəzilə, imamiyyə və xəvariclər inkar etmişlər.(5)

Fazil Nəvəvi deyir: Əhli-sünnə məzhəbinin hamısının etiqadı budur ki: Allah-təalanı görmək əqlən mümkündür və mahal bir şey deyildir. Bu məsələni də qəbul edirlər ki, qiyamət günündə möminlər Allahla görüşməyə nail olacaqlar. Təkcə bir çox bidət əhli məsələn, mötəzilə nümayəndələri, xəvaric və murciə məzhəbinin nümayəndələri güman edirlər ki, Allahı


1- [1] . “Təbəqatuş-Şafeiyyə”, 2-ci cild; səh. 81;

2- [2] . “Əlfərqu beynəl fərq Təbəe Qahirə”, səh. 313 və 335;

3- [3] . Hədis terminalogiyasından biri olub, o hədis toplusuna deyilir ki, onun yalan olması mümkün deyildir. (mütərcim).

4- [4] . İslam məzhəblərindən biri

5- [5] .“Musnəde Əhməd ibn Hənbəlin şərhi”, 14-ci cild, səh. 137, hədisin şərhi: 7703.

görmək mümkün olmayan bir işdir. Sonra deyir: Bu qrupun nəzərləri xəta və cahillik üzündən olan qorxulu məsələlərdəndir. Sonra yenə deyir:

Lakin Allahın görünməsi, əvvəlcə söylədiyimiz kimi, bu aləmdə də mümkün bir işdir.(1)

Allah-təalanın görünməsi barədə olan dəlilləri qeyd etdikdən sonra belə nəticə alır:

Səhih və düzü budur ki;- Peyğəmbər (s) merac gecəsi öz gözləri ilə Allahı görmüşdür: رَأَی رَبَّهُ بِعِیْنِی رَأْسِهِ Sonra Aişənin sözlərinə rədd cavabı yazmışdır. Çünki, Aişədən nəql olunmuşdur ki: "Peyğəmbər (s) merac gecəsi Allahı görməmişdir.”

 Diyar Bəkri deyir: Peyğəmbərin (s) xüsusiyyətlərindən biri bu idi ki, Allah-təalanı iki dəfə öz gözləri ilə görmüşdür.(2)

وَرُؤْیَتُهُ لِلْبَارِی مَرَّتَیْنِ

Bədruddin Eyni Allahı görmək barədə olan hədislərin şərhində belə deyir:

Bu hədisin məzmunu Allahı görməyin mümkün olmadığına qail olanların nəzərini rədd edir. Sonra əlavə edərək bildirir ki: Onların sözləri ən böyük nadanlıq və xətadan doğur. Çünki, Quran və sünnədən ələ gələn dəlillər Allahın görünməsini sübut edir. Bu dəlildən əlavə, İslam ümməti qədimdən ta bu günə qədər bu mənada nəzərləri birdir ki, Allah-təala qiyamət günündə özünü möminlərə göstərəcəkdir.

Sonra əlavə edir: Lakin, Allahın bu aləmdə də görünməsi mümkün bir işdir. Amma keçmiş və indiki kəlam alimlərinin çoxu buna qail olublar ki, Allahın dünyada görünməsi mümkün deyildir. Sonra deyir: Əşəri buna qail idi ki, bu dünyada da Allahı görmək mümkündür!!!(3)


1- [1] . “Səhihi-Müslim”in şərhi, 3-cü cild, səh. 5;

2- [2] . “Tarixul-xəmis”, 1-ci cild, səh. 113-114;

3- [3] . “Umdətul-qari”, 18-ci cild, səh. 172.

Qəstəlani deyir: Bəli, şübhəsiz ki, Allahı açıq-aşkar görəcəyik!!(1)

İbn Həcər Bətaldan nəql edir: Əhli-sünnə, hədis və ümmətinin hamısı Allahı axirətdə görülməsinin caiz olduğuna qaildirlər.(2)

Şeyx Məhəmməd Əbduh deyir: Allahı görmək barədə düzgün və aşkar hədislər o qədər çoxdur ki, bir kəsə şəkk-şübhə və mücadilə üçün bir yer qalmır.(3)


1- [1] . “İrşadus-sari”, 2-ci cild; səh. 109;

2- [2] . “Fəthul-bari”, 18-ci cild, səh. 195;

3- [3] . “Əl-mənar”, 9-cu cild, səh. 144;

2. Allahı görmək məsələsi ilə bağlı beş sual

İbn Həcər Məkkidən(1) Allahı görmək məsələsi barədə beş sual qeyd olunmuşdur. O, bu suallara cavab vermişdir. Əziz oxucuların bu beş sual və cavaba diqqət etmələrini xahiş edirik.

1. Sual: Əgər bir kəs bu dünyada ayıq halda həmin gözləri ilə Allahı gördüyünü iddia etsə və ya buna etiqadı olsa, onun iddiası düzdürmü? Bir halda ki, bəzi firqələr Allahı bu dünyada da görünməsinin mümkün olduğuna etiqad bəsləmişlər.

Cavab: Bu məsələ iki cəhətdən bəhs olunmalıdır. Onlardan biri budur ki, əhli-sünnə ardıcılları Allahın bu dünyada da görünməsinin mümkün olmasına etiqad bəsləmişlər. İkinci bəhs görünüşün necə baş verməsindədir. Əhli-sünnənin əksəriyyətinin əqidəsi bu barədə belədir ki, Allahın bu dünyada görünməsi başqa şəxslər üçün deyil, təkcə Peyğəmbər (s) üçün mümkün olmuşdur. O da yalnız merac gecəsində baş vermişdir.

2. Sual: Görəsən keçmiş dinlərə tabe olmuş möminlər də İslam


1- [1] . İbn Həcər Məkki 973-cü hicri tarixində dünyadan getmişdir. O, əhli-sünnə alimlərindən biri və çoxlu kitab sahibi idi. O cümlədən onun yazdığı kitablar şiənin rəddi barədə"Əssəvaiqul Muhriqə" və "Əlfəta vəl hadisə " və s... misal vurmaq olar. Əlfətavəl hədisə kitabını 1390-cı hq tarixində Misrdə yeni çapa verilmiş və beş sual - cavab 147-149-216-218-ci səhifədə geniş şəkildə izah olunmuşdur.

dininin ardıcılları kimi Allahı qiyamət günündə görəcəklər?

Cavab: İbn Əbi Həmzə Malikinin dediyinə əsasən, keçmiş dinlərə itaət edənlər üçün iki ehtimal vardır. Lakin ən çox ehtimal olunan odur ki, onlar da müsəlmanlar kimi Allahı görəcəklər və hətta deyə bilərik ki, mələklər, cinlər və qadınlar da Allahı görməyə nail olacaqlar. Çünki, rəvayətdə gəlmişdir ki, Allahın bütün düz məxluqları onu görəcəklər. Xaliqiyyət ləfzi də umumiyyətə işarədir. Saydıqlarımızın hamısına da dəlalət edir.

3. Sual: Nəyə görə Allahı dünyada yox, axirətdə görmək mümkün olacaq?

Cavab: İmam Malikinin bəyanına əsasən, onun səbəbi axirət əhlinin əksinə olaraq, dünya əhlinə hökumət edən zəif bir qüvvəyə görədir. Axirət əhli həmişəlikdir və yüksək qüvvəyə malikdirlər. Amma Peyğəmbərin (s) merac gecəsində Allahı görməsinə müvəffəq olmasının necəliyinə gəldikdə isə, o da adi bir bəşər kimidir? Sualına cavabda gərək deyək ki, bu, Allahın təkcə öz Peyğəmbərinə inayət etdiyi məxsus, fövqəladə kəramət və lütf idi.

4. Sual: Behiştdə qadınlar da kişilər kimi Allahı görəcəklər?

Cavab: Xeyr! Çünki, bu məsələyə xüsusi bir dəlil yoxdur. Lakin, alimlərin bəziləri deyirlər ki: Onlar da kişilər kimi behiştdə Allahı görəcəklər. Rəvayətlərin məfhumu ümumiyyətə dəlalət etdiyinə görə qadınlara da şamil olur. Bəzən qadınların bayram günlərində, özü də kişilərlə bir yerdə deyil, xüsusi şəkildə Allahı görəcəklərini də söyləyirlər. Bu nəzəriyyə dəlil cəhətindən yüksək qüvvəyə malikdir. Lakin, Cəlaluddin Süyuti “Siddiqat”- (Quranda onların barəsində yaxşı yad olunan qadınlar )-ı istisna etmiş və belə demişdir: Bu qadınlar behiştdə kişilərlə bir yerdə də Allahı görəcəklər. Bu, Allahın belə qadınlara bağışladığı xüsusi lütfü və kəramətidir.

5. Sual: Qadınlar da kişilər kimi durduqları yerdə və behiştə girməzdən qabaq Allahı görəcəklər?

Cavab: - Bəli, əhli-sünnənin bir çox alimlərinin əqidəsinə görə münafiq və kafirlər də durduqları yerdə Allahı görməyə müvəffəq olacaqlar. Lakin, az bir müddətdən sonra görə bilməyəcəklər. Amma behiştdə Allahı görmək peyğəmbərlərə, mursəllərə, siddiqlərə, İslam ümmətindən və hər ümmətdən olan möminlərə məxsus olmasında əhli-sünnənin nəzəri eynidir. Təkcə bu ümmətin qadınlarının görməsində ixtilaf vardır.

Bu batil əqidənin mənşəyi nədir?

Əvvəlki səhifələrdə işarə olunduğu kimi, əhli-sünnə alimlərinin sözlərindən belə anlaşılır ki, onların bu əqidələrinin sübutunda dəlilləri səhiheyndə və başqa etimad olunan kitablarında nəql olunmuş hədislərdən ibarətdir. Elə buna görə də bu hədislər onları Qurani-Kərimin ayələrində düşünülüb və təfəkkür etmələrindən saxlamışdır. Bəzən bu hədislərin əsərinin təsiri ayələrin bir hissəsini təvil etmiş(1) və hədisin məzmunu ilə uyğun mənada istifadə olunmuşdur.

İbn Həcər Allahın görünməsini söyləyən hədislər barədə belə deyir: Daru Qutni Allahın görünməsi barədə olan hədislərin nəql olunan yolunu təqribən iyirmiyə qədər toplamışdır.

Sonra deyir: Lakin, İbn Qəyyim bu barədə çox çalışmış və “havil-ərvah” kitabında 30-dan artıq toplamış və hamısının təriqinin də düzgün və səhih olduğunu bildirmişdir.

Sonra İbn Həcər, Daru Qutnidən nəql edir ki: İbn Muin demişdir: Mənim yanımda Allahı görmək barədə yeddi səhih hədis vardır.(2)

Şeyx Məhəmməd Əbduh deyir: Görməyi inkar edən ayələrin, onu sübut edən ayələrdən daha aşkar olduğu çox deyilmişdir.


1- [1] . Dəyişmiş və başqa mənaya yozmuş.

2- [2] . Fəthul-bari 1-ci cild,7, səh.  309.

Məsələn: {لَنْ تَرَانِی} ayəsi və {لَا تُدْرِکُهُ اْلأَبْصَارُ} ayəsi(1) kimi.

Bu iki ayə sərahətlə Allahın görünməsini inkar edir. Lakin bunu sübut edən ayələr isə bundan ibarətdir

{وُجُوهٌ یَوْمَئِذٍ نَاضِرَهٌ إِلَی رَبِّهَا نَاظِرَهٌ} “Qiyamət günü bir çoxlarının üzləri sevincdən gülər və Allahlarına baxarlar"(2)

Bu ayədə “نظر”-lüğəti intizar mənasında, Quranda, danışıqda və ərəb kəlmələrində çox istifadə olunmuşdur. Məsələn:

{مَا یَنْظُرُونُ إِلاَّ صَیْحَهً وَاحِدَهً} ayəsi(3) {هَلْ یَنْظُرُونَ إِلاَّ تَأْوِیلَهُ}  ayəsi(4) kimi.

Bu ayələrin hamısında “نظر” lüğəti intizar mənasındadır. Mucahid kimi keçmiş təfsirçilər də “ناظره” ni bəhs olunan ayələrdə intizar mənasını daşıdığını bildirmişlər.(5)

Əbduh yuxarıdaki mətləblərə diqqət edir, amma hədislərlə üz-üzə gəldikdə onlara göz yuma bilmir. Xülasə söyləsək, Quran ayələrinə çox sadə yanaşmışlar. Başqa sözlə söyləsək, Allahı görməyin mümkün olduğunu bildirən hədislərin təsirinə qapılaraq Quran ayələrində təvilə yol vermiş və belə demişdir: Səhih hədisdə Allahı görməyin sübutuna aşkar hədislər o qədər çoxdur ki, heç kəsə şəkk-şübhə yeri qalmır.(6)

Beləliklə, aydın oldu ki, Allahın görünməsinə olan əqidənin mənşəyi əhli-sünnə kitablarında gətirilmiş belə hədislərdir. Xüsusilə sihahda nəql olunan cism və oxşatmaq mənşəyi daha təsirli olmuş, belə hədislər Allahı tanımaqda Quranın nəzəri ilə uyğun gəlməyən yolu ötüb keçilməsi ilə nəticələnmişdir.

Bəli, bir vaxt bir binanın əyriliyi onun memarının vasitəsi ilə düzəlmiş olarsa, bu əyriliyin əsəri o binada əbədi qalacaqdır.


1- [1] . “Ənam” surəsi, 103-cü ayə;

2- [2] . “Qiyamət” surəsi, 22-ci ayə;

3- [3] . “Yasin” suərsi, 49-cu ayə;

4- [4] . “Əraf” surəsi, 53-cü ayə;

5- [5] . Əlmənar 9-cu cild, səh. 134.

6- [6] . Əlmənar 9-cu cild, səh. 144.

Allahı yuxuda görmək olarmı ?

Əziz oxucu!

Səhiheynin ardıcıllarının Allahı görmələri barədə olan əqidələrini mülahizə etdiniz. Yaxşı olar ki əhli-sünnə alimlərinin Allahı yuxuda görmək əqidəsini də burada qeyd edək.

Onlar bu məsələni sübut etməkdən ötrü bir sıra hədislər nəql etmişlər. Bu hədislərin məzmununa əsasən, Peyğəmbər (s) bu nemətə nail olmuş və Allahı yuxuda görmüşdür.

Bu nəzəriyyəni daha da möhkəmlətmək üçün məsələni genişləndirərək, Peyğəmbərin (s) məqamını kiçiltmiş və bəzi alimlərin də yuxuda Allahla görüşməyə və Allahla öz aralarında dərdləşməyə nail olduğunu da bildirmişlər.

Bu yuxunu ən məşhur yuxu yozanlar maraqlı və şirin yuxu yozma ilə nəql etmişlər.

Belə əqidənin sahibləri Allahı yuxuda görməyə əlaqəsi olanlara yol göstərmiş və bu nemətə nail olmaq üçün onlara iki rəkətli məxsus bir namaz da öyrətmişlər.

Nəhayət, məşhur tarixçi Suheyli və “Rovzul-ənəf” kitabının sahibi (vəfatı-581 h.q.) bu barədə “Məsələtu royətillah fil mənami vən-nəbiy(1) adlı kitab yazmış, Allahı yuxuda görmək mövzusunu geniş açıqlamış və bu barədə olan müxtəlif suallara cavab vermişdir.

Biz yuxarıda qeyd olunan mətləblərin geniş şəkildə araşdırılmasını oxucuların ixtiyarında qoyur, bu barədə mühakimə yürütməyi onların öz öhdələrinə buraxırıq.

Peyğəmbər (s) Allahı yuxuda görür.

Bu barədə Termizi öz sunənində bir neçə hədis nəql etmişdir. Onların hamısının məzmunu Peyğəmbərin (s) yuxuda Allahı gözəl qiyafədə görərək onunla söhbət etdiyini bildirir. İndi isə o hədislərdən birinin mətni və xülasə tərcüməsi ilə tanış olun:


1- [1] . İbn Hişamin sirəsi, Taha Əbdur-raufun qələmi ilə ; Misr çapı 1391.

... عَنْ مَعَاذِ ابْنِ جَبَلِ قَالَ: احْتَبَسَ عَنَّا رَسُولُ الله | ذَاتَ غَدَاهِ مِنْ صَلاَهِ الصُّبْحِ حَتَّی کِدْنَا نَتَراءی عَیْنَ الشَّمْسِ فَخَرَجَ سَرِیعاً فَتَرَبَ بِالصّلاَهِ فَصَلّی رَسُولُ اللهِ وَ تَجَوَّزَ فِی صَلاَتِهِ فَلَمَّا سَلَّمَ دَعَا بِصُوتِهِ فَقَالَ لَنَا عَلَی مصافِکُمْ کَمَا أَنْتُمْ ثُمَّ إِنْقَتَلَ إِلَیْنَا فَقَالَ أَمَّا إِنِّی سَأُحَدِّثُکُمْ مَا حَبَسَنِی عَنْکُمْ الغَدَاهَ، إِنِّی قُمْتُ مِنَ اللَّیْلِ فَتَوَضَّأْتُ فَصَلَّیْتُ مَا قدر لِی فَنَعستُ فِی صَلاَتِی فاستقلتُ فَإِذَا أَنَا بربِّی تَبَارَکَ وَ تَعَالَی فِی أَحْسَنِ صُورَهِ، فَقَالَ: یَا مُحَمَّد! قُلْتُ رَبِّی لَبَّیْکَ قَالَ: فِیمَ یَخْتَصِمُ الْمَلأُ الْأَعْلَی قُلْتُ: لاَ أَدْرِی رَبِّ قَالَهَا: ثَلاَثاً قَالَ: فَرَأَیْتُهُ وَضَعَ کَفَّهُ بَیْنَ کتفِی قَدْ وَجَدْتُ برد أَنامِله بَیْنَ ثدییِّ...

Məaz ibn Cəbəl deyir: “Peyğəmbər (s) bir gün sübh namazına gecikdi. Günəşin çıxmasına az qalmış tələsik halda məscidə daxil oldu. Namazı qıldı və sonra buyurdu: Cərgələrinizi pozmayın. Bu vaxt gecikməyinin səbəbini belə izah etdi: Mən dünən ayıldım. Bir az namaz qıldıqdan sonra yuxuladım. Yuxuda Allahı gözəl bir qiyafədə gördüm. Allah buyurdu: Ya Məhəmməd! Dedim: Ləbbəyk ey mənim Rəbbim! Buyurdu: Muqərrəb mələklər hansı məsələdə bir-biri ilə mübahisə edirlər. Dedim: Bilmirəm. Bu sualı üç dəfə təkrar etdi və mənfi cavab eşitdi. Bir də gördüm ki, əlini mənim kürəyimə qoydu. Mən onun barmaqlarının sərinliyini sinəmdə hiss etdim. Bu vaxt mənə belə buyurdu: Ya Məhəmməd...”.(1)

Buxarinin bu hədisi təsdiq etməsi

Termizi yuxarıdaki hədisi nəql etdikdən sonra deyir: Bu hədis “həsən(2) və “səhih”-dir. Mən onun səhihliyi barədə


1- [1] . “Sunəni-Termizi”, 5-ci cild; “Sad” surəsinin təfsiri, hədis: 3332;

2- [2] . “Həsən” – şiə məzhəbinin nəzərinə əsasən , o hədisə deyilir ki onun sənədi məsuma qədər neçə sənədlə birləşsin və hədisin raviləri də imami məzhəbdirlər. Lakin onların ədaləti barədə rical kitablarında bir söz deyilməmişdir. Əhli-sünnə nəzərində isə həsən, o hədislərə deyilir ki, onun raviləri adil, lakin hədisi əzbərləməkdə çox zəifdirlər. (mütərcim).

Məhəmməd ibn İsmaildən soruşdum. O da bu hədisi təsdiq etdi və cavabında dedi: Bu hədis səhihdir.

Əhli-sünnə alimləri də Allahı yuxuda görürlər

Hafiz ibn Ərəbi Maliki (vəfatı 543 h.q.) Sunəni-Termiziyə yazdığı öz şərhində, həmin kitabdan nəql etdiyimiz hədisin şərhində belə deyir:

Şeyx, alimlərin və zahidlərin rəhbəri, ustad Əbu İshaq İsfəraini də Allahı yuxuda görmüş və ona demişdir: İlahi otuz, ya qırx ildir səndən bağışlanmağımı diləyirəm, lakin hələ də duamı qəbul etməmisən. Allah onun cavabında buyurdu: Ey Əba İshaq! Sən bizdən böyük bir hacəti, bizim dostluğumuzu və məhəbbətimizi istədin!(1)

Şərani(2), İbn Covzi(3) və Şəblənci(4) Əhməd ibn Hənbəldən nəql edirlər ki, o deyirdi: Mən Allahı yuxuda gördüm. Dedim: -İlahi, bəndələrinin sənə yaxın olmasına ən gözəl vasitə nədir? Buyurdu: Mənim sözlərimdir ey Əhməd! Dedim: Düşünərək ya düşünməyərək? Buyurdu: - Düşünərək və düşünməyərək!

Ruhul-məani təfsirinin sahibi Alusi Bağdadi (vəfatı-1270 h.q.) deyir:

Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə 1246-cı ildə, ətrafı nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum”.(5)


1- [1] . “Arizətul əhvəzi”, Misr çapı 12-ci cild, səh. 117.

2- [2] . “Təbəqate Şərani”, Misr çapı, 1316, 1-ci cild, səh. 44.

3- [3] . “Mənaqebu Əhməd ibn Hənbəl”, Beyrut çapı, səh. 434.

4- [4] . “Nurul-Əbsar”, “Beyrut çapı”, səh. 225;

5- [5] . “Ruhul-məanı”, 9-cu cild, səh. 46;

Bu yuxunun yozumu

Darəmi öz “sunən” kitabında nəql edir ki, Peyğəmbər (s) Allahı yuxuda görmüşdür. Sonra bu yuxunu yozmağa başlayır və tanınmış yuxu yozan İbn Sirindən belə nəql edir: - Hər kim Allahı yuxuda görsə behiştə daxil olar.(1)

Allahı yuxuda görmək üçün qılınan namaz

Əhli-sünnə alimləri və hədisçiləri İbn Abbasdan nəql etmişlər ki, hər kim cümə günü zöhr və əsr namazları arasında iki rəkət namaz qılaraq onun birinci rəkətində “Həmd” surəsindən sonra bir dəfə “Ayətul-kursi”-ni və 25 dəfə “Fələq” surəsini, ikinci rəkətində isə “Həmd” surəsindən sonra “İxlas” surəsini və 25 dəfə “NAs” surəsini, salamdan sonra isə 50 dəfə لاحول ولاقوه الا بالله العلی العظیم “La həvla və la qüvvətə illa billahil-əliyyil-əzim”deyərsə, yuxuda Allahı görməmiş dünyadan getməz.

Süyuti də bu hədisi “Əl-ləaliəl-məsnuə(2) və İbn Couzi “Əl-mozuat(3) kitabında bu hədisi Əbu Talib Məkki və Əbu Hamid Qəzalidən nəql edir və bildirir ki, bu hədis qondarma hədisdir. Çünki, onun sənəd silsiləsində olanlar məchul və tanınmayan şəxslərdir.

Təəccüblü burasıdır ki, İbn Couzi bu hədisin inkarında onun “Royətullah fil-mənami” mətninə irad etməmişdir. Onun fikrincə hədisin mətni düzdür. Yalnız sənədlərində iradın olmasını bildirərərək belə demişdir:

هذا حدیث مجهول وفیه مجاهیل لایعرفون.

Allah-Təalanı görmək şiə imamlarının nəzərində

Şiə məzhəbinin rəhbərləri, yəni Peyğəmbər (s) sülaləsi Allahı


1- [1] . “Darəminin mətni”, 2-ci cild; səh. 126;

2- [2] . 1-ci cild, səh. 52;

3- [3] . 2-ci cild, səh. 119;

gözlə görməyin qeyri-mümkün olduğunu bildirirlər. Şiə məzhəbinin nümayəndələri də öz rəhbərlərinin təlim-tərbiyəsinə əsasən, Allah-təalanı bu dünyada və axirət günündə görmək məsələsində onun qeyri-mümkün olduğuna etiqad bəsləmiş və Allahı bu kimi şeylərdən (məsələn: başqa cisimlər kimi günəş, ay və şüanın əksi kimi dərk etməyin mümkün olması kimi məsələlərdən) münəzzəh və üstün bilirlər.

Xülasə, bu, Peyğəmbər (s) Əhli-beytinin sözləri və nəzəriyyələridir. Gərək təkcə onların sözlərinə etiqad olunsun və qiyamət günündə Allah-təalanın yanında bu kimi şəxslərin və məsum sülalənin nəzərindən başqa heç bir üzürlü səbəb qəbul olunmayacaqdır. Çünki, Allah onları Quranda hər növ çirkinlik və pislikdən pak və hər cür azğınlıq və bihudə söz danışmaqdan münəzzəh və təmiz tanıtdırmışdır:

{إِنَّمَا یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیرًا}

_EY ƏHLI-BEYT! ALLAH SIZDəN çIRKINLIKLəRI (GüNAHLARı) YOX ETMəK Və SIZI BüTüN PISLIKLəRDəN TəMIZLəMəK (PAK) ISTəYIR!_(1)

Peyğəmbər (s) da onları Qurani-məcidə yaxın və onunla bərabər, həmçinin hər ikisini "səqil" (ağır və çiyin sındıran əmanət) qərar vermişdir.

إِنّی تَار ِکٌ فِیکُمُ الثَّقَلَی_ْنِ کِتَابَ اللََّهِ وعِتْرَتِی

_ MəN SIZIN ARANıZDA IKI BöYüK Və AğıR əMANəT QOYURAM. ONLARDAN BIRI ALLAHıN MüQəDDəS KITABı QURAN, DIGəRI ISə MəNIM ƏHLI-BEYTIMDIR! _

Şiə məzhəbinin nəzəri budur ki, Allah-təalanın görünməsinin mümkün olmamasını əqli və nəqli dəlillər sübut edir. Bu barədə Quran ayələrindən əlavə, dini rəhbərlərimizdən nəql olunmuş rəvayətlər həmin əqli və nəqli mətləbləri izah edir və sadə dillə ümumi zehnlərə və fikirlərə onun dərkini aydınlaşdırır.


1- [1] . “Əhzab”, surəsi, 33-cü ayə;

İndi isə əqli və nəqli dəlillərdən ibarət olan bir neçə nümunəni burada qeyd edirik:

Əqli və fəlsəfi dəlillər

ƏQLI Və FəLSəFI DəLILLəR(1)

1. Filosoflar deyirlər: Gözlə bir şeyi görmək və bir şeyin şüasının görünməsi o vaxt mümkündür ki, bir cəhətdə və müəyyən bir yerdə görünsün. Əgər bu məsafə müəyyən həddən az və ya çox olsa, görünən o şeyi görmək mümkün olmayacaqdır.

Hər bir mövcudun görünməsinin şərtləri vardır. Onlardan biri də budur ki, görünən şey görən şəxsin qarşısında olsun.

Məsələ burasındadır ki, bu cəhətlər Allah-təala barəsində keçərli deyildir və bizə onun mümkün olmamasını anladır. Çünki, bu cəhətlərdən heç birinin həqiqəti Allah-təala barəsində düzgün deyildir. Allah, heç yerdə və ya heç bir məkanda kimsəyə görünməmişdir. Allah və yaratdığı varlıqlar arasında məsafə yoxdur. Çünki, məsafənin lazım olması Allah-təalanın cism və məkana malik olması deməkdir. Allah-təalanın isə heç bir cism və məkana ehtiyacı yoxdur.

2. Allahı görmək və onunla görüşmək, əgər onun vücuduna əlaqə tapırsa, onun vücudunu gözlə görməyin lazımlığı, vücudunun məhdud bir məkanda və müəyyən bir nöqtədə olmasına və həmçinin başqa bir nöqtələrdə və məkanlarda vücudunun olmamasına gətirib çıxardır. Çünki, insanın baxışı Allahın vücudunun bütünlüklə deyil, təkcə bir qismini görür. Bunun da mənası o deməkdir ki, Allahın vücudu ayrı-ayrı hissələrə malikdir və onlardan da təşkil olunmuşdur. Müəyyən bir nöqtəni tutmuşdur. Bunların hamısı Allah-təala barəsində mümkün olmayan bir şeydir. Çünki, Allah-təala məhdud


1- [1] . BU DəLILLəRIN FəLSəFI Və əQLI OLDUğUNA GöRə əZIZ OXUCULARıMıZA DIQQəTLI OLMALARıNı ISTəYIRIK. (MüTəRCIM).

deyildir və bir nöqtədə də qərar tutmamışdır. Nə ayrı-ayrı hissələrə malik olmuş və nə də tərkib tapmış, nə də bir məkanda yerləşərək başqa bir məkanı boşaltmışdır.

Bundan əlavə, görünən və görülməsi mümkün olan hər bir şeyin rənglərdən birinə malik olması lazımdır ki, görünməsi mümkün olsun. Hər bir rəng növünün Allah-təalanın vücuduna nisbət verilməsi özü də mümkün olmayan bir işdir.(1)

Qurani-Kərimdən dəlillər

Qurani-Kərimdə Allah-təalanın görünməsini inkar edən çoxlu ayələr vardır. Bu ayələr bu məsələnin mümkün olmadığını bəyan etmişdir. Misal olaraq, kitabımızın bu səhifəsində bu barədə iki ayəni gətiririk:

1. “Ənam” surəsində belə buyurur:

{لاَّ تُدْرِکُهُ الأَبْصَارُ وَهُوَ یُدْرِکُ الأَبْصَارَ وَهُوَ اللَّطِیفُ الْخَبِیرُ}

_"GöZLəR ONU (GöRüB) DəRK ETMəZ. O, GöZLəRI DəRK EDəR. O, LəTIFDIR (CISMLILIKDəN UZAQDıR), (HəR şEYDəN) XəBəRDARDıR!"_(2)

Mərhum Təbərsi deyir: - "İdrak" maddəsi "bəsər" kəlməsi ilə qeyd olanda {لَا تُدْرِکُهُ اْلأَبْصَارُ}- görməyin və görünməyin göz vasitəsi ilə olması mənasınadır.

Məsələ burdadır ki, əgər bir kəs desə ki,

أَََََدْرَکْتُهُ بِبَصَرِی وَمَارَأیْتُه

cavabında deyərlər ki, bu kəlam ziddiyyətlidir. Çünki, gözlə dərk etmək, həmin görmək deməkdir. Buna görə də "onu gözümlə dərk etdim, lakin görmədim" deyilsə bu doğru deyildir.(3)


1- [1] . Əlavə məlumat əldə etmək üçün Əllamə və Quşçinin Nəsrəddin Tusunin “Təcridul-etiqad” kitabına yazdığı şərhinə, həmçinin başqa Kəlami və Fəlsəfi kitablara müraciət edə bilərsiniz!

2- [2] . Ənam surəsi ayə - 103.

3- [3] . “Məcməul-bəyan”; Sudan çapı, səh. 344.

2. “Bəqərə” surəsində isə belə buyurur:

{وَإِذْ قَالَ مُوسَی لِقَوْمِهِ یَا قَوْمِ إِنَّکُمْ ظَلَمْتُمْ أَنفُسَکُمْ بِاتِّخَاذِکُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَی بَارِئِکُمْ فَاقْتُلُواْ أَنفُسَکُمْ ذَلِکُمْ خَیْرٌ لَّکُمْ عِندَ بَارِئِکُمْ فَتَابَ عَلَیْکُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِیمُ * وَإِذْ قُلْتُمْ یَا مُوسَی لَن نُّؤْمِنَ لَکَ حَتَّی نَرَی اللَّهَ جَهْرَهً فَأَخَذَتْکُمُ الصَّاعِقَهُ وَأَنتُمْ تَنظُرُونَ}

_ O VAXTı DA XATıRLAYıN KI, MUSA öZ QöVMüNə: EY QöVMüM, SIZ BUZOVA SITAYIş ETMəKLə, HəQIQəTəN, öZüNüZə ZüLM ETDINIZ. BUNA GöRə Də YARADANıNıZA TəRəF üZ TUTARAQ TöVBə EDIN, öZüNüZü (BUZOVU TANRı BILəN ADAMLARıNıZı) öLDüRüN! BELə ETMəNIZ YARADANıNıZıN YANıNDA SIZIN üçüN XEYIRLIDIR! - DEMIşDI Və ALLAH DA TöVBəNIZI QəBUL ETMIşDI. ƏLBəTTə, O, TöVBəLəRI QəBUL EDəNDIR, BAğışLAYANDıR. (Və YADıNıZA SALıN KI) SIZ: YA MUSA, ALLAHı AşKAR SURəTDə GöRMəYINCə, HEç VAXT SəNə INANMAYACAğıQ ,- DEDIYINIZ ZAMAN GöZüNüZ GöRə-GöRə SIZI ILDıRıM VURMUşDU."_(1)

Bu iki ayə bir-birinə birləşir və bir-biri ilə bağlıdır. Allah-təalanın görünməsinin qeyri-mümkün olmasına dəlalət edir. Çünki, birinci ayədə özləri üçün buzova sitayiş etməyi din qərar verən şəxslərin əzaba düçar olduğunu bildirmişdir. Nəticədə isə onların tövbəsinin ən çətin cəzalarla, özlərini öldürməyi şərt bağlamışdır. İkinci ayədə isə əzab, Allah-təalanı görmək istəyənlər üçün qeyd olunmuşdur. Onların da cəzaları ildırımın nazil olması və asimani bəlaya düçar olmalarına işarədir.

_Bu mübarək ayə təmamilə aşkar şəkildə bizləri bu həqiqətə çatdırır ki, küfr, mürtəd olmaq və əzaba düçar olmağın səbəbi təkcə buzova pərəstiş etmək deyil, Allah-təalanı görmək istəmək özü də günah və asimani əzabın nazil olmasına səbəbdir. Məsələn, buzovpərəstlik ən böyük günahdır._

Diqqəti cəlb edən budur ki, Quranda Allahı görmək mövzusunda mümkün olmayan Bəni-İsrailin istəklərinə


1- [1] . Bəqərə surəsi ayə - 54-55.

işarələr olunmuşdur. İşlənmiş ibarətlər və cümlələr bu işin ən böyük günah olduğunu və boyun əyməməyi çox aydınlaşdırır. Bir yerdə deyir:

{یَسْأَلُکَ أَهْلُ الْکِتَابِ أَن تُنَزِّلَ عَلَیْهِمْ کِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَی أَکْبَرَ مِن ذَلِکَ فَقَالُواْ أَرِنَا اللّهِ جَهْرَهً فَأَخَذَتْهُمُ الصَّاعِقَهُ بِظُلْمِهِمْ}

_ (YA RəSULUM!) KITAB əHLI (YəHUDILəR) SəNIN ONLARA GöYDəN (BIRDəFəLIK) BIR KITAB ENDIRMəYINI ISTəYIRLəR. HALBUKI ONLAR (VAXTILə) MUSADAN BUNDAN DAHA BöYüYüNü ISTəMIş Və: BIZə ALLAHı AşKAR GöSTəR! - DEMIşDILəR. Və öZ əDALəTSIZLIKLəRI üZüNDəN ONLARı ILDıRıM VURMUşDU. _(1)

Başqa bir yerdə isə deyirlər:

{وَقَالَ الَّذِینَ لَا یَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَیْنَا الْمَلَائِکَهُ أَوْ نَرَی رَبَّنَا لَقَدِ اسْتَکْبَرُوا فِی أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا کَبِیرًا}

_ BIZIMLə QARşıLAşACAQLARıNA üMID ETMəYəNLəR (QIYAMəT GüNü DIRILIB HAQQ-HESAB üçüN HüZURUMUZDA DURACAQLARıNDA QORXMAYANLAR): "BIZə (MəHəMMəDIN HəQIQI PEYğəMBəR OLDUğUNU TəSDIQ EDəN) MəLəKLəR ENDIRILMəLI, YAXUD BIZ (ONUN DOğRU DANışıB-DANışMADığıNı BILMəK üçüN) RəBBIMIZI GöRMəLI IDIK!" - DEDILəR. HəQIQəTəN, ONLAR öZLəRI BARəSINDə TəKəBBüRə QAPıLDıLAR Və (ALLAHı BILAVASITə GöRMəK, ONUNLA DANışMAQ ISTəMəYə CüRəT ETMəKLə) AZğıNLAşıB HəDDI çOX AşDıLAR.! _(2)

Əgər Allah-təalanın görünməsi mümkün olsaydı onların istəkləri zülm, həddindən çıxmaq və əmrə itaətsizlik sayılmazdı.

Xüsusi şəkildə görməyə etiqad edən şəxslər deyirlər: - Allah-təalanın bəndələrinə əta etdiyi ən gözəl və ləzzətli nemətlərdən biri onun ən böyük inayəti və bəndələrinə diqqətinin olması və qiyamət günündə behiştdə bəndələrinə camalını göstərməsidir.


1- [1] . Nisa surəsi ayə - 153.

2- [2] . “Furqan” surəsi, 21-ci ayə;

Görünməyin inkarı barədə Quranda ayələr çoxdur. Lakin, nümunə olaraq bu iki söylənilən ayələrlə kifayətlənirik.

Hədislərdən dəlillər

1.

مِنْ کَلاَم لَهُ (ع) وَ قَدْسَأَلُهُ ذَعلَبُ الْیَمَانِی فَقَالَ: هَلْ رَأَیْتَ رَبَّکَ یاَ أَمِیرَالْمُؤْمِنِینَ؟ فَقَالَ (ع): "أَفَأَعْبُدُ مَ اتَ أَرَی؟" قَالَ: وَ کَیْفَ تَرَاهُ؟ قَالَ: "لاَ تُدْرِکُهُ الْعُیُونُ بِمُشَاهِدَهِ الْعَیَانْ، وَ لَکِنْ تُدْرِکُهُ الْقُلُوبُ بِحَقَایِقِ الأِیمَانِ...

Zələb Yəmani Əmirəl-möminin Əli ibn Əbi Talibdən (ə) sual etdi: Allah-təalanı görmüsənmi?! Cavabında Əli (ə) buyurdu: Görəsən mən görmədiyim Allaha ibadətmi edirəm?

Zələb sual etdi: Necə görürsən? Əmirəl-möminin (ə) buyurdu: Allah-təalanı başda olan gözlə görmək mümkün deyil. Lakin, onu imanın həqiqətindən bəhrələnən qəlbin nuru ilə dərk etmək olar...(1)

2.

 وسئل الصادق (ع): هَلْ یُری اللهُ فِی الْمَعَاد ؟ قَالَ (ع): "سُبْحَانَهُ تَبَارَکَ وَ تَعَالَی عَنْ ذَلِکَ علوّاًَ کبیراً، إِنَّ الأَبْصَارَ لاَ تُدْرِکُ إِلاَّ مَالَهُ لونٌ وَکِیْفِیَّهٌ، وَاللهُ خَالِقُ الأَلْوَانِ وَالْکِیْفِیَّهِ "

İmam Sadiqdən (ə) sual etdilər: Qiyamət günündə Allah-təalanı görmək olarmı? İmam (ə) cavabında buyurdu: Allah-təala belə şeylərdən münəzzəh və üstündür. Çünki, göz təkcə rəng və keyfiyyətə malik olan şeyləri –cismləri görə bilər. Lakin Allah nə rəng, nə keyfiyyət və nə də necəliyə malikdir. Allah-təala onları vücuda gətirəndir.(2)

3.

....عن ابی عبدالله (ع) قال: جاء حبر إِلی أَمِیرِالْمُؤْمِنِینَ (ع) فَقَال: یَاأَمِیرَالْمُؤْمِنِینَ! هَلْ رَأَیْتَ


1- [1] . “Nəhcül-bəlağə”, 179-cu xütbə;

2- [2] .“Üsuli-Kafi”, 3-cü cild, “İbtalur-röyə” bölümü, və “Biharul-ənvar”, 4-cü cild, “Nəfyur-röyəti” bölümü;

رَبَّکَ حِینَ عَبَدْتَهُ ؟ فَقَالَ (ع): وَیْلَکَ! مَا کُنْتُ أَعْبُدُ ربّاً لَمْ أَرَهُ قَالَ: وَکَیْفَ رَأَیْتَهُ ؟ قَالَ (ع): وَیْلَکَ ! لاَ تُدْرِکُهُ الْعُیُونُ فِی مَشَاهِدَهِ الأَبْصَارِ وَلَکِنْ رَأَتْهُ الْقُلُوبُ بِحَقَایِقِ الإِیمَانِ... .

İmam Sadiq (ə) buyurur: “Yəhudi alimlərindən biri Əmirəl-möminin Əlinin (ə) xidmətinə gəldi və ərz etdi: Ya Əli ! Pərəstiş etdiyin Allahı görmüsən? Əmirəl-möminin Əli (ə) buyurdu: Vay olsun sənə! Mən görünməyən Allaha pərəstiş etmirəm. Yəhudi sual etdi: Allahı necə görmüsən? Əli (ə) buyurdu: Allahı bu gözlərlə görmək mümkün deyil, ürəklərdə olan imanın həqiqəti ilə onu dərk edirlər.(1)

4.

عَنِ الأَشْعَثِ بْنِ حَاتَمْ قَالَ: قَالَ: ذُوالرئاسَتَیْنِ: قَلْتُ لِأَبِی الْحَسَنِ الرِّضَاء (ع): -جُعِلْتُ فِدَاکَ - أَخْبَرَنِی عَمَّا اخْتَلَفُ فِیهِ النَّاسِ مِنَ الرُؤْیَهِ! فَقَالَ: "یاَ أَبَاالْعَبَّاس! مَنْ وَصَفَ اللهُ بِخِلَافِ مَا وَصَفَ بِهِ نَفْسَهُ، فَقَدْ إِعْظَمَ الْفَریهَ عَلَی اللهِ، قَالَ: {لاَ تُدْرِکُهُ الأَبْصَارُ وَهُوَ یُدْرِکُ الأَبْصَارَ وَ هُوَ اللَّطِیفُ الْخَبِیرُ... }

Fəzl ibn Səhl Zulriyasəteyn İmam Rzaya (ə) ərz etdi: “Camaatın ixtilaf etdiyi şey barədə, yəni Allahın görünməsi barədə mənə xəbər ver! Bu işin həqiqətini mənim üçün açıqla! Həzrət (ə) da cavabında buyurdu: Hər kəs Allahı, onun tərif etdiyindən başqa tərif edərsə, ən böyük böhtanı onun təkliyi barədə demişdir. Sonra bu ayəni oxudu:

{لَا تُدْرِکُهُ اْلأَبْصَارُ}

_ GöZLəR ONU (GöRüB) DəRK ETMəZ. O, GöZLəRI DəRK EDəR. _

Əhli-beytdən (ə) hədis kitablarında görməyi inkar edən onlarla hədis nəql olunmuşdur. Bu bir neçə hədis də kitabımızın bu hissəsində misal olaraq qeyd olunmuşdur.(2)


1- [1] . “Üsuli-Kafi”, 3-cü cild, “İbtalur-röyə” bölümü, və “Biharul-ənvar”, 4-cü cild, “Nəfyur-röyəti” bölümü;

2- [2] . “Üsuli-Kafi”, “İbtalur-röyət” bölümü, “Biharul-ənvar”, təzə çapı, 4-cü cild, “Nəfyur-röyə” bölümü;

Allahın məkana ehtiyacı varmı?!

Allahın məkanı!

Səhihi-Müslim və Səhihi-Buxarinin tövhid məsələsində olan ikinci zəif nöqtə budur ki, bu iki kitabda Allah-təala məkana ehtiyaclı olan bir varlıq kimi tanıtdırılmış və onun üçün müxtəlif məkanlar müəyyən edilmişdir.

Allahı görmək” bəhsində işarə etdiyimiz kimi, hər bir mövcudu görmək üçün ona müəyyən bir məkan lazımdır. Allahı görmək barədə hədislərə diqqət etdikdə səhiheyn Allahın məkana malik olmasını çatdırır.

Lakin məkan mövzusu sihahda (altı kitabda) ayrıca bəhs kimi qələmə alınmış və əhli-sünnə tərəfindən məkanı sübut etmək üçün bir çox kitablar yazılmışdır.

Səhiheynin (Buxari və Müslim) nəzərincə, Allahın məkanı namaz vaxtı namaz qılanın qarşısında və onun qibləsinə tərəfdir.

Sunənin (yəni Sunəni-Davud, Sunəni-Nəsai, Sunəni-Termizi və s..) nəzərincə isə Allahın məkanı ərşin üstündə, ərş vücuda gəlməzdən öncə isə Allahın buludlar arasında olduğunu bildirirlər.

İndi də bu mövzuda bir neçə hədisin tərcümə və mətni ilə tanış olaq.

3. Allah, namaz qılanın qarşısında!

1.

عن عبدالله بن عمر: أَنَّ رَسُولَ اللهِ| رَأیِ بَصاقاً فِی جِدَارِ الْقِبْلَهِ فَحَکَّه بِیَدِهِ، ثُمَّ أَقْبَلَ عَنِ النَّاسِ، فَقَالَ: "إِذَا کَانَ أَحَدُکُمْ یُصَلّی فَلاَ یَبْصقْ قِبَلِ وَجْهِهِ، فَإِنَّ اللهَ قِبَل وَجْهَهُ إِذَا صَلَّی".

Əbdullah ibn Ömər deyir: “Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu: Sizlərdən hər biriniz namaz qılan zaman öz qarşınıza ağzınızın suyunu atmamalısınız. Çünki namaz qılınan vaxt Allah sizin qarşınızda dayanır.”(1)

2.

 عَنْ عَبْدِاللهِ )رَه( قَالَ: بینا النَّبِیّ| یُصَلّی رَأَی فِی قِبْلَهِ الْمَسْجِدِ نخامَهً فَحَکَّهَا بِیَدِهِ، ثُمَّ قَالَ: "إِنَّ أَحَدَکُمْ إِذَا کَانَ فِی الصَّلَوهِ فَإِنَّ اللهَ حَیالُ وَجْهِهِ، فَلاَ یَتَخَمَّنَّ حیالَ وَجْهِهِ فِی الصَّلَوهِ"

Əbdullahdan nəql olunmuşdur: “Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu


1- [1] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-salat”, Həkkul-bəzaqi bil-yədi minəl-məscid” bölümü, hədis: 397-398; və 39-cu bölüm, və “Kitabus-səlat”, “Əbvabul-əməli fis-səlat”, 12-ci bölüm, “Ma yəcuzu minəl-bəsaq”, hədis: 1213; “Səhihi-Müslim”, 2-ci cild, “Kitabul-məsacid”, 13-cü bölüm, “Ənnəhyu ənil busaq fil məscidi fis-səlati və ğeyriha”, hədis: 548;

təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu: Sizlərdən hər biriniz namaz qılarkən Allah onun qarşısında durur. Namaz qılarkən öz qarşınıza ağzınızın suyunu atmayın.”(1)

3.

عَنْ أَبِی هُرَیْرَه: أَنَّ رَسُولَ اللهِ| یصلی رَأی نخامَهً فِی قِبْلَهِ الْمَسْجِدِ فَأَقبلِ عَلَی النَّاسِ، فَقَالَ: "مَا بَالَ أَحَدُکُمْ یَقُومُ مستقبلَ رَبِّهِ فَیتنَخّع أَمَامَهُ، أَیُحِبُّ أَحَدُکُمْ أَنْ یَسْتَقْبِلَ، فَیَتَنَخَّع فِی وَجْهِه ؟! فَإِذَا تَنَخَّع أَحَدُکُمْ، فَلْیَتَنَخَّع عَنْ یَسَارِهِ تَحْتَ قَدَمِهِ، فَإِنْ لَمْ یَجِدْ فَلْیَفْعَلْ هَکَذَا.

ووصف القاسم، فَتفَل فِی ثَوْبِهِ، ثُمَّ مَسَحَ بَعْضَهُ عَلَی بَعْضِ.

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) məscidin qibləsində ağız suyu gördü. Üzünü camaata tərəf çevirib buyurdu: Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağzının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağzının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağzının, ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün olmasa əvvəlki kimi etsin.”(2)

Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətəyini açdı və ağzının suyunu ora atdı. Sonra ətəyini bir-birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü.

Bu hədisi Müslim iki yolla Əbu Hüreyrədən nəql edir.

Allah göydədirmi?

Altı sihah sahiblərindən üçü, sunən və məsanid müəlliflərinin bir çoxu Müaviyə ibn Həkəm Səkəmidən Peyğəmbər (s)


1- [1] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-səlat”, “Həl yəltəfetil əmru yənzil”, və 8-ci cild, “Kitabul-ədəb”, “Ma yəcuzu minəl-ğəzəbi vəş-şiddəti li əmrillah” bölümü;

2- [2] . Səhihi-Müslim 2-ci cild; bab Ənnəhyu ənil busaqi fil məscidi fis-səlati və ğeyrih- Sunən İbn Macə Kitabus-səlat bab-61.

tərəfindən onun kənizinin imanının yoxlanması barədə belə nəql etmişdir:

Peyğəmbərə (s) ərz etdim: Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanıma gətir. Elə ki kənizi Peyğəmbərin (s) yanına gətirdim, ondan soruşdu: Allah hardadır? Dedi: Göydə! Sonra sual etdi: Mən kiməm? Cavab verdi: Sən Allahın elçisisən.

Bu yerdə Peyğəmbər (s) buyurdu: “Bu kənizi azad et. Çünki onun imani var.”

فقال لها أین الله قالت فی السماء ، قال: من انا؟ قالت انت رسول الله|. قال اعتقها فانهن مؤمنه.(1)

Allah ərşdədirmi?

1.

عن ابن عباس بن عبدالمطلب قال: کنتُ فی البطحاءِ فِی عصابه، فیهم رسول الله | فمَرَّت به سحابهٌ فَنَظَرَ إِلَیْهَا، فَقَالَ: "ما تُسَمُّونَ هَذِهِ؟!" قَالُوا: السحابَ قال: "وَالْمُزْنُ؟!" قَالُوا: "وَالْمُزْنُ قَالَ: "وَالْعَنَانُ؟!" قَالُوا: وَالْعَنَانُ. قَالَ أَبُودَاوُد. لَمْ أَتْقَنْ الْعَنَانَ جَیّداً قَالَ | هَلْ تَدرونَ مَا بَیْنَ السَّمَاءِ وَالأَرْضِ؟" قَالُوا: لاَ نَدْرِی قَالَ: "بُعْدَ مَا بَیْنَهُمَا إِمَّا وَاحِدَهٌ، أَوْ اثْنَتَانِ أَو ثَلاَث وَ سَبْعُونَ سنهً، ثُمَّ السَّمَاءُ فَوَقَهَا کَذَلِکَ، حَتَّی عَدَّدَ سَبْعَ سَمَواتِ ثُمَّ فَوْقَ السابِعَه بَحرٌ بَیْنَ أسفلِهِ وَأَعْلاَهُ مِثْلُ مَا بَیْنَ سَماَءِ، إِلَی سَمَاءِ، ثُمَّ فَوْقَ ذَلِکَ ثَمَانِیَهُ أَوْ عَالِ، بَیْنَ أَظْلاَفِهِمْ وَ رَکبهم مثلُ مَا بَیْنِ سَمَاء إِلَی سمَاءِ إِلَی سَمَاءِ ثُمَّ عَلَی ظُهُورِهِمْ العرش، بَیْنَ أسفلِهِ وَ أَعْلَاهُ مِثْلُ مَا بَیْنِ سماءِ إِلَی سَمَاءِ، ثُمَّ الله تَبَارَکَ وَ تَعَالَی، فَوْقَ ذَلِکَ!!!

Əhnəf ibn Qeys Abbas ibn Əbdul Muttəlibdən nəql edir:


1- [1] . “Səhihi-Müslim”, 2-ci cild; “Kitabus-salat”, “Təhrimul-kəlami tis-səlat” bölümü; “Sunəni-Davud”, 1-ci cild, “Kitabus-səlati”, “Təşmitul atisus-səlat” böülümü; “Sunəni-Nəsai”, 2-ci cild; “Kitabul-iman”, “Filmərqəbətil-muminə” bölümü; “Sunəni-Nəsai”, 3-cü cild, “Kitabus-səhvi”,”Əlkəlamu fis-səlat” bölümü; “Muvəttəi Malik”, 2-ci cild; “Kitabur-riqaq”, “La yəhvəzu minəl itiqi fir-riqab” bölümü; “Musnədi-Əhməd”, 2-ci cild; səh. 291; və 5-ci cild; səh. 447, 448, 449;

Bəthada (çay) Peyğəmbər (s) və bir neçə nəfərlə oturmuşdum. Səmada kiçik bulud parçası göründü. Peyğəmbər (s) o buluda baxdı və buyurdu: Sizdə bunun adı nədir?

Ərz etdilər: “Səhab”. Buyurdu: “Mozn”da deyirsiniz? Ərz etdilər: Mozn da deyirik. Buyurdu: “Ənan” da deyirsiniz? Dedilər: Ənan da deyirik.

Sonra Peyğəmbər (s) buyurdu: Yerlə göyün arasındaki fasilənin nə qədər olduğunu bilirsinizmi?

Cavab verdilər: Bilmirik. Buyurdu: Yerdən göyə qədər olan məsafə yetmiş bir, ya yetmiş iki, ya da yetmiş üç ildir. İkinci göyün də məsafəsi o qədərdir. Yeddi göyə qədər saydı. Sonra Peyğəmbər (s) buyurdu: Yeddinci göyün üstündə dərinliyi iki göyün arasında olan məsafə qədərində bir dəniz vardır. O dənizin üzərində səkkiz vəhşi bir qoç dayanmışlar. Onların dırnaqlarından dizlərinə qədər olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Ərş o qoçların üstündədir. Ərşin aşağısı ilə yuxarı hissəsi arasında olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Sonra buyurdu: Allah da o ərşin üstündədir!!”(1)

2.

عَنْ جبیر بْنِ مُحَمَّدِ بْنِ جُبیربْنِ مَطعَم، عَنْ أَبِیهِ عَنْ جَدِّهِ: قَالَ: أَتَی رَسُولُ اللهِ أَعْرَابِیٌّ فَقَالَ: یَا رَسُولَ الله! جَهَدتْ الْأَنْفُسُ، وُضَاعَتِ الْعیالُ، وَنَهکتِ الأَمْوَالُ، وَ هَلَکتِ الأَنْعَامُ، فَاسْتَسْقِ اللهَ لَنَا، فَإِنَّا نَسْتَشْفِعَ بِکَ عَلَی الله، وَنستشفِعَ بِاللهِ عَلَیْک. قَالَ رَسُولُ الله: "وَیْحَکَ! أَتَدْرِی مَا تَقُولُ؟" وَسَبَّحَ رَسُولُ اللهِ |، فَمَازَالَ یُسَبِّحُ، حَتَّی عُرِفَ ذَلِکَ فِی وُجُوه أَصْحَابِهِ. ثُمَّ قَالَ: "وَیْحَکَ! أَتَدْرِی مَاالله! إِنَّ عَرْشَه عَلَی سَمَاوَاتِهِ کَهَکَذَا، وَقَالَ بِأَصَابعه مثل القبّهِ عَلَیْهِ، وَإِنَّهُ لَیئَطّ بِهِ أَطیطَ الرحل بالراکبِ". قَالَ ابْنُ بَشَّارِ فِی حَدِیثِهِ: "إِنَّ اللهَ فَوقَ عَرْشِهِ، وَعَرْشُهُ فَوْقَ سَمَاوَاتَهِ"، وَ سَاقَ الْحَدِیث.


1- [1] . “Sunəni Əbi Davud”, 4-cü cild, “Fil cəhmiyə” bölümü; “Sunəni ibn Macə”, 1-ci cild, “Fima inkərətil cəhmiyə” bölümü;

Cubeyr ibn Məhəmməd atasından, o da atası Cübeyr ibn Mətəmdən nəql etmişdir ki; “Çöl ərəblərindən biri Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: Ya Rəsuləllah! Quraqlığın olması və yağışın yağmaması nəticəsində bizim bədənimiz əziyyətə düşdü. Əhli-əyalımız xəstələndi, sərvətlərimiz əlimizdən çıxdı, mal-qaralarımız isə aradan getdi. Allahdan bizim üçün yağış istə! O ərəb sonra sözlərinə əlavə etdi: Biz səni Allah yanında və Allahı sənə şəfaətçi tuturuq.

Peyğəmbər (s) buyurdu: Vay olsun sənə! Nə danışdığını bilirsənmi?

Bu vaxt Peyğəmbər (s) Allaha həmd və səna oxudu. O qədər təsbih dedi ki, səhabələrin üzündə yorğunluq göründü. Sonra buyurdu: Vay olsun sənə ! Allahı heç vaxt bəndələrindən birinə şəfaətçi qərar vermirlər. Allah bəndəsi qarşısında şəfaət etməkdən üstündür. Vay olsun sənə! Bilirsən Allah kimdir?

Peyğəmbər (s) barmaqları ilə künbəzə oxşayan bir şey düzəltdi, sonra isə buyurdu: Allahın ərşi göylərin üstündə mənim əllərim kimidir. Ərş Allaha görə onun ağırlığının təsirindən dəvənin belindəki yük kimi səs salır!! Əbu Davud deyir: İbn Bəşar bu hədisi belə nəql etmişdir: Allah ərşin üstündə və ərş də göyün üstündə yerləşir. Ərş Allahın altında dəvənin yükü kimi səs salır.

Müəllif: Əbu Davud (sunən sahibi) bu hədisi neçə sənədlə nəql etmiş və onu səhih saymışdır.(1)

3.

عَنْ إِبْنِ مَسْعُودِ، قَالَ: "بین السماءِ الدُّنیَا وَالَّتی تلیها خَمْسُمِأَهِ عَامِ، وَ بَیْنَ کُلِّ سَمَاءِ السَّابِعَهِ وَالْکُرْسِی خَمسُمائَهِ عَامِ، وَ بَیْنَ الْکُرْسِی وَالْمَاءِ خَمْسُمِائَهِ عَامِ، وَالْعَرْشُ فَوْقَ الْمَاءِ، وَاللهِ فَوْقَ الْعَرْشِ، لاَ یَخْفی عَلَیْهِ شَیْءٌ مِنْ أَعْمَالِکُمْ".


1- [1] . “Sunəni Əbi Davud”, 4-cü cild, “Filcəhmiyə” bölümü; “Sunəni İbn Macə”, 1-ci cild, “Cəhmiyyənin inkar etdiyi şeylər” bölümü;.

İbn Məsuddan nəql olunmuşdur: “Birinci göy ilə sonrakı göy arasında 500 il məsafə vardır. Göylərin hər birinin başqa göy arasındakı məsafə beş yüz ildir. Yeddinci göylə kürsi arasında da 500 il və kürsi ilə dəniz suyu arasında olan məsafə də 500 ildir. Allahın ərşi suyun üzərində yerləşir. Allah isə ərşin üstündədir. Sizin əməlləriniz onun üçün gizli və örtülü deyildir.”(1)

Allah buludlar arasında!

عَنْ أَبِی رزین قال: قُلْتُ یَا رَسُولُ الله؟ أَیْنَ کَانَ رَبّنا قَبْلَ أَنْ یخلق خلق؟ قَالَ: "کَانَ فِی غَمّاءَ، مَا تَحْتَهُ هَوَاءٌ، وَ مَا فَوْقَهُ هَوَاءٌ، وَ مَا ثٌمَّ خَلق، عَرْشُهُ عَلَی الْمَاءِ".

Əbu Rəzin deyir: Peyğəmbərdən (s) soruşdum: Allah bütün mövcudları yaratmazdan öncə harda idi?

Buyurdu: Altında və üstündə hava olmayan buludlar arasında idi. Yer üzündə heç bir mövcud yox idi. Allahın ərşi suyun üzərində idi.(2)

Bu hədislərdən çıxarılan nəticələr

1. Allah məkana malikdir və mövcudları yaratmazdan əvvəl buludlar arasında imiş;

2. Allah mövcudları yaratdıqdan sonra ərşi, özü üçün məskən seçmiş və onun üzərində oturmuşdur. Ərş də Allahın ağırlığından minilmiş dəvənin cihazı kimi səs çıxarırmış;

3. Bir gün buludlar arasında olan Allah sonralar ərşin üzərinə çıxmış, bəndələrinin namaz qılan vaxtlarında öz məkanını dəyişərək ərşin üstündən yerə enmiş və namaz qılanla qiblə arasında dayanmışdır;


1- [1] . Məhəmməd ibn Əbdul Vəhhabın (vəfatı 1206) yazdığı “Kitabut-tövhid”, Qahirə 1376, səh. 212; “Fəthul-məcid” (Kitabut-tövhidin şərhi), Şərh yazar: Şeyx Abdur-rəhman ibn Məhəmməd ibn Əbdul-vəhhab”, səh. 514;

2- [2] . “Sunəni ibn Macə”, 1-ci cild, “Fima inkərətil cəhmiyə” bölümü; “Sunəni Termizi”, 4-cü cild, “Hud” surəsinin təfsiri;

4. Allahın cism olduğunu bildirən yuxarıda söylənilən hədislərdən əlavə, göylər, ərş və kürsi barəsində mətləblər söylənildi. Dırnaqları ilə dizləri arasında beş yüz illik məsafə olan vəhşi qoçların üstündə ərşin yerləşməsi və onun da suyun üzərində olması və s.

Əziz oxucunun nəzərincə belə məsələlərin dəyəri əsl hədislərin dəyəri qədərdir?

Əhli-sünnə alimlərinin məkan barəsində əqidələri

Kəlam və qeyri-kəlam kitablarının bir qismindən əldə olunan məlumatlara görə əhli-sünnə alimləri və həmçinin dörd məzhəb rəhbərləri (Əhməd ibn Hənbəl, İmam Malik, Əbu Hənifə və Şafei)(1) başda olmaqla nəql olunmuş hədislərin məzmununa əsasən, Allahın ərşdə olmasına etiqad bəsləmişlər. İndiki əhli-sünnə alimləri də, keçmiş böyük alimlərinin yolunu gedərək bu əqidədə qalmışlar.

Əhməd ibn Hənbəl Allah barədə onun məkana malik olmasına və ərşin üstündə olduğuna etiqad edən şəxslərdən biridir. Allahın məkan sahibi olmamasını sübut edən, onun bütün məkanlara əhatəsinin olduğunu çatdıran və Quranın əqli və nəqli dəlillərindən biri sayılan.

{هُوَ مَعَکُمْ أیَْنَمَا کُنْتُمْ}  – "Harda olsanız Allah sizinlədir " ayəsi və bu kimi başqa ayələri isə başqa cür təfsir etmişdir. Əhməd ibn Hənbəlin nəzəri ilə uyğun gəlməyən bu ayənin təfsirində Allahın bu ayədən məqsədinin nə olduğunu belə izah edir: Bu ayədən məqsəd budur ki, siz harda olsanız Allah sizin əməllərinizdən xəbərdardır və sizin əməlləriniz onun üçün gizli deyildir.(2)


1- [1] . Ad aparılan bu şəxslərın hər biri, dörd məzhəblərdən birinin binasını təşkil vermiş və bu günlərdə də dünya əhli-sünnə məzhəbi onlardan itaət edirlər.

2- [2] . “Əl-mənar”, 9-cu cild, səh. 131.

Əbu Hənifə də Allahın məkana sahib olmasına və onun ərşin üstündə dayanmasına etiqad etmişdir.

Zəhəbi "Əl-uluv" adlı kitabında Nuh Camedən nəql edir: Əbu Hənifənin ilk tanınan və məşhur olan dövrlərində Termizdən bir qadın Kufəyə varid oldu. O, Cəhmilərlə həməqidə idi. Əqidə məsələləri barədə camaatla bəhs edirdi. Ona bu şəhərdə əqli elmlərdə hamıdan üstün olan Əbu Hənifə adlı bir nəfərin olduğunu və onunla söhbət etməsini söylədilər. Nuh deyir: Mən Əbu Hənifənin məclisində idim. Həmin qadın məclisə gəldi və Əbu Hənifəyə dedi: Öz əqidəndən uzaqlaşdığın halda camaata əhkam məsələlərini öyrədən sənsən? De görüm pərəstiş etdiyin Allah hardadır?

Əbu Hənifə o qadının cavabında sakit durdu və yeddi gün heç nə demədi. Yeddi gündən sonra camaat arasında göründü. "Allah yerdə deyil, göydədir " adlı bir kitab da yazmışdı. Bir kişi ona dedi: Əbu Hənifə! Məgər bu cümləni {وَهُوَ مَعَکُم اَینَمَا کُنتُم} “Harda olsanız Allah sizinlədir " Quranda oxumamısan: Əbu Hənifə cavabında dedi: Bu cümlə səndən uzaqda olan bir kəsin yazıdığı "mən səninləyəm" cümləsi kimidir. Bir halda ki, sən ona görünmürsən.

Zəhəbi bu hadisənin nəqlindən sonra əlavə edərək bildirir ki, Beyhəqi demişdir: Əbu Hənifə Allahın yer üzündə olmamamsı barədə həqiqətə yetişmiş və düz söz demişdir. Ayənin təfsirində sözünün həqiqətini çatdırmaqla Allahın göydə olmasını söyləyən ayə və rəvayətlərin aid olmasından (yəni bəyanda qeydin olmaması) itaət etmişdir.(1)


1- [1] . "Əluluvvu lil əliyyil ğəffar" kitabından, səh. 101, 103 və 120-də nəql olunmuşdur. Bu kitab Allahın ərşın üstündə olmasını isbat etmişdir və İmam Şəmsuddin Zəhəbi (vəfatı-748 h.q) tərəfindən yazılmış və 1388-ci ildə ikinci dəfə Qahirədə və Mədinə şəhərində Sələfiyyə kitab nəşrinin vasitəsilə çap olunmuşdur.

Malik əhli-sünnə məzhəbinin üçüncü rəhbəridir. O da öz növbəsində Allahın ərşdə olmasına etiqad bəsləmişdir. Bu barədə Abdullah öz atası Əhməd ibn Hənbəldən nəql edir: Malik ibn Ənəsin əqidəsi budur ki, Allah göydədir və onun elmi bütün yerləri əhatə etmişdir. Heç bir şey ondan gizli deyildir.(1)

İmam Şafei də bu əqidədə idi. Bu barədə Şeyxul-İslam Əbul Həsən Həkari və Hafiz Əbu Məhəmməd Müqəddəsi Əbi Surdan və Əbi Şueybdən nəql etmişlər ki: İmam Şafei deyirdi: Mənim əqidəm və görüşdüyüm bütün alimlərin Süfyan, İmam Malik və s. hamısının əqidəsi budur ki, Allahdan başqa haqq olan məbud yoxdur. Məhəmməd (s) onun göndərdiyi peyğəmbəridir. Allah göydə ərşin üstündədir və bəndələrinə istədiyi kimi yaxınlaşır, istədiyi kimi də göydən yerə enir.

İmam Şafeinin vəsiyyətində geniş dərc olunmuş cümlələrdən biri də budur ki, tövhid və Allahın yeganəliyinə şəhadətindən sonra deyir: Mənim əqidəm budur ki, Quran məxluq deyildir və Allah qiyamət günündə aşkar görünəcəkdir. Camaat onun yanında sözlərini eşidəcəkdir. Allahın yeri ərşin üstündədir.(2)

İbn Həcər Fəthul-bari kitabında İbn Teymiyyədən nəql edir: Allah bütün mövcudların və ərşin üstündədir.

Əvzaidən nəql edir ki: Biz əhli-sünnənin Allahın ərşin üstündə olması barədə nəzərlərimiz eynidir. Çünki sünnədə və hədislərdə yazılmışlara imanımız vardır.

İbn Həcər Əbu Ömər Təlmənkidən yenə nəql edir: Əhli-sünnə müsəlmanları bu məsələdə həməqidədirlər ki: - Allah öz zatı və vücudu ilə ərşin üzərindədir.


1- [1] ."Əl-uluvvu lil əliyyil-ğəffar" kitabından, səh. 101, 103 və 120-də nəql olunmuşdur.

2- [2] . Həmin mənbə.

Başqa bir yerdə bu məsələni belə bir ifadə ilə açıqlamışdır: Əhli-sünnənin əqidəsi budur ki, Allah məcazən yox, həqiqətən ərşin üzərindədir! Həmçinin Quranda buyurulan {وَهُوَ مَعَکُم اَینَمَا کُنتُم} və bu kimi digər ayələr Allahın elminin özü ilə yox, camaatla olması və onları əhatə etməsi mənasındadır.

Hafiz Zəhəbi də Allahın məkana malik olmasına etiqad etmiş və öz əqidəsini sübut etmək üçün kitab da yazmışdır. O deyir: Əhli-sünnə və hədis itaətçiləri, bu məsələdə həmfikir və həməqidədədirlər ki, həqiqətən Allah zatən ərşin üzərindədir. Allahın ərşdə olmasını inkar etmək barədə eşitdiyim ilk söz Cəd ibn Derhəmin sözü idi. (1)

Məhəmməd Əşrəfin Sunəni Əbi Davuda yazdığı öz şərhində İbn Abbasdan nəql olunmuş hədisin axırında, ثُمَّ الله ُفَوقَ ذَلِک cümləsinin aşağısında deyir: Bu hədis bunu bildirir ki, Allah ərşin üstündədir. Bu məsələnin həqiqətlə uyğun olmasına Quran və hədislər özü şəhadət verir. Keçmiş məzhəb – səhabələrdən və tabeindən- və biz elm əhlinin də əqidəsi budur ki, Allah ərşin üstündədir. Heç bir izah və təfsir etmədən sonra belə deyir: Allahın ərşin üstündə olması məlum məsələdir. Lakin onun necəliyi bizə məlum deyildir. Amma Cəhmiyyə firqəsi ərşi və Allahın onun üstündə olmasını inkar etmiş, Allahın vücudunun bütün məkanlarda olmasını bildirmişdir. Öz əqidəsinin sübutu üçün batil dəlillər, yersiz və xoşagəlməz sözlər gətirmişdir. Məhəmməd Əşrəf sonra belə deyir: Əgər bizim alimlərimizin dəlillərini bilmək və Cəhmiyyənin sözlərinə rədd cavabları ilə tanış olmaq istəsəniz “Əl-Əsmau vəs-sifat”, “Əf`alul-ibad”, “Kitabul-uluv” və İbn Qəyyimin “Cyuşul-İslam” kitablarına müraciət edə bilərsiniz. (2)


1- [1] . “Kitabut-tövhid” – kitabının şərhi Qahirə çapı - 1376, səh. 211.

2- [2] . “Əl-mənar” kitabı, 9-cu cild, səh. 180;

Bu əqidənin mənşəyi nədir?

Allahın görünməsi bəhsində işarə olunduğu kimi, belə əqidənin mənşəyi əhli-sünnə kitablarında Əbu Hüreyrə və onun kimi ravilərin nəql etdikləri bir çox hədislərin yazılması idi. Allahın məkana malik olması əqidəsinin mənşəyi də səhiheyn və sunən kitablarında olan belə hədislərin yazılmasından irəli gəlmişdir.

Bu əqidədə olan əhli-sünnə alimlərindən bəziləri öz sözlərində bu həqiqətə etiraf etmişlər:

İbn Həcər “Fəthul-bari” kitabında məkan barədə əqidəni Əvzaidən nəql etdikdən sonra onun “Bütün əhli-sünnə məzhəbinin nümayəndələri Allahın müəyyən bir məkanda olmasına əqidələri vardır” sözlərini izah edir. Bu cümləni də Əvzaidən nəql edir ki, bu məsələ, nəql olunmuş hədislərin məzmunudur. Biz sünnədə nəql olmuş bütün hədislərə iman gətirmişik və bizim əqidəmiz kamildir.

Əhli-sünnənin kəlam alimlərindən biri olan Əllamə Şeyx Əbdur-Rəhman 1347-ci hicri tarixində çap olunmuş “Tövhid” adlı kitabında alimlərin sözlərini və onların əqidələrinin nəqlindən və izahından sonra Allahın müəyyən bir məkana malik olması mövzusunda hədis nəql edir. Sonra belə deyir: Səhiheyn və səhiheyndən başqa kitablarda bu məsələnin və hədisin məzmunu təsdiq edən çoxlu hədislər vardır.(1)

3. Allah gülürmü ?!

Səhihi-Müslim və Səhihi-Buxaridə tövhid bəhsində olan üçüncü zəif məsələ bu iki kitabda nəql olunmuş “Allahın gülməsi” barədə yazılan hədislərdir. Əziz oxucunu bu hədislərdən bir neçə nümunəyə diqqət etməyə dəvət edirik.

1. Buxari və Müslimün Allahın görünməsi barədə öz


1- [1] . “Kitabut-tövhid”, səh. 213.

kitablarında nəql etdikləri hədisdə Allahın gülməsi diqqəti özünə cəlb edir. Qeyd edirik ki, biz bu hədisi bir dəfə Allahın görünməsi mövzusunda geniş şəkildə gətirmişdik. İndi isə hədisin axır hissəsində olan cümlələri bir daha nəzərinizə çatdırırıq:

فیقول الله اولیس قدزعمت ان لاتسألنی غیره؟ ویلک یا ابن آدم مااغدرک! فیقول یا رب لاتجعلنی اشقی خلقک، فلا یزال یدعو حتی یضحک الله، فاذا ضحک منه، اذن له بالدخول فیها!!

Allah buyurar: Məgər sən demirdinmi ki, başqa bir istəyim yoxdur. Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər: Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən qərar vermə! O qədər israr edər ki, Allahın gülməyi gələr. Elə ki onun gülməyi gəldi, onun üçün behiştə girmək icazəsi verilər!!”

2.

فلما اصبح غداً الی رسول الله | فقال|: ضحک الله اللیله او عجب من فعالکما!!

Əbu Hüreyrədən səhabələrin birinin qonaqpərvərliyi barədə nəql olunmuş hədisin axırında olan cümlə diqqəti özünə cəlb edir.

Sonrakı gün qonaqpərvər kişi Peyğəmbərin (s) xidmətinə gəldi. Peyğəmbər (s) buyurdu: “Bu gecə sizin qonaqpərvərliyinizə və rəftarınıza Allah-təala gülüb. Sizin işinizə təəccüb edib... .(1)

3.

عن ابی هریره: ان رسول الله | قال: یضحک الله الی رجلین، یقتل احدهما الاخخر، فکلاهما یدخل الجنه فقالوا: کیف یا رسول الله؟! قال: یقاتل هذا فی سبیل الله عزوجل فیستشهد، ثم یتوب الله علی القاتل،فیسلم فیقاتل فی سبیل الله.

Əbu Hüreyrədən üç sənədlə iki müxtəlif mətnlərdə nəql olunmuş hədisdə deyilir: “Allah-təala iki nəfərə gülür! Biri


1- [1] . “Səhihi-Buxari”, 5-ci cild; “Kitabu fəzailus-səhabə”, “Vəyu`sirunə əla ənfusihum” bölümü; hədis: 3578, və 4-cü cild, “Kitabut-təfsir”, həmin bölümü, hədis: 4707;

başqasını öldürdükdən sonra hər ikisi behiştə daxil olduqda. Ərz etdilər: Ey Allahın elçisi! Qatillə öldürülmüş adamın hər ikisinin behiştə daxil olması mümkündürmü?! Buyurdu: Onlardan biri Allah yolunda vuruşaraq şəhadətə yetişir, sonra onun qatili də tövbə edərək İslamı qəbul edir. O da Allah yolunda cihada gedir və şəhadətə nail olur.”(1)

4.

عن ابن مسعود: ان رسول الله | قال: آخر من یدخل الجنه رجل،فهو یمشی مره، ویکبو مره و تسفعه النار مره، فاذا ماجاوزها، التفت الیها فقال: تبارک الذی نجانی منک، لقد اعطانی الله شیئاً، ما اعطاه احداً من الاولین، فترفع له شجره، فیقول: ای رب ادننی من هذه الشجره فلاستظل بظلها واشرب من مائها! فیقول الله عزوجل: یا ابن آدم! لعلی ان عطیتکها سألتنی غیرها؟ فیقول: لا. یا رب! ویعاهده ان لا یسئله غیرها، وربه یعذره، لانه یری، مالا صبرله علیه، فیدنیه منها، فیستظل بظلها، ویشرب من مائها، ثم ترفع له شجره، هی أحسن من الاولی، فیقول: ای رب! ادننی من هذه! لاشرب من مائها ویستظل بظلها، لااسئلک غیرها. فیقول: یابن آدم! الم تعاهدنی ان لاتسئلنی غیرها؟! فیقول: لعلی ان ادنیتک منها تسئلنی غیرها؟ فیعاهده، ان لایسئله غیرها، و ربه یعذره، لانه یری مالا صبر له علیه، فیدنیه منها، فیظل بظلها، ویشرب من مائها، ثم ترفع له شجره عند باب الجنه، هی أحسن من الاولیین، فیقول، ای رب ادننی من هذه لاستظل بظلها، واشرب من مائها! لااسئلک غیرها. فیقول: یابن آدم! الم تعاهدنی ان لاتسئلنی غیرها؟! قال: بلی یا رب، هذه لا أسئلک غیرها، وربه یعذره، لانه یری، مالا صبرله علیها، فیدنیه منها، فیسمع اصوات اهل الجنه فیقول: ای رب ادخلنیها! فیقول: یاابن آدم ما یصرینی منک؟ ایرضیک ان اعطیتک الدنیاومثلها معها؟ قال: یا رب استهزء منی وانت رب العالمین؟ فضحک ابن مسعود فقال: الاتسئلونی مم أضحک؟ فقالوا: مم تضحک؟ قال: هکذا ضحک رسول الله | فقالوا: مم تضحک یا رسول الله؟ قال من ضحک رب العالمین!! حین قال: اتستهزءنی وانت رب العالمین فیقول: انی لا استهزء منک؛ ولکنی علی ماأشاء قدیر.


1- [1] . “Səhihi-Müslim”, 6-cı cild, “Kitabul-əmarə”, 35-ci bölüm, “Bəyanur-rəculəyn yəqtulu əhəduhuma əlaxəru yədxulanil cənnəh”, hədis: 1890;

* عن ابی رزین، قال، قال رسول الله | ضحک ربنا من قنوت عباده، وقرب غیره قال: قلت: یا رسول الله! أیضحک الرب؟! قال|: نعم. قلت: لن نعدم من رب یضحک خیراً.

İbn Məsud Peyğəmbərdən (s) nəql edir: “Behiştə axırıncı daxil olan şəxs bəzən yol gedən , bəzən isə yerə üzü üstə yıxılan və bəzən üzünü od yandıran bir kişi olacaqdır. Elə ki oddan keçdi ona baxar və Allaha şükürlər edər: -Məni sənin içindən nicat verən Allah böyükdür. Mənə elə bir nemət vermişdir ki, əvvəldən axıra heç bir kəsə bu neməti verməmişdir.

Sonra onun üçün bir ağac görünər. Ərz edər: Xudaya! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Allah onun cavabında deyər: Ey Adəm övladı! Bu ağacı sənə versəm mümkündür məndən başqa bir şey də istəyəsən! Ərz edər: Xeyr, İlahi! Allahla ondan başqa bir şey istəməməsinə söz verər və əhd bağlayar.

Allah onun üzrünü qəbul edər. Çünki o şəxs elə bir vəziyyətdə olar ki, nemətləri görər amma səbr etməyə taqəti olmaz. Onu ağacın kölgəsində rahatlanmasına və suyundan bəhrələnmsinə görə ağaca yaxınlaşdırar.

Sonra onun gözlərinə əvvəlkindən gözəl olan başqa bir ağac görünər. Ərz edər: - İlahi! Məni bu ağaca yaxın et ki onun suyundan içim və kölgəsində də rahatlıq tapım. Səndən daha başqa bir şey istəməyəcəm.

Allah deyər: Ey Adəm övladı! Mənimlə əhd-peyman bağlamaqla o ağacdan başqa bir şey istəmədiyinə söz verən sən deyildinmi? Sonra Allah deyər: -Əgər o ağaca səni yaxınlaşdırsam məndən başqa bir şey də istəyərsənmi?! O kişi ikinci ağacdan başqa bir şey istəməyəcəyinə söz verər və Allahla əhd bağlayar. Allah onun üzrünü qəbul edər. Çünki gördüyü nemətin qarşısında səbrini əldən verər. Beləcə kölgə və suyundan bəhrələnməsindən ötrü ikinci ağaca yaxınlaşar.

Sonra behişt qapısının ağzında birinci və ikinci ağacdan daha gözəl və göyçək bir ağac görər. Ərz edər: İlahi! Məni bu ağaca yaxınlaşdır ki, onun kölgəsindən bəhrələnim və suyundan içim. Səndən başqa bir şey istəməyəcəm. Allah onun cavabında deyər: Ey Adəm övladı! O ağacdan başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Ərz edər: Bəli ey mənim Allahım! Səninlə belə bir əhd bağlamışdım. Amma üçüncü ağacı da mənə ver, səndən daha heç nə istəməyəcəm. Allah yenə də onun üzrünü qəbul edər. Çünki o kişi gördüyü nemətin qarşısında səbrini əldən verər. Allah onu ağaca və behişt qapısına yaxınlaşdırar. Elə ki, behişt əhlinin səsini eşidər, ərz edər: İlahi! Məni behiştə daxil et! Allah deyər: Ey Adəm övladı! Səni razı edəcək bir şey nədir? Əgər dünyanı iki qat sənə versəm, razı qalarsanmı? Deyər: İlahi, aləmlərin rəbbi sənsən, məni məsxərəyə qoyursan?!

Bu yerdə İbn Məsud güldü və dedi: Mənim gülməyimin səbəbini soruşmursunuzmu? Dedilər: Sənin gülməyinin səbəbi nədir? Peyğəmbər (s) belə gülmüşdür. Ərz etdilər: Ey Allahın elçisi gülməyinizin səbəbi nədir? Buyurdu: Mənim gülməyim Allahın gülməsinə görədir! Elə ki bəndəsi deyər: İlahi, aləmlərin rəbbi sənsən, mənə məsxərəyə qoyursan?! Allah deyər: Mən səni məsxərəyə qoymuram, istədiyim hər bir şeyə qadirəm”.(1)

Yaşasin gülən Allah!

Əbu Rəzin deyir: Peyğəmbər (s) buyurdu: Allah bəndələrinin itaətinə və ondan başqasına yaxınlaşanlara gülür. Əbu Rəzin deyir: Ərz etdim: -Ya Rəsuləllah! Allah da gülür?! Buyurdu: Bəli.

Mən o vaxt bu cümləni dedim: Yaşasın xeyr və yaxşılığa həmişə gülən Allah!


1- [1] . “Sunən İbn Macə”, 1-ci cild, bab- Fima inkərətil cəhmiyə;

Hədisdən istifadə olan mətləblər:

Saxta olan bu hədislərin hamısından belə anlaşılır ki;

1. Allah da bəndəsi kimi gülür və təəccüb edir;

2. Qiyamət günündə Allah öz bəndələrindən birinin istəyinə müsbət cavab verirsə, əvvəlcə onunla Allah qarşısında daha başqa bir şey istəməyəcəyinə əhd bağlayır. Amma bəndəsi aldadaraq ona yalan vədə verir. Elə ki, bəndənin birinci istəyi qəbul olundu, fasiləsiz öz əhdini və vədəsini sındıraraq ikinci dəfə yenə istəyir. Bu dəfə də Allahı aldadaraq öz əhdində səhlənkarlıq edir. Üçüncü dəfə yenə bu işi görür.

Biz deyirik: Bu hədisləri səhih sayan şəxslərdən bir nəfər soruşmurmu ki, özünü rəhman və rəhim sifəti ilə tanıtdıran Allah, nəyə görə bir neməti bəndəsinə verməkdə onun əl-ayağını bağlayır. Onu istəməkdən çəkindirir. Bu əhd bağlamaq nə məsələsidir? Bəndənin öz əhdini sındırmasının mənası nədir?!

3.- Bağışlanmağa ləyaqəti olan və cəhənnəm odundan nicat tapan mömin, Allahı tanıyan bir bəndə özünü o qədər məğrur hiss edir ki, Allah qarşısında cürət taparaq cahil insanların sifətlərindən biri sayılan məsxərə və istehza kimi sifətləri Allaha nisbət verir və deyir:

"استهزء منی وانت رب العالمین"

Bu kimi saxta və uydurma hədislərdən Allahın dərgahına pənah aparır, bu kimi söz deyənlər tərəfindən Allaha istiğfar edərək bağışlanmasını istəyirik.

{یَا أَیُّهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِیدًا یُصْلِحْ لَکُمْ أَعْمَالَکُمْ وَیَغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَمَن یُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِیمًا}

_ EY IMAN GəTIRəNLəR! ALLAHDAN QORXUN Və DOğRU SöZ SöYLəYIN! (ƏGəR BELə ETSəNIZ, ALLAH) əMəLLəRINIZI ISLAH EDəR Və_

_GüNAHLARıNıZı BAğışLAYAR. HəR KəS ALLAHA Və PEYğəMBəRINə ITAəT ETSə, BöYüK BIR SəADəTə (CəNNəTə) NAIL OLAR."_(1)

4. Allah məkanını dəyişməyə möhtacdırmı?

Allah asimandan yerə enirmi?

Səhihi-Buxari və Səhihi-Müslimün hədislərinin dördüncü zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allahın aşağı asimana enməsi barədə olan hədisləridir. Bu hədislər müxtəlif sənədlərdə və mətnlərdə nəql olunmuşdur. Bu hədislərin bir ravi (Əbu Hüreyrə) tərəfindən nəql olunmasına baxmayaraq, biz bu hədislərdən bir neçəsini burada nəql edirik:

1.

عن ابی هریره: ان رسول الله | قال: ینزل ربنا تبارک وتعالی من کل لیله الی السماءالدنیا، حین یبقی ثلث اللیل الاخر، فیقول: من یدعونی فأستجیب له؟ ومن یسألنی فأعطیه؟ ومن یستغفرنی فأغفر له؟!

Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: “Hər gecənin axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? İstədiyini qəbul edim! Məndən hacət istəyən kimdir? İstədiyini verim! Bağışlanmağını istəyən kimdir? Onu bağışlayım!”(2)

Bu hədisi Buxari iki yerdə nəql etmişdir. Bu iki yerdən birindəیَنزِلُ رَبُّنَا (yənzilu) ibarəti, digərində isə  یَتَنَزَّلُ رَبُّنَا (yətənəzzəlu) sözləri yazılmışdır. Amma Müslim bu hədisi یَنزِلُ رَبُّنَا ifadəsi ilə nəql etmişdir.


1- [1] . Əhzab surəsi 70-71-ci ayə.

2- [2] . “Səhihi-Buxari”, 2-ci cild; “Kitabut-təhəccud”, “Ədduai vəs-səlati td axiril-ləyl” bölümü; “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”, “Qovlullahi təala: Yuridunə ən yubdilu kəlamullah!” bölümü; və 8-ci cild, “Kitabud-dəəvat”, “Ədduau nisfulləyl” bölümü; “Sunən ibn Macə”, 1-ci cild, 182-ci bölüm, “Səlat” bölümlərində.

2.- “Allahın enməsi” barədə Müslimün öz kitabında nəql etdiyi altı hədisdən birini nümunə üçün sizə nəql edirik:

ابا هریره یقول: قال رسول الله|: ینزل الله فی السماء الدنیا لشطر اللیل، اولثلث اللیل الاخر، فیقول: من یدعونی فأستجیب له اویسألنی فاعطیه ثم یقول: من یقرض غیر عدیم ولا ظلوم: حدثنا هارون بن سعید، بهذا الاسناد... وزادثم یبسط یدیه تبارک وتعالی یقول، من یقرض غیر عدوم ولا ظلوم.

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Gecənin bir hissəsində ya axır üçdə birində Allah aşağı asimana enərək deyir: Məni çağıran kimdir? Onun duasını qəbul edim! Məndən istəyən kimdir? İstədiyini verim! Sonra deyir: Zülm etməyən, sərvətli və varlı olana borc verən kimdir?!”(1)

Müslim deyir: “Bu hədis Harun ibn Səidin vasitəsi ilə nəql olunmuşdur. Hədisin axırında bu cümlə də vardır: Allah öz əllərini açır! Sonra deyir: Adil və ehtiyacsız Allaha borc verən kimdir?”.

3.

قالت عایشه: ان رسول الله | قال: ما من یوم، اکثر من ان یعتق الله فیه عبداً من النار، من یوم عرفه، وانه لیدنو، ثم بباهی بهم الملائکه، فیقول: ما اراد هؤلاء؟

Aişə deyir: “Peyğəmbər (s) buyurdu: Allah-təala Ərəfə gününə qədər heç bir gündə öz bəndələrini bağışlamır. O gündə Allah öz bəndələrinin yanında olur. Öz bəndələrinə və mələklərə görə iftixar edər və deyər: Bunlar nə istəyirlər? Yaşayışdan əllərini üzməklə bu biyabana toplaşmaqda məqsədləri nədir?”(2)

Bu hədislərdən istifadə olunan mətləblər:

1. Allahın cism olması;

2. Allahın məkana möhtac olması;


1- [1] . “Səhihi-Müslim”, 2-ci cild; “Əttərğibu fid duai vəz zikru fi axiril ləyl” bölümü;

2- [2] . “Səhihi-Müslim”, 7-ci cild; “Kitabul həcc”, “Fi fəzlul həcci vəl omrəti və yəvmin ərəfə” bölümü;

3. Allahın tərəf və cəhətə möhtac olması; əhli-sünnənin İbn Quteybə və İbn Əbdul-Berr kimi kəlam alimləri Allahın tərəf və cəhətə möhtac olmasına inanırlar. Bu hədisləri də öz əqidələri üçün sübut və dəlil bilirlər.(1)

4. Allahın məhdud olması və məkanını dəyişməsinə, bir yerdən başqa bir yerə köçməyə möhtac olması;

Kiçik bir araşdırma: Allahın nazil olması hədisi Əbu Hüreyrə tərəfindən nəql olunmuşdur. Mətnlərdə Allahın bəzən gecənin axır üçdə birində, bəzisində gecənin üçdə birində, bəzisində gecənin üçdə ikisindən sonra, xülasə gecənin bir hissəsi keçdikdən sonra və s. nazil olması ixtilaflı müəyyən olunmuşdur. Bundan əlavə, hədisin əsnasında müxtəlif ibarətlər gözə dəyir. Belə ki, bu altı hədisi bir saymaq olmur, hətta bu hədislərin arasında ikisini belə cəm etmək mümkün deyildir.(2)

Lakin, əvvəldə işarə etdiyimiz kimi, bu hədislərin hamısı Əbu Hüreyrədən nəql olunmuşdur. Hədislərə diqqət olunsa onların bir-biri ilə ziddiyyəti aydın olar. Yaxşı deyilib: - Yalan danışanın yaddaşı olmaz.

Hər halda bu hədislər də ağıl və Qurani-Kərimin xilafına olan tövhid barədə nəql olunmuş hədislərdir.


1- [1] . “Umdətul-qari”, 8-ci cild, səh. 196-197;

2- [2] . “Səhihi-Buxari”, 2-ci cild; “Kitabut-təhəccud”; və 9-cu cild, “Kitabut-tövhid” və “Səhihi-Müslim” 2-ci cild; “Əttərğibu fid-duai vəz-zikr” bölümü – kitablarının mətnlərinə müraciət olunsun.

4

4. Allah öz bəndələri ilə çiyin-çiyinə dayanib

Səhihi-Buxari, Səhihi-Müslim və Sunəni İbn Macə Allahın öz bəndələri ilə çiyin-çiyinə və yanaşı dayandığını bildirirlər. Səfvandan belə nəql edirlər ki:

عن صفوان بن محرز قال: بینا ابن عمر یطوف، اذعرض رجل فقال: یا ابا عبدالرحمان! او قال یا ابن عمر! أسمعت النبی | فی النجوی؟ فقال: سمعت النبی | یقول: یدنی المؤمن من ربه، وقال هشام: یدنوالمؤمن ، حتی یضع الله علیه کتفه، فیقرره بذنوبه تعرف ذنب کذا؟! یقول اعرف یقول رب اعرف مرتین، فیقول: سترتها فی الدنیا واعفرها لک لیوم.

Bir gün Əbdullah ibn Ömər Kəbə evini tavaf edirdi. Bir kişi ona yaxınlaşıb soruşdu: Ey Ömərin oğlu! Allahın öz bəndəsi ilə bir kənarda söhbət etməsi barədə Peyğəmbərdən (s) bir şey eşitmisənmi? Ömər cavabında dedi: Bəli eşitmişəm ki, Peyğəmbər (s) buyurdu: -Qiyamət günü bəndə Allaha o qədər yaxın olacaqdır ki, onun yanında duraraq bir-biri ilə söhbət edəcəklər. Allah bəndəsindən soruşacaq: Yadındadırmı filan günahı etmişdin? Bəndə deyər: Bəli, bəli. Bu yolla bəndə öz günahlarının hamısına etiraf edəcəkdir. Allah-təala deyər: Arxayın ol! Dünyada sənin günahlarını ifşa etmədiyim kimi, bu gün də onların hamısını bağışlayacağam.(1)


1- [1] . “Səhihi-Buxari”, 6-cı cild, “Hud” surəsinin təfsiri; “Səhihi-Buxari”, 8-ci cild, “Kitabul ədəb”; “Səhihi-Buxari”, 3-cü cild; “Kitabul məzalim vəl qəzəb”; “Səhihi-Müslim”, 8-ci cild, “Qəbulu tovbətil qatil” bölümü; “Sunəni İbn Macə”, “Fima inkərətil cəhmiyə” bölümü;

Allahın müxtəlif əzaları vardır?!

Səhihi-Buxari və Səhihi-Müslimün hədislərinin bir qisminin əsassız olması və beşinci zəif nöqtəsi bu iki kitabın tövhid bəhsində Allah barədə müxtəlif hədislərin olmasıdır. Təəssüflər olsun ki, bu kitablarda Allah və tövhid barədə olan hədislərdən doğru və düzgün tövhidi dərk etmək və Allahı tanıma mümkün olmur. Çünki, bu iki kitabın və hədislərin nəzərincə Allah-təala təbii bir mövcud, maddi bir cism kimi müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur. O cümlədən, kamil bir insan kimi üz, əl, barmaq və müxtəlif əzalara malikdir.

Keçmiş bəhslərdə, xüsusən də Allahı görmək bəhsində bu hədislərin bir qismi ilə tanış oldunuz. İndi də belə hədislərdən bir qisminin mətn və tərcümələrinə diqqət edin. Bu hədislər Allahın məxsus üzvlərinin olmasını sübut edir.

Allahın üzü vardır

Səhihi-Buxari və Səhihi-Müslimdə olan müxtəlif rəvayət və hədislər əsasında insanın surəti kimi Allah üçün də surət təsəvvür olunmuşdur.

İndi isə onlardan bir neçə nümunəyə diqqət edin:

1.

عَنْ أَبِی هُرَیْرَه: عَنِ النَّبِِیّ | قَالَ: "خَلَقَ اللهُ آدَمَ عَلَی صُورَتِهِ، طُولُهُ سِتُّونَ ذِرَاعاً، فَلَمَّا خَلَقَهُ قَالَ: إِذْهَبْ فَسَلِّمْ عَلَی أُولَئِکَ النفرِ مِنَ الْمَلَائِکَهِ جُلُوس، فَاسْتَمَعَ مَا یُحَیُّونَکَ، فَإِنَّهَا تَحِیَّتُکَ وَ تَحِیَّهُ ذُرِّیَّتُکَ. فَقَالَ: السَّلاَمُ عَلَیْکُمْ: فَقَالُوا: السَّلاَمُ عَلَیْکَ وَرَحْمَتُ اللهِ، فَزَادُوهُ وَ "رَحْمَهُ الله"، فَکُلّ مَنْ یَدْخُلُ الْجَنَّهَ عَلَی صُورَهِ آدَم، فَلَمْ یَزَلْ الْخَلْقُ یَنْقُصُ بَعْدُ حَتَّی الآنَ."

Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: “Allah-təala Adəmi (ə) altmış metr uzunluğunda və öz surətində xəlq etdi.

Sonra ona əmr etdi: - Get! Oturmuş bir dəstə mələklərə salam ver və salamının cavabında sənə deyilənə qulaq as! Onların cavabı sənin və övladlarının salamı olacaqdır. Adəm (ə) mələklərin yanına gəldi və dedi: Əssəlamu ələykum. Mələklər dedilər: - Əssəlamu ələykum və rəhmətullah.

Onlar axırıncı cümləni (və rəhmətullah) əlavə etdilər. Bəs hər kəs cənnətə daxil olsa Adəmin (ə) surətində olacaqdır. İnsanlar Adəmdən (ə) sonra bu günümüzə kimi günbə-gün kiçilərək indiki vəziyyətə düşdülər.”(1)

2.

..عَنْ أَبِی هُرَیْرَهَ، عَنِ النَّبِیِّ|: "إِذَا قَاتَلَ أَحَدُکُمْ أَخَاهُ، فَلیَتجنَّب الْوَجْهَ، فَإِنَّ اللهَ خَلَقَ آدَمَ عَلَی صُورَتِهِ".

Əbu Hüreyrə nəql edir: “Peyğəmbər (s) buyurdu: Sizlərdən hər biri qardaşı ilə dalaşdığı zaman dava edənin üzünə sillə vurmaq və Zər`ər yetirməkdən çəkinsin. Çünki Allah-təala insanı öz surətində yaratmışdır.”(2)

3. Müslim öz səhihində Əbu Hüreyrədən nəql edir: “Peyğəmbər (s) buyurdu:

"خَلَقَ آدَمَ عَلَی صُورَهِ الرَّحْمَان"

_ İNSAN, RəHMAN ALLAHıN SURəTINDə XəLQ OLUNMUşDUR. _(3)

4. Buxari “Ədəbul-mufrəd” kitabında Əbu Hüreyrədən nəql edir:

عَنْ أَبِی هُرَیْرَه قَالَ: "لاَ تَقُولُنَّ قَبَّحَ اللهُ وَجْهَکَ وَ وَجْهَ من أَشْبَهَ وَجْهَکَ، فَإِنَّ اللهَ عَزَّوَجّلَّ خَلَقَ آدَمَ عَلَی صُورَتِهِ".


1- [1] . “Səhihi-Buxari”, 8-ci cild, “Kitabul-istezan”, “Bədəus-səlam” bölümü; hədis: 5873; “Səhihi-Müslim”, 8-ci cild, “Kitabul cənnəti və sefətu nəimuha; “Yədxulul cənnətə əqvamun əfedəthum mislu əfedətut-tayr”; hədis: 2841;

2- [2] . “Səhihi Müslim”, 8-ci cild, “Ənnəhyu ən zərbil vəch” bölümü;

3- [3] . İrşadus-sari 10-cu cild, səh. 491.

Heç vaxt bir kəsə “Allah sənin və sənə oxşayan şəxsin üzünü pis etsin” deməyin. Çünki Allah insanı öz surətində yaratmışdır.”(1)

Hədislərdən istifadə olunan mətləblər:

1. Allahın cism olması və onun üçün surətin sübut olunması;

2. Allahın surəti ilə insanın surətinin oxşarlığı və bu oxşarlığa xatir insanın üzünə sillənin vurulmaması;

Araşdırma:

Mərhum Əllamə Şərafuddinin söylədiyi kimi, bu hədis “israiliyyat(2)”-dan olub, Tövratın mətnlərindən götürülmüşdür. Sifr təkvininin birinci ishahının(3) iyirmi yeddinci hissəsində belə yazılmışdır: “Allah insanı öz surətində xəlq etmişdir. İnsanı kişi və qadın yaratdı.”(4)

Müəllif: Tövratı diqqətlə mütaliə etdikdə görürük ki, bu məzmun və insanın surətinin Allah surətinə oxşaması Tövratda dəfələrlə qeyd olunmuşdur. Buna görə də Sifr təkvininin beşinci fəslinin birinci hissəsində belə yazılmışdır: “Allah Adəmi (ə) yaradan gün onu Allah surətində yaratdı.”

Pulos Tövratda gəlmiş bu cümlələri və ibarətləri belə təfsir edir: İnsanın Allahla oxşarlığı onun müqəddəsliyində, ədalətində və mənəviyyatındadır. Surətdən məqsəd insanın qiyafəsi yox, onun həqiqi simasıdır. (5)

Biz deyirik ki: Əgər Tövratda olan oxşarlıqdan məqsəd Pulosun söylədiyi məna olsa, bu cümlə cism və oxşarlıq

səh:220


1- [1] . Ədəbul mufrəd”, “ La təqul qəbbəhəllahu vəchək” bölümü;

2- [2] . İsrailiyyat yəhudi mənbələrindən götürülmüş hədislərə deyilir.

3- [3] . Tövratın beş kitabından birinin adıdır.

4- [4] . “Əbu Hüreyrə” kitabına müraciət edin.

5- [5] . Müqəddəs kitab Qamusa Adəm maddəsinə müraciət olunsun.

iradını bir miqdar islah edə bilər. Lakin təəssüflər olsun ki, bu mətləbi başqa dildən götürən və onu Tövratdan səhiheynə nəql edənlər, bu azmış kimi, bütün təfsir və şərh yollarını bağlamışlar. Bu kimi yanlış əhvalatları elə ibarətlərlə don geyindirərək nəql etmişlər ki, onları başqa mənaya yozmaq mümkün deyildir. Buna görə də ikinci hədisin mətnində belə deyilir: “Dalaşan zaman qarşı tərəfə sillə vurmaqdan çəkinin! Çünki Allah insanı öz surətində yaratmışdır.” Bu cümlə surətin qiyafə və məxsus üzv yox, onun mənəvi sima mənasına təfsir etmə ehtimalını aradan aparır.

Həzrət Adəmin (ə) eni neçə metr olmuşdur?!

Eyni Səhihi-Buxarinin şərhində yazır: Bu hədisdə Adəmin (ə) uzunluğu (altmış metr) təyin olunmuşdur. Lakin Adəmin (ə) eninin nə qədər olmasına işarə edilməmişdir. Başqa hədislərdə Adəmin (ə) eninin yeddi metr olması bildirilir.(1)

Biz deyirik: Eyninin sözünə əsasən, bu hədislərin nəticəsi və məzmunun (Adəmin qiyafəsi Allaha oxşayır. Onun uzunluğu altmış zira və eni yeddi ziradır) özü də düzəlmə və saxta olmasına bir dəlildir. Çünki:

1. İnsanın altmış metr olması onun baş sümüyünün iki ziradan çox olması deməkdir. Lakin qazıntılar nəticəsində tapılan keçmiş insanların baş sümükləri və daşlaşmış qalıqları bu günki insanların baş sümükləri ilə o qədər də fərqlənmir. İki metr olan baş sümüklərindən heç bir əsər- əlamət də gözə dəymir. Həmçinin altmış metr olan insanlardan kiçik bir əlamət olsa belə əldə edilməmişdir.

2. İnsanın altmış metr olması onun bədəninə uyğun olaraq, bədən üzvlərinin eninin yeddi metr yox, 18,7 metr malik olması deməkdir. Çünki, adətən insanın eni onun uzunluğunun


1- [1] . “Umdətul-qari”, 22-ci cild, səh. 229;

yeddidə iki hissəsi qədərdir. Əbu Hüreyrənin hədisinə əsasən, (Adəmin (ə) eni yeddi metrdir) gərək Adəmin (ə) uzunluğu altmış metr yox, iyirmi dörd metr yarım olsun.

Buna görə də ya bu iki hədisdən birində Adəmin (ə) uzunluğu və eni barədə səhvə yol verilmiş, ya da Həzrət Adəm (ə) belə qiyafədə (altmış metr uzunu və yeddi metr eni) pis simalı insan olmuşdur. Lakin Qurani-məcid ikinci ehtimalı rədd edir və belə buyurur:

{لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِی أَحْسَنِ تَقْوِیمٍ}

_ BIZ INSANı əN GöZəL BIçIMDə YARATDıQ! _(1)

Allahın gözü vardır

(Allah kor deyil)

1.

عَنْ نَافِعِ قَالَ: عَبْدُ الله: "ذَکَرَ النَّبِیُّ | یَوْماً، بَیْنَ ظهریّ النَّاسِ: "أَلْمَسِیحُ الدَّجَّال، فَقَالَ: إِنَّ اللهَ لَیْسَ بِأعوَر، أَلاَ إِنَّ الْمَسِیحَ الدجّال، أَعوَرُ الْعَیْنِ الیُمْنَی، کَانَ عَیْنُهُ عنبه طافیه".

Abdullah deyir: “Bir gün Peyğəmbər (s) camaat arasında Məsih Dəccal barədə söhbət edirdi. Söhbət əsnasında buyurdu: Allah kor deyil! Lakin Məsih Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır.”(2)

2.

عَنْ عَبْدِ الله قَالَ: ذُکِرَ الدَّجَّالُ عِنْدَ النَّبِیِّ|. فَقَالَ: "لاَ یَخْفِی عَلَیْکُمْ أَنَّ اللهَ لَیْسَ بِأَعْوَرَ"، وَأَشَارَ بِیَدِهِ إِلَی یَمِینِهِ، وَ قَالَ: "إِنَّ الْمَسِیحَ الدَّجَّالَ أَعْوَرُالْعَیْنِ الْیُمْنَی، کَانَ عَیْنُهُ عنبَهٌ طَافِیهٌ".

Abdullah yenə deyir: “Peyğəmbərin (s) huzurunda Dəccal barədə söhbət olundu. Peyğəmbər (s) buyurdu: Sizə bir şey


1- [1] . “Tin” surəsi, 4-cü ayə;

2- [2] . “Səhihi-Buxari”, 4-cü cild, “Vəzkur fi kitabil Məryəm”, hədis: 3256-3257; “Səhihi-Buxari”, 5-ci cild, “Hiccətul-vida”, hədis: 4141; “Səhihi-Buxari”, 6-cı cild, “Zikrud-dəccal”; “Səhihi-Müslim”, 8-ci cild, “Zikrud-Dəccali və sefətih”, hədis: 2933;

aydın olsun ki, Allahın gözləri kor deyildir! Sonra Peyğəmbər (s) sağ əli ilə işarə edərək buyurdu: Lakin Dəccalın sağ gözü kordur və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır.”(1)

Bu hədislərdən istifadə olunan mətləblər:

Bu iki hədis, Səhiheynin nəzərində Allahın gözünün olmasını bəyan edir. Çünki bu hədislər bizə Dəccalı kor, Allahı isə görən kimi tanıtdırır. Korluqla görmək arasında olan müqayisə, o sifəti bir mövcud üçün isbat və başqası üçün onu isbat etdikdən sonra inkar edir (diqqət edin.)

Başqa sözlə desək, bu hədislərdə Allah və Dəccal arasında olan müqayisə, Dəccalın kor və Allahın isə görməsini çatdırır.

Allahın əli vardır

1.

أَبُو هُرَیْرَه عَنِ النَّبِیّ | قَالَ: "إِنَّ یَمِینَ اللهِ مَلْءَی لاَ یَغِیضها نَفقَتُهُ سحاءَ اللَّیْلِ وَالنَّهَارِ، أَرَأَیْتُمْ مَا أَنْفَقَ مُنْذُ خَلَقَ السَّمَاوَات وَالْأَرْض فَإِنَّهُ لَمْ یَنْقَصْ مَا فِی یَمِینِهِ، وَعَرْشُهُ عَلَی الْمَاءِ، وَ بِیَدِهِ لأُخْرَی الفیضُ أَوْ القَبْضُ.یَرْفَعُ وَ یَقْبِضُ".

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Allahın sağ əli doludur. Onun ehsan və nəfəqə verməsindən azalmır və gecə-gündüz ehsanı bəndələrinə tərəf axır. Görmürsünüz ki, yeri və göyü yaratdığı gündən bəndələrinə ehsan edir? Bu daimi ehsan, onun əlində olandan az deyildir. Onun nemətlərində heç bir nöqsan və naqislik olmamışdır. Allahın ərşi suyun üzərində qərar tutmuşdur.

Onun o biri əlində feyz və ehsan, ya da qəbz etmək və almaqdır. Bir çoxlarına məqam və sərvət verir. Başqalarının məqam və sərvətini onların əlindən alır.”(2)


1- [1] . Səhihi-Buxari”, 9-cu cild, “Ma yəzkuru fiz-zati vən-nəut”, hədis: 6983;

2- [2] . “Səhihi-Buxari”, 9-cu cild, “Kitabut-tövhid”, 22-ci bölüm, “Və kanə ərşuhu ələl ma” hədis: 6983; “Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Kitabut-tövhid”, 19-cu cild, hədis: 6976; “Hud” surəsinin təfsiri, hədis: 4407;

2.

عَنْ أَبِی هُرَیْرَهَ قَالَ: "یَمین اللهِ مَلْءَی لاَ یَغِیضُها شَیْءٌ سَحَاءَ اللَّیْل وَالنَّهَار، وَبِیَدِهِ الأُخْرَی الْمِیزَان، یَرْفَعُ الْقِسْطَ وَ یَخْفِضُ. قال: أَرَأَیْتَ مَا أَنْفَقَ مُنْذُ خَلقَ السَّمَاوَاتِ وَالْأَرْضِ، فَإِنَّهُ لَمْ یَنْقُصْ مِمَّا فِی یَدَیْهِ شَیْئًا".

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Alahın sağ əli doludur. Gecə və gündüz ondan heç bir şey azalmır. Nemətləri başdan ayağa kimidir. Başqa əlində tərəzi tutmuşdur. Bir kəsin payını çox və digərinin payını isə az edir. Sonra buyurdu: Görmürsənmi yeri və göyü yaratdığı gündən infaq və ehsan edir? Və əlində olan şey azalmır?”(1)

3.

عَنْ عَبْدِ اللهِ بْنِ عُمَر أَنَّهُ قَالَ: "سَمِعْتُ رَسُولَ اللهِ | وَ هُوَعَلَی الْمِنْبَرِ، یَقُولُ: " یَأخِذُ الْجَبَّارُ سَمَاوَاتِهِ، وَ أَرَضَه، بِیَدِهِ (وَ قَبَضَ بِیَدِهِ فَجَعَلَ یَقْبِضُهَا وَ یَبْسِطُهَا) ثُمَّ یَقُولُ: أَنَا الْجَبَّارُ أَیْنَ الْجَبَّارُونَ؟ أَیْنَ الْمُتَکَبِّرُونَ ؟ وَ یَتَحَیَّلُ رَسُولُ اللهِ | عَنْ یَمِینِهِ وَعَنْ یَسَارِهِ، حَتَّی نَظَرْتُ إِلَی الْمِنْبَرِ یَتَحَرَّکُ مِنْ أَسْفَلِ شَیْءِ مِنْهُ، حَتَّی أَنِّی أَقُولُ: أُسَاقِطُ هُوَ رَسُولُ اللهِ |؟!"

ِAbdullah ibn Ömər deyir: “Peyğəmbərdən (s) eşitdim ki, mənbərdə belə buyurdu: “Cabbar olan Allah yerləri və göyləri əli ilə tutub. “Bu vaxt Peyğəmbər (s) əlini yumdu, açdı və yenə də yumdu”. Sonra Allah deyir: Mənəm Cabbar olan Allah, hardadır zor deyən və cabbar şəxslər? Hardadır təkəbbür edənlər? Dedi: Bu vaxt Peyğəmbər (s) mənbər başında sağa və sola tərəf meyl etdi. Bir vaxt gördüm ki, mənbərin aşağısı tərpənir. Öz-özümə dedim ki, Peyğəmbər (s) mənbərin başından yıxılmaz?”(2)

səh:224


1- [1] . “Sunən ibn Macə”, 1-ci cild, 13-cü bölüm, “Cəhmiyyənin inkar etdiyi şeylər”;

2- [2] . “Sunən ibn Macə”, 1-ci cild, 13-cü bölüm, “Cəhmiyyənin inkar etdiyi şeylər”;

Allahın barmağı var

(Allahın barmağı !)

1.

عَنْ عَبْدِ اللهِ قَالَ: جَاءَ حِبْرٌ مِنَ الْأَحْبَارِ إِلَی رَسُولِ الله | فَقَالَ: یَا مُحَمَّدُ! إِنَّا نَجَدُ أَنَّ اللهَ یَجْعَلُ السَّمَاوَاتِ عَلَی أَصْبَعِ وَالأَرَضِینَ عَلَی أَصْبَعِ وَالشَّجَرِ عَلَی أَصْبَعِ، وَالْمَاء عَلَی أَصْبَعِ، وَالثَّرَی عَلَی أَصْبَعِ، وَ سَایر الْخَلاَیِقِ عَلَی أَصْبَعِ، فَیَقُولُ، أَنَا الْملکُ. فَضَحَکَ النَّبِیّ | حَتَّی بَدَتْ نَوَاجِذُهُ، تَصْدِیقًا لِقَوْلِهِ الْحبرِ. ثُمَّ قَرَءَ رَسُولُ اللهِ|: "وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِیعًا قَبْضَتُهُ یَوْمَ الْقِیَامَهِ وَالسَّماوَاتُ مَطْوِیَّاتٌ بِیَمِینِهِ".

Əbdullah deyir: “Yəhudi alimlərindən biri Peyğəmbərin (s) hüzuruna gəldii. Ərz etdi: Ya Məhəmməd! Biz tövratda oxuyuruq ki, - Qüdrətli və qadir olan Allah qiyamət günündə, göylərdən, yerlərdən, ağaclardan, sulardan və torpaqlardan, xülasə bütün başqa mövcudlardan hər birini öz barmağı ilə götürər, sonra isə deyər: Bütün mövcudların həqiqi maliki və sultanı mənəm. Əbdullah deyir: Elə ki, yəhudinin kəlamı bura çatdı, Peyğəmbər (s) da onun sözlərini təsdiq etmək üçün təbəssüm etdi! Gülərkən o Həzrətin mübarək dişləri görsəndi. Sonra bu ayəni Allahın qüdrətinə işarə edərək yəhudinin sözlərinə şahid gətirdi:

{وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِیعًا قَبْضَتُهُ یَوْمَ الْقِیَامَهِ وَالسَّماوَاتُ مَطْوِیَّاتٌ بِیَمِینِهِ سُبْحَانَهُ وَتَعَالَی عَمَّا یُشْرِکُونَ}

_ (MüşRIKLəR) ALLAHı LAZıMıNCA QIYMəTLəNDIRMəDILəR (UCA TUTMADıLAR). HALBUKI QIYAMəT GüNü YER BüTüNLüKLə ONUN OVCUNUN IçINDə OLACAQ, GöYLəR ISə ONUN SAğ əLI ILə BüKüLəCəKDIR (YERIN Də, GöYüN Də HöKMü ANCAQ ALLAHıN əLINDəDIR, BüTüN KAINAT ALLAHıN QüDRəTINə TABEDIR). (ALLAH MüşRIKLəRIN ONA) AID ETDIKLəRI SIFəTLəRDəN TAMAMILə UZAQ Və UCADıR! _(1)


1- [1] . “Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Zumər surəsinin təfsiri”, 297-cibölüm, hədis: 4533-4534; Həmin mənbə, 9-cu cild, “Kitabut-tövhid”, 36-cı bölüm (Kəlamur-rəbbi) yəvməl qiyaməti”, hədis: 7075, 26-cı bölüm, “İnnəl-lahə yəmuddus-səmavati vəl-arzə”, hədis: 7013, 19-cu bölüm “Ləmma xələqtu biyədi”, hədis: 6979-6987, “Ma cəa fi qovlillah innə rəhmətullah...” bölümü; “Səhihi-Buxari”, “Kəlamur-rəbb”; “Səhihi-Müslim”, 8-ci cild, “Kitabu sifətul qiyaməti vəl cənnəti vənnar”, hədis: 2886; “Zumər” surəsi, 67-ci ayə;

Allah üçün barmağın isbatı səhiheyn və digər sunən hədislərində çoxlu nəql olunmuşdur. İndi isə Sunəni ibn Macədən və Termizidən bir hədisi də nəql edirik.

2.

الکلابی قال: سمعتُ رَسُولَ اللهِ | یَقُولُُ: "مَا مِنْ قَلْبٍ إِلاَّ بَیْنَ أَصبَعِینَ مِنْ أَصَابِعِ الرَّحْمَان، إِنْ شَاءَ أَقَامَهُ، وَ إِنْ شَاءَ أَذَاغه".

Kəlabi deyir: “Peyğəmbərdən (s) eşitdim, belə buyurdu: Heç bir qəlb Allahın barmaqlarından olan iki barmaq arasından başqa bir yerdə deyildir. Əgər istəsə onu sabit saxlayar və ya istəsə onu tərpədər.”(1)

Allah-təala barədə istifadə olunan, barmağa aid başqa hədislərdən belə başa düşülür:

1. Allah-təala da başqa mövcudlar kimi, ələ və barmağa malikdir.

2. Allah-təala da başqa mövcudlar və məxluqlar kimi məhduddur. Buna görə də ətraflara sağ və sol ələ malikdir.

Allahın beli

عَنْ أَبِی هُرَیْرَه: عَنِ النَّبِیّ | قَالَ: "خَلَقَ اللهُ، فَلَمَّا فَرَغَ مِنْهُ، قَامُتِ الرَّحمَ، فَأَخَذَتْ بحقوِالرَّحْمنِ فَقَالَ: مه! قَالَتْ: هَذَا مَقَامُ الْعَائِذِ بِکَ مِنَ الْقَطیعَهِ.

قَالَ: أَلاَ تَرْضِینَ أَن أَصِلَ من وَصَلَک، وَ أَقطَعَ من قَطعَکَ؟ قَالَتْ: بَلَی یَا رَبّ قَالَ فَذَاکَ."

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) buyurdu: Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın


1- [1] . “Sunəni-Termizi”, 4-cü cild, “Ma caə fi ənnə qəlbəl-mumini bəynə usbəin...” bölümü, “Ənnəl-qulubə bəynə əsbəir-rəhman” bölümü, “Sunəni İbn Macə”, 1-ci cild, 13-cü bölüm, “Fima ənkərətil-cəhmiyyə”;

belini tutdu! Allah buyurdu: Sakit ol! Ərz etdi: Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu: Razı deyilsənmi sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi: Bəli Pərvərdigara! Razıyam.

Allah buyurdu: Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bu cür rəftar edəcəyəm....”(1)

Səhiheynin Allahı, baldırını göstərir

Əvvəlki bəhslərdə işarə olunduğu kimi, səhiheyndə nəql olunmuş hədislərdə Allahın əli, qolu, barmaqları, ayaqları hətta baldırının da olduğu nəql olunmuşdur. İndi isə diqqətinizi bu barədə olan bir hədisə yönəldirik:

عَنْ أَبِی سَعِیدِ قَالَ: سَمِعْتُ النَّبِیّ | یَقُولُ: یَکْشِفُ رَبُّنَا عَنْ سَاقِهِ، فَیَسْجُدُ لَهُ کُلُّ مُؤْمِنٍ وَ مُؤْمِنَهٍ، وَ یَبْقَی مَنْ کَانَ یَسْجُدُ فِی الدُّنْیَا ریاءً وَسمعهً... .

Əbu Səid deyir: “Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu: Qiyamət günündə Allah-təala baldırını göstərər! Bütün imanlı kişi və qadınlar Allahın qarşısında səcdəyə düşərlər. Yer üzündə riya və sumə(2) üzündən səcdə edənlər qalarlar....”(3)

Bu hədisin araşdırılması

Bu hədisdən belə istifadə olunur ki, Allahı tanımağın əlamətlərindən biri də qiyamət günündə onun baldırının görünməsidir. Nə qədər ki Allahın baldırı görsənməyibdir, möminlər Allahın vücudunda və onu tanımaqda şəkk-şübhəyə düşəcəklər.


1- [1] . “Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Məhəmməd” surəsinin təfsiri, 1-ci bölüm, hədis: 4552;

2- [2] . Özünü başqası üçün eşıtdirmək.

3- [3] . “Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, “Təfsiru yəvmə yəkşifu ən saqin təfsiri” bölümü, və həmin mənbə, “kitabut-tövhid” 24-cü bölüm, Qovlu “Vucuhun yəvməizizn nazirəh”, hədis: 7001, “Nun” surəsinin təfsiri, hədis: 4635;

{یَوْمَ یُکْشَفُ عَن سَاقٍ وَیُدْعَوْنَ إِلَی السُّجُودِ فَلَا یَسْتَطِیعُونَ}

_ İş çəTINLəşəCəYI (BALDıRLAR AçıLACAğı, LüT-üRYAN VəZIYYəTDə QIYAMəTə GEDəCəKLəRI, QIYAMəT BüTüN DəHşəTI ILə GöRüNəCəYI, HəQIQəT AşKAR OLACAğı) Və SəCDəYə (NAMAZA) Də VəT OLUNACAQLARı GüN ONLAR (SəCDə ETMəYə) QADIR OLMAYACAQLAR. _(1)

Bu ayənin baldırla əlaqəsi olduğu üçün Buxari qeyd olunan ayəni təfsir olunmasına görə yuxarıdakı hədisi gətirmişdir. Çox gözəl olardı ki, təfsirçilərin bu ayənin mənası barədə olan sözlərinə diqqət edək:

Təbərsi {یَوْمَ یُکْشَفُ عَن سَاق} ayəsinin mənasında deyir: Yəni, o günki iş şiddətli və qorxulu bir mərhələyə çatar. Baldırın görünməsi məsələnin ciddi olduğuna, kinayə və qiyamət gününün qorxulu olmasına işarədir.

Bu məsələ müharibə hadisələrində, qorxu və təhlükə zamanı “paltarları yuxarı qaldırın ki, döyüş vaxtı fəaliyyətdə və təhlükə zamanı qaçdıqda mane olmasın” kimi məsəllərdən biridir.

{یُکْشَفُ عَن سَاقٍ} bu kəlmə hər möhkəm işdə, qorxulu bir şeylə üz-üzə gəldikdə kinayə şəklində işlədilir. Təbərsi deyir: Həmin üstü örtülü məna ibn Abbasdan, Həsəndən, Mucahiddən, Qətadədən və Səid ibn Cubeyrdən nəql olunmuşdur. Təbərsi əlavə edərək bildirir: Əkrəmədən nəql olunmuşdur ki, bu ayənin mənasını İbn Abbasdan soruşdular. İbn Abbas belə cavab verdi: Əgər Qurandan bir məsələ sizin üçün aydın olmasa və bir lüğətin mənasını, onun hədəf və məqsədini bilmədinizsə, onu ərəb şerlərində tapın. Sonra İbn Abbas dedi: Məgər şairlərin sözlərini eşitməmisiniz ki deyirlər:

 وَقَامَتِ الحرَبُنَا عَلَی سَاقٍ bizim müharibəmiz “saqə”-yə çəkildi. Bu cümlə də o yerdə deyilir ki, qəm-qüssə, müharibənin


1- [1] . “Nun” surəsi, 42-ci ayə;

sıxıntısı axıra çatmışdır. Həmin üstü örtülü məna İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuşdur.(1)

Ayənin mənası barədə, Əl-Mənar sahibinin nəzəri

Şeyx Məhəmməd Əbduh ayənin təfsirində yuxarıda, məcməul bəyan və qədim təfsirçilər tərəfindən söylənilən həmin kinayəli mənanı şərh edir və onu geniş şəkildə məşhur təfsirçi Beyzavidən nəql edir. Sonra deyir: Bəziləri deyirlər: “Saq” kəlməsi burada Allah-təalanın zatıdır! Bu mətləb üçün Həzrət Əlidən (ə) bir cümlə nəql edir ki, buyurmuşdur: لَابُدَّ مِن قِتَالِهِم وَلَوتَلِفَت سَاقِی - “Özüm aradan getsəm də, gərək onlarla vuruşaq

Əbduh sonra deyir: Bu mənaya görə desək ki, “saqın (baldırın) görünməsi” və Allah-təalanı görmək, pərdəni aradan götürmək mənasınadır, heç bir irad və şübhə olmayacaqdır. Onda hədisin mənası یَومَ یَکشِفُ رَبَّنَاعَن سَاقِهِ belə olacaqdır: “Allah qiyamət günündə pərdəni götürəcək və özünü camaata göstərəcəkdir”.(2)

Əziz oxucular! Təəssübün həqiqəti və Buxarinin “səhih” hədislərinin yersiz müdafiəsinin mənası, xurafi mətləblərin islahı məhz budur.

Allahın ayağı vardır

1.

عن أنس رضی الله عنه: عن النبی | قال: یلقی فی النار، وتقول هل من مزید؟ حتی یضع الله قدمه، فتقول: قط، قط !

Ənəs Peyğəmbərdən (s) nəql edir: “Qiyamət günündə cəhənnəm əhlini oda atarlar. Cəhənnəm yenə də artırılmasını istəyər və deyər: هَل مِن مَزِید ؟ -“Yenə qaldımı”? Allah-təala, ayağını


1- [1] . “Məcməul-bəyan”, 10-cu cild, səh. 339.

2- [2] . “Əl-mənar”, 9-cu cild, səh. 140.

cəhənnəmə qoyar! Bu vaxt cəhənnəm deyər: Bəsdir, bəsdir!(1)

2. Əbu Hüreyrə deyir: “Cəhənnəmə deyilər: Doldunmu və doydunmu? Cəhənnəm cavabında deyər:

هَل مِن مَزِید؟ - “Yenə də varmıdır”? Allah öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər: Bəsdir, bəsdir!”(2)

Bu mətləblər Səhihi-Buxaridə, bir neçə hədis sıra ilə müxtəlif sənəd və mətnlərlə nəql olunmuşdur. Müslim isə bu hədislərin ibarətlərinin bəzisində “ricl”, bəzisində isə “qədəm” yəni ayaq ifadələri ilə tə`bir olunmuş beş hədisi nəql etmişdir.

Şübhə və onun cavabı

Tövhid barəsində hədislərin bir qismi ilə tanış oldunuz. Bu hədislər əhli-sünnənin ən mühüm kitablarından nəql olunmuşdur. Hədislərin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah bəzən ərşin üzərində, bəzən buludlar arasında və bəzən də namaz qılanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah cism, görünə bilən, gülməyi bacaran və s. kimi şeylərə malik olan bir varlıq və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt qəbulolunmaz bir həqiqətdir.(3)

Nəqli dəlillərdən əlavə, əql və fəlsəfə də başdan ayağa kimi özünə möhtac, məhdud, yaradılmış bir mövcudun nişanələrinə malik olan Allahı inkar edərək belə bir varlığı dünyanın xaliqi və yaradanı kimi qəbul etmir.

Lakin, hələ əhli-sünnənin əqidələrindən, onların alimlərinin və mühəddislərinin üsulundan hələ dəqiq məlumatı olmayan


1- [1] .“Səhihi-Buxari”, 6-cı cild, “Kitabut-təfsir”, 33-cü bölüm, hədis: 4567-4568;

2- [2] .“Səhihi-Buxari”, 8-ci cild, “Kitabul-imani vən-nuzur”, hədis: 6284;

3- [3] . Mümkündür belə bir şeylər fərzən zehndə təsəvvür olunsun. Lakin, bunların heç birinin zehndən xaricdə həqiqəti yoxdur. Yəni, zehndən xaricdə onun bu kimi sifətlərə malik olması qeyri mümkündür.

bir çoxları mümkündür belə bir şübhəyə düşsünlər ki: - Hər bir kəlam və cümlə, hər ayə və hədis təvil və təfsir oluna bilər. Söylənilən hədislərin də bu kimi ümumi qanuna daxil olmasının nə Zərəri vardır? Mümkündür bu hədislər də həmin qanun çərçivəsində təfsir olunsun. Nəyə görə burada adət və üsuldan istifadə etmirsiniz? Nəyə görə bu hədisləri qəbul olunası mənalarda təfsir etmirsiniz?

Bu şübhələrin cavabında deyirik ki: Təəssüflər olsun ki, hədislər barədə müxtəlif səbəblər və cəhətlər bizi hər növ təfsir və mənanı yozmaqdan saxlamış və qarşısını almışdır.

Çünki:

1. Təfsir və mənanı yozmağın lazım olan yerləri o yerdə mümkündür ki, səhiheyndə və əhli-sünnənin etimad etdikləri başqa kitablarda Allahın görünməsi, cism olması və s... barədə nəql olunmuş çoxlu hədislərdən əlavə, gərək başqa bu hədislərin mənaları ilə müxalif olan hədislər də olsun ki, Allahın görünməsini, cism olmasını inkar etsin. Lakin, təəssüflər olsun ki, bu kitablarda və hədislər içində belə hədislər hətta misal ünvanında belə gözə dəymir. Axtarış zamanı biz bu kitablardan belə hədisləri tapa bilmədik.

2. Bu hədislərin bir hissəsi bir növ yazanların hədəfində elə bir şəkildə aşkar və aydın, onların deyilişi o qədər ciddidir ki, öz – özünə hər növ təvil və məna yozumunu aradan qaldırır. Belə ki, onun zahiri mənasını tutmaqdan başqa bir yol qalmır. Biz Allahın görünməsi barədə söylənilən “Siz Allahı ay parçası kimi görəcəksiniz” hədisinin mətninin mənasını başqa cür yaza bilərikmi?

Mübahisə vaxtı bir-birinizə sillə vurmayın. Çünki, Allah insanı özünün surətində yaratmışdır” hədisinin mənasını başqa cür yoza bilərikmi?

Həmçinin, “Ərş bütün mövcudların üstündə və Allah da

ərşin üstündə yerləşmişdir” və “Allah mövcudları yaratmazdan əvvəl buludlar arasında yerləşmişdir” kimi söylənilən hədislərdən Allahın cism, məhdud olmasından başqa bir məna düşünə bilərikmi? Görəsən bu kitabda tövhid barədə nəql olunmuş hədisləri qəbul olunmuş bir mənada yaza bilərikmi?

3. Üçüncü cəhəti budur ki, bu hədislər və onların məzmunu bu günlərdə bizim əlimizə çatmış təzə məsələlər deyildirki, onları düzgün başa düşək, ya onları başqa mənalara yozaq və ya təvil edək. Bu məsələlər Peyğəmbərin (s) vəfatından və İlahi elm qapılarının bağlanmasından sonra tədricən vücuda gəlmiş çətinliklərdir. Buxarinin dövründən Nəsainin dövrünə kimi bu məsələlər altı sihaha köçürülmüşdür. Araşdırdığımız məsələlər də həmin məsələlərdəndir. Biz bu mövzuların məsum imamların və əziz rəhbərlərimizin huzurunda onlardan sual olunduğunu görürük. Bu hədislərin mətni ya məzmunu İmam Baqir (ə), İmam Sadiq (ə) və Həzrət Rzadan (ə) sual olunmuşdur. Məsum imamlar bu sualların cavabında heç vaxt belə hədisləri nə təvil etmiş və nə də mənalarını başqa yerə yozmuşlar. Onlar bir başa bu hədisləri rədd etmişlər. Sual edənlər də belə hədislərdə təvil və məna yozumuna ehtimal verirdilərsə sual üçün gəlməz və onların barəsində izah istəməzdilər. Bu hədislərin bir hissəsini bəhsin axırında diqqətinizə çatdıracağıq.

Bu hədislər barədə əhli-sünnə alimlərinin nəzərləri

1. Müslim

Müslim öz səhihində Allahın görünməsinin sübutu üçün bir fəsl açmış və başqa bir fəsli də onu görməyin yolları barədə ayırmışdır. Allahın cism olmasını bildirən, görmək barədə olan hədislərin bir qismini bu fəsillərin hər ikisində gətirmişdir.

Aydındır ki, Müslimün nəzəri bu iki fəsildə gətirdiyi hədislərin hamısının səhih olduğunu və hər bir müsəlmanın

da onun zahirinə etiqad bəsləməyinin vacib olmasıdır. Həmçinin onun nəzəri budur ki, bu kimi hədislər barədə kiçik bir təvilə(1) əl atmasına və ya onun cümlələrindən birinin mənasını dəyişərək başqa bir mənaya yozmasına heç bir müsəlmanın haqqı yoxdur.

2-3. İbn Macə və Əbi Davud

İbn Macə Qəzvini və Əbi Davud Səcestani əhli-sünnənin etimad olunan alimlərindən və altı sihah müəlliflərindəndirlər. Öz səhihində “Cəhmiyyənin inkar etdiyi məsələlər” adı ilə başlayan məxsus bir fəsldə Cəhmiyyə firqəsinin barəsində bir sıra məsələlər yazmışdır. O cümlədən, bu fəsillərdə Allahı görmək barədə olan hədisləri, məkan və Allahın cism olması – Allahın gülməsi, öz arxasına söykənməsi, Allahın zühuru və pərdə arxasında qalması və s. kimi hədisləri nəql etmişdir.

Cəhmiyyə o kəslərdəndir ki, imamiyyə məzhəbi kimi Allah-təala barədə onun görünməsinə və məkan sahibi olmasına etiqadı yoxudur və Allah-təalanı başqa cisimlər kimi bədən üzvlərinə malik olmasına etiqad bəsləmirlər. Həmçinin belə hədislərin zahirinə də etiqadlı deyillər. Bu fəslin “Cəhmiyyənin əqidəsinin rəddi və inkar olunması” adı ilə adlanması bunu göstərir ki, əhli-sünnənin nəzər sahibləri kimi tanınmış və etimad olunan bu iki şəxsin tövhid barəsində olan əqidələri, həmin hədislərin məzmunu və həmin kəlmələrin zahiri ilə uyğundur. Cəhmiyyə kimi bu hədislərə müxalif olanlar və onu təfsir edənlər onların nəzərində rədd olunmuş və hədisləri təfsir etmək isə İbn Macə və Əbi Davudun nəzərincə küfrə və kafirliyə səbəb olur və belə bir şəxs İslam dinindən xaric olmuşdur.


1- [1] . Tə`vil: - Bir mənanı başqa bir mənaya dəyişmək və ya yozmaq.

4. İbn Teymiyyə

İbn Teymiyyə deyir: “Allahın göydən hər gecə aşağı enməsi və nazil olmasına gəldikdə, bu əhvalat hədis alimlərinin yanında sübuta çatmış məsələlərdən biridir! Həmçinin nüzul dastanı, Allahın şəban ayının 15-ci günündə də nazil olması barədə bir hədis nəql olunmuşdur ki, onun sənədi ixtilaflıdır.”

Sonra İbn Teymiyyə əlavə edərək bildirir ki: “Əhli-sünnənin hamısı bu məsələyə etiqad bəsləyirlər ki, Allah-təala aşağı enir və onun ərşi onsuz boş deyildir! Bu mətləb İshaq ibn Rahəveyhdən, Həmmad ibn Zeyddən və Əhməd ibn Hənbəl tərəfindən də nəql olunmuşdur.”(1)

5. Məhəmməd Əşrəf

Əbu Davudun sunənini şərh edən, وإنه لیئط به؛ أطیط الرحل بالراکب cümləsinin altında: “Dəvə minənin ağırlığının nəticəsində dəvənin yükünün səsi kimi Allahın ərşi də onun ağırlığına görə səs edəcək”. İmam Xitabinin sözlərini nəql etdikdən sonra onu tənqid edərək deyir:

İmam Xitabinin sözlərində bir növ təfsir və təvil vardır. Lakin təvil və təfsir zahirin xilafınadır və heç cür ona ehtiyacımız yoxdur. Allahın sifətlərinə aid olan hədislərdə etimad olunan səhih yol budur ki, onları öz zahiri mənalarına buraxaq və hər cür təfsir və təvildən, həmçinin məna yozumundan uzaqlaşdıraq.”(2)

6. Bəğəvi

Bəğəvi “Şərhis-sünnə” kitabında deyir: “Allahın sifətləri barədə kitab və sünnədə gələnlər, məsələn surət, göz, barmaq, ayaq, gəlmək və getmək, asimandan aşağı nazil


1- [1] . “Minhacus-sünnə”, 1-ci cild, səh. 262.

2- [2] . “Ovnul-məbud”, 4-cü cild, “Kitabus-sunnə”, 1-ci bölüm, “Fil-cəhmiyyə”, səh. 369; hədis: 4721;

olmaq, ərşin üzərində yerləşmək, gülmək və şadlanmaq və bu kimi şeylər hamısı Allah-təalanın sifətlərindən sayılır. Onların barəsində hədislər yazılmışdır. Gərək bu sifətlərin hamısına imanımız olsun. Hədislərin zahiri mənası gərək hifz olunub saxlansın. O cümlədən, hər növ təvil və təfsir və məna yozumundan da qorunsun.”(1)

Biz, ötən bəhslərimizdə Allahın cism olması barədə Nəvəvinin, Eyninin, Qəstəlaninin, Əhməd Məhəmməd Şakirin, Əbduh İsfəhaninin, Əhməd ibn Həmbəlin, İbn Teymiyyənin, Əbu Ömərin, Zəhəbinin və Şeyx Əbdur-Rəhmanın nəzərlərini və sözlərini nəql etmişdik. Onların əqidələrini və başqa əhli-sünnə alimlərin belə hədislərin zahirinə etiqad bəsləmələri barədə olan əqidələrini və bu hədislərin təfsir olunması və başqa mənaya yozulmasının caiz olmadığını əziz oxucularımıza bildirmişdik.(2) Bu məsələ bir sıra ümumi məsələlərdən biridir ki, müxtəsər şəkildə burada gətirilmişdir. Əgər əhli-sünnənin bütün alimlərinin bu barədə nəzər və sözlərini gətirəsi olsaq, özü ayrıca bir kitab şəkklinə düşər.

Diqqəti cəlb edən bir məsələ

Bura qədər tövhid barəsində altı səhih kitabdan nəql olunmuş hədislərdən bu məsələlər aydın olur ki, bu hədislərin məzmunu Allahı, onu görməyin mümkün olması, məkana və müxtəlif bədən üzvlərinə malik olması, xülasə şəkildə desək, Allahı təbii və maddi mövcud kimi tanıtdırır. Şübhəsiz ki, əhli-sünnə alimləri Allahı həmin hədislərin tanıtdırdığı sifətlərlə tanıyırlar. O cümlədən, öz tərəfdarlarına da Allahı bu cür tanımağı tövsiyə edirlər.

Burada bir məsələyə diqqət etmək lazımdır ki, əqidədə belə


1- [1] . “Sunəni İbn Macə”, 1-ci cild, səh. 71;

2- [2] . Allahı görmə, baldırının görünməsi barədə olan bəhsə müraciət olunsun.

yolunu azmağı və düz yoldan uzaqlaşmağı, ən mühüm və həssas olan “Allahı tanımaq” kimi dinin əsaslı bir mövzusunda əyintiləri həmin hədislər əmələ gətirmişdir. Doğru olmayan bu əqidələrin kökü, əhli-sünnə alimlərinin nəzərincə düzgün və səhih saydıqları hədislərə gedib çıxır.

Əhli-sünnə alimlərinin özləri də bu məsələni etiraf etmişlər. Onlar öz əqidələrini açıqlayarkən sənədlərinin həmin hədislər olduğunu bildirirlər.

Biz əvvəlki səhifələrdə və bəhslərimizdə əhli-sünnə alimlərinin sözlərini və onların əqidələrini nəql edərkən həmin hədislərə istinad etdiklərinə işarə etdik. Onları yenidən sadalamağı, dəlil və şahid gətirməyi bu dəfə zəruri saymırıq. Bununla da əziz oxuculara tövsiyə edirik ki, bu məsələdə əhli-sünnənin əqidələrinin hədislərlə uyğun olub-olmamasına diqqət yetirsinlər.

Ötən bəhslərə nəzər saldıqda görürük ki, bu kimi hədislər müsəlmanları öz əqidələrindən azdırmış və əsrlər boyu onların əməllərində öz təsirini qoymuşdur. Buradan aydın olur ki, belə hədislərin olması və belə kitabların səhihliyinə etiqad bəsləmək və onların mənalarına inanmaq beləcə məzhəkəli, xurafi əqidəni müsəlmanlar arasında yaratmış və həqiqətdən uzaqlaşdırmışdı.

Məsələ burdadır ki, Muqatil ibn Süleyman, Davud Cəvaribi və onların tərəfdarları Allah-təala üçün təkcə cinsiyyət üzvünü istisna etməklə əl, ayaq, dil və iki gözün olmasına etiqad bəsləmişlər. Lakin, Məaz Ənbəri Allah-təala üçün kişilik cinsiyyət orqanının olmasına da etiqad bəsləmiş, öz əqidəsini və Allahın kişi olmasını sübut etmək üçün Qurani-Kərimin وَلَیسَ الذَّکَرُکَالأُنثَی} { ayəsini dəlil gətirmişdir.

Əhli-sünnənin bir çox kəlam və qeyri-kəlam alimləri Allahın insan kimi ətə, dəriyə və sümüyə malik olduğunu fərz etmişlər.

Bəzən Allahı kəcavədə oturmuş və qırmızı tüklü dəvənin

üstündə əyləşmiş halda ərəfə gecələrində yer kürəsinə gətirirlər.

Bəzən deyirlər: “Allah elə gülür ki, gülərkən onun dişləri görünür.” Deyirlər: “Allah qiyamət günündə insan surətində mücəssəm olacaq və bəndələrinin hesabını çəkəcək.” Başqa yerdə nəql edirlər: “Şəban ayının 15-ci gecəsində göydən yerə enir və onun oturduğu yer ərşdədir. Həmişə də ərşin üstündə əyləşmişdir”. “Qiyamət günündə də bəndələrinin yanına gələr və özünü tanıtdırar. Öz bəndələrinə xitab edərək deyər: Mən sizin Allahınızam! Deyərlər: Biz səndən Allahımıza pənah aparırıq”. Yenə də deyilər: “Əgər Allahı görsəniz onu həqiqətən tanıyarsınız”.

Başqa yerdə əlavə edərək deyirlər: “Bizim və Allahın arasında bir əlamət var ki, o əlamət vasitəsi ilə onu tanıyarıq”. “Sonra Allah öz baldırını aşkar edər və o, tanına bilən başqa bir qiyafədə gələr, özünü tanıtdırar və onu tanıyarlar, qarşısında səcdəyə düşərlər.”

Nəql etmişlər ki, “cəhənnəmin od-alovu şölə saçar və nə qədər ki, Allah ayağını cəhənnəmə qoymayıb sakit olmaz. Elə ki, ayağını cəhənnəmə qoyar, cəhənnəmin od-alovu deyər: Bəsdir, bəsdir!”

Bu, sünni məzhəbinin kəlam alimlərinin bir çoxlarının tövhid və Allahı tanıma barədə olan nəzər və əqidələridir. Bu əqidənin bir qismi Allahla görüşmək, qiyamət günündə camaat arasına onun gəlməsi və s. kimi məsələlərdir ki, sünnilərin hamısının buna etiqadları vardır. Bu əqidələrin hamısını əziz oxucularımıza açıqladıq.

İbn Əbil-Hədid Mötəzili nəql edir ki: “Bu əqidənin kökü, sihahda nəql olunmuş çox təəccüblü hədislərdən ibarətdir.”(1)

O, bu sözləri ilə (necə ki əvvəlcə də işarə olunmuşdur) batil


1- [1] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, 49-cu xütbə, 3-cü cild, səh. 224-226.

və xurafi əqidənin nəqlindən sonra bildirir ki, bu əqidəni belə hədislər arasında olan bağlılıq əmələ gətirmişdir. Həmçinin bu əqidənin əmələ gəlməsinin səbəblərini və onun kökünü də bəyan etmişdir.

İbn Əbil-Hədid, Əmirəl-möminin Əlinin (ə)

یأتی علی الناس زمان لایبقی فیهم من القرآن إلاإسمه

xütbəsinin altında yenə bildirir: “Bu gün məscidlərdə oturan və tövhid bəhsində Allah-təalanın təşbihə, təcəssümə, onun surətə, nazil olmasına, bədən üzvlərinə malik olmasına qail olan şəxslər Allah-təalaya küframiz və cahilanə mətləbləri nisbət verirlər. Bunların hamısı fitnədir. Bu məsələlərdən uzaq olanları da onlara tərəf çəkirlər”.(1)

Müəllif: İbn Əbil Hədidin açıq və aydın olan bu sözlərindən məlum olur ki, bu əqidə onun zamanında da mövcud imiş və məscid sakinlərinin çoxları da belə xurafi əqidələrdə olmuşlar.

{وَاسْتَغْفِرُواْ رَبَّکُمْ ثُمَّ تُوبُواْ إِلَیْهِ إِنَّ رَبِّی رَحِیمٌ وَدُودٌ}

_ RəBBINIZDəN BAğışLANMAğıNıZı DILəYIN Və ONA TöVBə EDIN. HəQIQəTəN, RəBBIM (BəNDəLəRINə) RəHM EDəNDIR, (ONLARı çOX) SEVəNDIR!"_(2)


1- [1] . Həmin mənbə 19-ci cild, səh. 299.

2- [2] . “Hud” surəsi, 90-cı ayə;

5

5. Şiə hədislərinə bir baxiş

Bir suala cavab:

Mümkündür ki, oxucularımız arasında kimlərsə kitabın "səhiheyn nəzərində tövhid" bölməsini mütaliə etdikdən sonra, bizə etiraz edərək belə bir sual versinlər:

Baxmayaraq ki, əhli-sünnənin tövhid barədə hədis və rəvayətlərini nəql etdiniz, bu kitabların qiyafəsi və əhli-sünnə alimlərinin belə hədislərin məzmununa olan əqidələri bunu bildirir ki, əgər bir şəxs tövhid və Allahı tanımaq məsələlərində bu kimi kitablara müraciət etmək istəsə, həmçinin bu kitabların və belə əqidədə olan kəlam və qeyri-kəlam alimlərinin göstərişlərinə nəzər salsa, Allahı tanıma yolunu araşdırsa bir çox əsası olmayan etiqadi məsələlərlə üz-üzə gələcəkdir.

Lakin, burada belə bir şübhə qarşıya çıxır və o da budur ki, şiə məzhəbinin də kitabları arasında onların tövhid bəhslərinə aid olan bir miqdar hədisləri də gözə dəyir. Bu hədislər də Allahın cism və görünməsini bildirir. O cümlədən, səhiheyndə və başqa kitablarda tövhid barədə gətirdiyiniz hədislərin başqa nümunələrinə şiə kitablarının bəzilərində də rast gəlmək olur. Buna görə də sizin etirazınız təkcə əhli-sünnə məzhəbinə deyil, şiə məzhəbinin özünə də aid edilir.

Cavab: Bu sualın cavabında bir neçə mətləbə diqqət olunması lazım görülür:

1. Hədis kitabları barədə nəzərlərin müxtəlif olması;

Şiə və sünni alimlərinin arasında hədis kitablarına və onların məzmunlarına yanaşmaqda çox mühüm fərqlər və ixtilaflar vardır. Çünki, əhli-sünnə iddia edirlər ki; Buxarinin səhihinin bütün hədisləri səhihdir. (Əgər bir kəs and içsə ki, səhiheynin bütün hədisləri həqiqətə uyğun və bu iki kitabın bütün möhtəvaları Peyğəmbərin (s) buyurduqlarıdır, onun andı düzdür və kəffarə də ona lazım deyildir.(1))

Bəli, bu nəzəriyyənin əksinə, şiə alimlərinin heç biri öz hədis kitabları barədə belə bir nəzəriyyə və əqidəyə malik deyillər. Hətta “dörd kitab”-ın tək-tək hədislərinin də istər mətn, istərsə də sənəd baxımından araşdırılmasını və bəhs olunmasını zəruri hesab edirlər. Şiə alimlərinin nəzərində bu kitablardan yalnız müəyyən bir miqdarı səhih sayılmış və qəbul edilmişdir. Yerdə qalan hissələrini isə “Muvəssəq”, “Həsən”, “Zəif(2) hədislər təşkil etdiyini bildirirlər.

Bu, şiə məzhəbinin və onun alimlərinin öz hədisləri, kitablarının məzmunu barədə olan nəzəriyyələridir. (3)

Buna görə də şiə alimlərinin nəzərində şiə kitablarında bir hədisin olması nə qədər ki, səhih deyildir, onun səhihliyinə və


1- [1] . Kitabın əvvəl hissələrinə müraciət edə bilərsiniz.

2- [2] . “Muvəssəq” – başqa məzhəbdən olan lakin imami olmayan, şiə ricalı tərəfindən təriflənən, yalan danışmayan ravilərin nəql etdikləri hədisə deyilir. “Həsən”- Raviləri bütün təbəqələrdə təriflənmiş olan və rəvayətinin sənədi məsumlara yetişən hədisə deyilir. “Zəif” – Həsən, muvəssəq və səhih hədislərin şəraitini özündə cəm etməyən hədisə deyilir. (mütərcim).

3- [3] . “Miratul-uqul vəz-zəriə”; Kafinin sözləri və Ayətullah Xoinin rical kitabının müqəddəməsinə müraciət olunsun.

qəbul olunmasına dəlalət etmir. Qeyd etməliyik ki, şiə məzhəbinin alimləri və mühəddisləri öz hədis kitablarında bəzi hədislər barədə iradları və şübhələri vardır.

2. Şiə kitablarında tövhid barədə olan hədislər;

Birinci mətləbi nəzərə alaraq bir məsələyə diqqət olunmalıdır. Əhli-sünnə kitablarında tövhid barədə nəql olunmuş hədislərin hamısında Allahın təcəssümünün (cism olmasına) sübutuna birbaşa dəlillər vardır. Bunların hamısının qarşısında hətta bir dənə də nümunə olsun, bu hədislərin məzmun və məhfumuna zidd olan və Allahın cism olmasını inkar edən hədislər gözə dəymir. Qeyd olunduğu kimi, bu kitablarda və hədislərdə Allahı tanımaq onun cism olmasına etiqad bəsləməkdən başqa bir şey deyildir. Lakin, şiə kitablarında və hədislərində əgər belə bir hədis küncdə - bucaqda tapılarsa, onunla üz-üzə yüzlərlə mötəbər və etimad olunmuş hədislər, onların əsas və mötəbər kitablarında mövcuddur. Bu hədislər də Allahın cism olmasını bildirən hədisləri kəskin şəkildə tənqid edərək onları rədd edir.

İbtalur-royət”; “Ənnəhyu ənil cismi vəs-surət”; “Nəfyul hərəkəti vəl intiqal;” “Nəfyut-təşbih” və s. başqaları da, fəsillərdə və mövzularda gətirilərək bu kitablarda qeyd olunmuş və açıq şəkildə həqiqəti çatdırmışdır.(1)

Bu da şiə və əhli-sünnənin hədis kitabları və hədisləri arasında olan ən böyük və həssas dəyərlərdən biridir ki, bu mövzuda nəzərdə olan başqa şübhə və iradlara da cavab verə bilər.

3. Tövhid barədə olan hədislərə şiə alimlərinin nəzəri ;

Şiə kitablarında nəql olunan Allahın görünməsini, təşbih və hər növ cism olmasını inkar və batil edən hədis və rəvayətlər o qədər aydın, sənəd baxımından o qədər möhkəmdir ki, onların məzmununu şiə


1- [1] . “Usuli-Kafi”, “Tövhidus-Səduq” və “Biharul-ənvar”-a müraciət olunsun;

məzhəbinin kəlam alimləri bütünlüklə qəbul etmişlər. Bu hədislər şiə məzhəbinin kəlam elmində ən mühüm bəhslərin bir qisminin sütunlarını təşkil edir. Hər bir hədis və rəvayətin məzmunu birbaşa və səhih olan hədislərlə zidd olarsa, alimlərin nəzərində müxalif hədislərin heç bir elmi dəyəri yoxdur. Bu kimi hədislərə də irad və şübhə etmək yersiz və mənasız sayılır.

4. Qondarma və saxta rəvayətlər;

Dördüncü diqqət olunası nöqtə budur:

Mümkündür etiraz edənlərin gətirəcəkləri dəlil bu kimi rəvayətlərin çoxunun sənəd silsiləsi barədə təhqiq olunması olsun. Aydındır ki, bu rəvayətlər sənəd cəhətindən zəif və onu nəql edənlər isə şiə rical tanıyanları tərəfindən etimad olunmayan, yalançı və saxta hədis uyduran şəxslər kimi tanınmışlar.

 Bəli, bu növ rəvayətləri Məqatil ibn Süleyman kimi Allahın cism olmasına qail olan şəxslər öz yanlış əqidəsini genişləndirmək üçün uydurmuşlar. Bu rəvayətlər üçün özlərindən sənəd silsiləsi də düzəltmiş və şiə rəhbərlərindən birinə nisbət vermişlər.

Yuxarıda söylənilən mətləblərə diqqət edərək, allahşünaslıq barədə şiə əqidələri aşağıdakı sənədlərdən əldə edilməlidir:

1. Əhli-sünnənin etimad etdikləri kitablara müraciət olunduğu kimi, bu mövzuda onların etimad etdikləri səhih hədislər və altı sihah kitablarına da müraciət etməklə onlar ətrafında da bəhs olunsun.

2. Onların kəlam alimlərinin sözlərinə diqqət yetirildiyi kimi, şiə alimlərinin də sözlərinə diqqət olunmalıdır.

Tövhid barədə şiə hədislərindən bir neçə nümunə

Biz Allahın görünməsini inkar edən bəhslərdə şiə sənədlərindən bir neçə hədis qeyd etmişdik. İndi isə şiə

məzhəbinin allahşünaslıq əqidələrinin əsasını təşkil edən və onların etimad etdikləri rəvayətlərdən bir neçəsini yenə bu bəhsdə gətiririk ki, qeyd olunmuş şübhəyə cavab verilsin və həm də bu rəvayətlərin məzmunu əhli-sünnə məzhəbinin kitablarında gələn hədislərlə müqayisə olunaraq bu iki yolun elmi təfəkkürünün qiyməti və üstünlüyü məlum olsun. Əziz oxucularımızın özləri də bu iki allahşünaslıq məktəbi arasında insafla mühakimə yürütsünlər.

1.

عَنْ أَبِی بَصِیر: عَنْ أَبِی عَبْدِاللهِ (ع) قَالَ: "إِنَّ اللهَ تَبَارَکَ وَ تَعَالَی لاَ یُوصَفُ بِزَمَانِ وَ لاَ مَکَانِ، وَلاَ حَرَکَهِ وَ لاَ إِنْتِقَالِ، وَ لاَ سکونِ. بَلْ هُوَخَالِقُ الزَّمَانِ وَالْمَکَانِ وَالْحَرَکَهِ وَالسُّکُونِ، تَعَالیَ عَمَّا یَقُولُ الظَّالِمُونَ علواً کَبِیراً... .

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki; o Həzrət (ə) Allahın sifətlərini tərif etdikdə belə buyurdu: “Mütəal Allah zaman və məkanla tərif olunmaz. “Allah nə vaxt və harda idi” deyib soruşmaq düzgün deyildir. Hərəkət, dəyişmək, sakit qalmaqla da gərək tərif olunmasın. Həmçinin “Allah hardadır və məkanını haraya dəyişir“ deyilməsin. Çünki, bunların hamısına varlıq verən odur.

Zaman, məkan, hərəkət və sabitliyi yaradan da odur. O, zalımların onun barəsində ilahilik məqamına münasib olmayan sifətləri ona nisbət verməklərindən üstün və ucadır.”(1)

2.

عَنْ دَاوُدِ الرِّقِّی قَالَ: سَئَلْتُ أَبَا عَبْدِ الله (ع) عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ،{وَ کَانَ عَرْشُهُ عَلَی الْمَاءِ} فَقَالَ: "مَا یَقُولُونَ؟" قُلْتُ: یَقُولُونَ: إِنَّ الْعَرْشَ کَانَ عَلَی الْمَاءِ وَالرَّبُّ فَوْقَهُ، فَقَالَ: "کَذَّبُوا عَنْ زَعْمٍ هَذَا، فَقَدْ صَیَّرَالله مَحْمُولاً وَ وَصْفَهُ بِصِفَهِ الْمَخْلُوقِ، وَلَزِمَهُ أَنَّ الشَّیْءَ الَّذِی یَحْمِلُهُ أَقْوَی مِنْهُ... .


1- [1] . “Ət-tovhid”, Şeyx Səduq; 1-ci cild, 2-ci bölüm, “ət-Tövhidu vət-təşbih”, və “Ənnəhu ləysə bicismin” bölümü, və 8-ci bölüm, səh. 7-31 və 9-107; “Biharul ənvar”, 13-cü cild, və 14-cü bölüm, “Nəfyu cismu vəs-surəti vət-təşbih”, səh. 287; “Nəfyuz-zəmanu vəl hərəkət” səh. 309;

Davud Reqqi deyir: {وکان عرشه علی الما ء } İmam Sadiqdən (ə) _ ALLAHıN əRşI SUYUN üZəRINDəDIR _ ayəsinin təfsiri barədə sual etdim ki, su və ərş dedikdə məqsəd nədir? Həzrət (ə) buyurdu: Camaat bu ayənin təfsiri barədə nə deyirlər. Dedim: Deyirlər ki, ərş suyun üzərində, Allah da ərşin üstündə oturub. İmam Sadiq (ə) buyurdu: Yalan deyirlər! Allahın barəsində belə şeylər fikirləşənlər iki şeydən uzaqdırlar. Çünki, birincisi – Allahı daşınılan bir mövcud kimi güman etmişlər və onu öz məxluqlarının sifəti ilə tərif etmişlər. İkincisi - xəyal və güman etdikdə belə lazım gəlir ki, Allahı daşıyan ərş Allahın özündən çox güclü imiş... .(1)

3.

عَنْ یَعْقُوب السّراج، قال: قُلْتُ لأَبِی عَبْدِ اللهِ× إِنَّ بَعْضَ أَصْحَابِنَا یَزْعَمُ إِنَّ لِلَّهِ صُورَهٌ مِثْلَ الإِنْسَان، وَ قَالَ آخر: إِنَّهُ فِی صُورَه إِمْرِءٍ جَعْدِ قَطَطْ، فَخَرَّ أَبُو عَبْدِالله (ع) سَاجِداً ثُمَّ رَفَعَ رَأْسَهُ، فَقَالَ: "سُبْحَانَ اللهِ الَّذی لَیْسَ کَمْثْلِهِ شَیْء، وَلاَ تُدْرِکُهُ الأَبْصَارَ، وَ لاَ یُحِیطُ بِهِ عِلْمٌ، لَمْ یَلِدْ لأَنَّ الْوَالِدَ یَشْبَهُ أَبَاهُ، وَ لَمْ یُولَدْ فَیُشْبِهُ مَنْ کَانَ قَبْلَهُ، وَ لَمْ یَکُنْ لَهُ مِنْ خَلقَهُ کُفُواً أَحَد، تَعَالَی عَنْ صِفَهِ من سِوَاه، علوّاً کَبِیراً".

Yəqub Sərrac deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, bizim səhabələr və dostlarımız arasında elə şəxslər var ki, Allahın insan kimi üzünün olmasını xəyal edirlər. Elə kəslər var ki, xəyal edirlər Allah cavan surətindədir ki, üzünə hələ tük çıxmayıb və başının tükləri az, bir-birinə qarışıq və düyünlüdür. Yəqub deyir: İmam mənim sözlərimi eşitdikdə, səcdəyə düşdü və sonra başını qaldırdı və dedi: Allah münəzzəh və pakdır. Heç bir şey onun kimi, ya ona oxşar deyildir. Gözlər onu görməkdə acizdir. Bəşərin elmi və biliyi onun həqiqətinə və zatının necəliyinə yetişə bilməz. Allah özü


1- [1] .  Tohidu Səduq”, Həmin mənbə - və “əl-Kafi”, “Kitabut-tövhid”, “Babul ərşı vəl kursi”;

kimisin yaratmamışdır ki, kimsə ona oxşasın. Çünki, hər bir kəs öz atasına oxşarlığı var. O ata-anadan dünyaya gəlməyibdir ki, ondan qabaq olan şəxslərə oxşasın. Məxluqlar və yaranmışlar içində onunla müqayisə oluna bilən bir mövcud yoxdur. O, bu kimi məxluq sifətlərindən uzaq, uca və üstündür”.(1)

4.

...عَنْ یُونُسِ بْنِ ظِبْیَان قَالَ: دَخَلْتُ عَلَی الصَّادِقِ جَعْفَرْ بْنِ مُحَمَّدِ(ع)، فَقُلْتُ: یَا ابْنَ رَسُولُ الله! إِنِّی دَخَلْتُ عَلَی مَالکَ وَ أَصْحَابِهِ، فَسَمِعْتُ بَعْضَهُمْ یَقُولُ: إِنَّ اللهَ وَجْهاً کَالْوُجُوه، وَ بَعْضَهُمْ یَقُولُ لَهُ یَدَان، وَاحْتَجّوا لِذَلِکَ بِقَوْلِهِ تَعَالَی:"بِیَدِی إِسْتَکْبَرْت".

وَ بَعْضَهُمْ یَقُولُ: هُوَ کَالْشَابّ مِنْ أَبْنَاءِ ثَلاَثِینَ سِنَهً، فَمَا عِنْدَکَ فِی هَذَا یَابْنَ رَسُولُ الله؟ قَالَ: "وَ کَانَ مُتَّکِئاً فَاسْتَوَی جَالِساً، وَ قَالَ: "أللَّهُمَّ عَفْوَکَ عَفْوَکَ"، ثُمَّ قَالَ: "یَا یُونُس! مَنْ زَعَمَ أَنَّ لِلَّهِ وَجْهاً کَالْوُجُوه، فَقَدْ أَشْرَکَ، وَ مَنْ زَعَمَ أَنَّ لِلَّهِ جَوَارِحَ کَجَوَارِحِ الْمَخْلُوقِین، فَهُوَ کَافِرٌ بِاللهِ، فَلاَ تَقبَلُوا شَهَادَتَهُ، وَلاَ تَأْکُلُوا ذَبِیحَتَهُ، تَعَالَی الله عَمَّا یَصِفهُ الْمُشَبِّهُونَ بِصِفَهِ مَخْلُوقِینَ، فَوَجْهُ اللهِ أَنْبِیَائُهُ وَ أَوْلِیَائُهُ وَ قَالَ: "خَلَقْتُ بِیَدِی اِسْتَکْبَرْتُ" أَلْیَدُ: أَلْقُدْرَهٌ، کَقَوْلِهِ وَأَیَّدَکُمْ بِنَصْرِهِ. فَمَنْ زَعَمَ أَنَّ اللهَ فِی شَیْء، أَوْ عَلَی شَیْءٍ أَوْ یَحول من شَیْء إِلَی شَیْءٍ، أَوْ یَخْلو مِنْهُ شَیْء، أَوْ یَشْغِل بِهِ شَیْء، فَقَدْ وَصْفَهُ بِصِفَهِ الْمَخْلُوقِین، وَاللهِ خَالِقُ کُلَّ شَیْءٍ، لاَ یُقَاسُ بِالْقِیَاسِ، وَلاَ یَشْبَهُ بِالنَّاسِ، لاَ یَخْلُو مِنْهُ مَکَانُ، وَلاَ یَشْتَغِلْ بِهِ مَکَانُ، قَرِیبٌ فِی بُعْدِهِ، بَعِیدٌ فِی قُرْبِهِ، ذَلِکَ اللهُ رَبُّنَا، لَا إِلَهَ غَیْرُه، فَمَنْ أَرَادَ الله وَ أَحَبَّهُ بِهَذِهِ الصَّفَهِ، فَهُوَ مِنَ الْمُوَحِّدِینَ، وَمَنْ أَحَبَّهُ بِغَیْرِ هَذِهِ الصِّفَه، فَاللهِ مِنْهُ بَرِیءٌ وَ نَحْنُ مِنْهُ بَرآء".

Yunis ibn Zebyan deyir: “Həzrət İmam Sadiqin (ə) yanına getdim və ərz etdim: Yəbnə Rəsulillah! Mən Malikin(2) yanında səhabələri ilə birgə oturmuşdum. Məclisdə olanların bəziləri deyirdilər ki, Allahın da mövcudlar kimi üzü və surəti vardır.


1- [1] . “Tövhidi Səduq” və “Biharul-Ənvar”, “Nəfyul cismi vəs-surət” bölümü;

2- [2] . Malik, əhli təsənnün məzhəbinin dörd imamlarından biridir. 178-ci ildə vəfat etniş və Bəqi qəbirsanlığında dəfn olunmuşdur.

Bəziləri də deyirlər ki, Allahın iki əli vardır. Sübut üçün Allahın buyurduqlarını dəlil gətirirdilər ki, şeytana xitab edərək belə buyurmuşdur:

{قَالَ یَا إِبْلِیسُ مَا مَنَعَکَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِیَدَیَّ أَسْتَکْبَرْتَ أَمْکُنتَ مِنَ الْعَالِینَ}

_ (ALLAH) BUYURDU: EY İBLIS! SəNə MəNIM öZ əLIMLə YARATDığıMA SəCDə ETMəYə Nə MANE OLDU?. TəKəBBüR GöSTəRDIN, YOXSA öZüNü YUXARı TUTDUN? _(1)

Bəziləri isə deyirlər ki, Allah otuz yaşlı kişi surətindədir.

Sizin bu məsələlər barədə əqidəniz nədir? Yunis deyir: İmam bir yerə söykənmişdir. Elə ki, mənim sözlərimi eşitdi, oturdu və dedi:

- أَللَّهُمَّ عَفْوَکَ عَفْوَکَ “İlahi bu iftira və töhmətlərin qarşısında səndən rəhmət və bağışlanmağımı istəyirəm”. Sonra dedi: Yunis! Allah barədə, “O, başqa mövcudlar kimi surətə malikdir” və s. belə xəyalda olan hər bir kəs Allaha şərik qoşmuşdur. Hər kəs Allah barədə xəyal edə ki, Allah da başqa mövcudlar kimidir və əzalara malikdir, Allaha küfr etmişdir. Belə şəxsin şahidliyini qəbul etməyin. Əgər bir heyvan kəsərsə, onun kəsdiyi heyvanın ətindən yeməyin. Allah onu məxluqlarının sifətlərinə oxşatmaqdan və bu kimi şeylərdən uca və üstündür.

İmam sonra buyurdu: Amma Allahı tanıtdıran, onun üzünün olmasına gəldikdə, məqsəd Peyğəmbər (s) və ənbiyalardır. {خَلَقْتُ بِیَدَیَّ أَسْتَکْبَرْتَ} ayəsinə gəldikdə isə, “əl” burada qüdrət və güc mənasınadır. Necə ki, başqa ayədə də {وَأَیَّدَکُمْ بِنَصْرِهِ} “Öz köməyi ilə sizə qüdrət və güc bəxş etdi." Məqsəd “güc, qüvvə və qüdrət”-dir.

Yunis! Hər kəs Allah barədə xəyal edə ki, O, nəyinsə


1- [1] . “Sad” surəsi, 75-ci ayə;

üzərində və ya arasındadır, ya da bir yerdən başqa bir yerə hərəkət edir, yaxud xəyal edə ki, Allahdan uzaq və Allahsız və ya Allahla qarışıb, Allah və xaliqliyi, xəlq olunmuşların sifəti ilə tərif etmişdir. Bir halda ki, Allah tamam məxluqları xəlq edən və heç bir mövcudla müqayisə olunası deyil və cammaata oxşarlığı yoxdur. Heç bir məkan onsuz boş deyil, heç bir məkanı da doldurmur. Bu bizim Allahımızdır və ondan başqası bizim Allahımız deyildir.

Yunis! Hər kəs Allahi belə sifətlərlə tanımağı sevirsə, müvəhhid və Allaha itaət edəndir. Lakin, Allahı bundan başqa sifətlərlə tanımağı sevən şəxsdən Allah uzaqdır və biz Əhli-beyt (ə) də belə şəxslərdən uzaq gəzirik.” (1)

4.

...عَنْ یَعْقُوبِ بْنِ جَعْفَرِالْجَعْفَرِی، عَنْ أَبِی إِبْرَاهِیم (ع) قَالَ: ذَکَرَ عِنْدَهُ قَوْمٌ یَزْعَمُونَ: إِنَّ اللهَ تَبَارَکَ وَ تَعَالَی یَنْزِلُ إِلَی السَّمَاءِ الدُّنْیَاء. فَقَالَ: "إِنَّ اللهَ لاَ یَنْزِلُ وَ لاَ یَحْتَاجُ إِلَی أَنْ یَنْزِلَ، إِنَّمَا مَنْظَرهُ فِی الْقُرْبِ وَ الْبُعْدِ سَوَاءٌ، لَمْ یَبْعُدْ مِنْهُ قَرِیبُ، وَ لَمْ یَقْرُبْ مِنْهُ بَعِیدُ، وَ لَمْ یَحْتَجْ إِلَی شَیْءٍ، بَلْ یَحْتَاجُ إِلَیْهِ، وَ هُوَ ذُوالطول، لاَ إِلَهَ إِلاَّ هُوَ الْعَزِیزُ الْحَکِیم.

أَمَّا قَوْلُ الْوَاصِفِینَ: إِنَّهُ یَنْزِلُ تَبَارَکَ وَ تَعَالَی، فَإِنَّمَا یَقُولُ ذَلِکَ، مَنْ یَنْسِبُهُ إِلَی نَقْصِ، أَوْ زِیَادَهِ، وَ کُلّ مُتَحَرِّکِ مُحْتَاجٌ إِلَی مَنْ یُحَرِّکُهُ أَوْ یَتَحَرَّکُ بِهِ، فَمَنْ ظَنَّ بِاللهِ الظنونَ هَلَکَ، فَاحْذَرُوا فِی صِفَاتِهِ منْ أَن تَقفوا لَهُ عَلَی حَدِّ تَحُدُّونَهُ بِنَقْصِ أَوْ زِیَادَهِ، أَوْ تَحْرِیکِ أَوْ تُحَرِّکِ، أَوْ زوَالِ أَوْ اسْتِنْزَالِ، أَوْ نهوضِ أَوْ قُعُودِ، فَإِنَّ اللهَ جَلَّ وَ عَزَّ عَنْ صِفَهِ الْوَاصِفِینَ، وَنعتِ النَّاعِتِینَ، وَ تَوَهُّمِ الْمُتَوَهِّمِینَ وَ تَوَکُّلِ عَلَی الْعَزِیزِ الرَّحِیمِ، الَّذِی یَرَاکَ حِین تَقُومُ وَ تَقلّبک فِی السَّاجِدِینَ".

Yəqub ibn Cəfər deyir: “Yeddinci İmam Musa ibn Cəfərin (ə) hüzurunda, Allahın göydən yerə endiyini düşünən camaat barədə söhbət düşdü. İmam (ə) buyurdu: Alah yerə enmir və enməyə də ehtiyacı yoxdur. Çünki, mövcudlar yaxın və uzaq olmaqda ona nisbət bərabərdirlər. Nə yaxın ona uzaqdır və nə də uzaq ona yaxındır. Allah nəinki yerə enməyə möhtac deyil, bəlkə


1- [1] . “Biharul-ənvar”, “Kitabut-tövhid”, 14-cü böıüm, “Nəfyul-cismi vəs-surət”.

heç bir işə ehtiyacı yoxdur. Vücuda gəlmiş hər bir şeyin ona ehtiyacı var. Qüdrətə malik olan, zatən ehtiyacsız olan da odur. Ondan başqa məbud və Allah yoxdur. O, güclü və həkimdir. İmam (ə) sözlərinə belə əlavə etdi: Amma söz, Allahı yerə enən və nazil olan kimi sifətlərlə tərif edən şəxslərə gəldikdə, onlar Allah barədə naqislik və çoxluğa qail olmuşlar. Çünki, hərəkət edən hər bir mövcudun, onu hərəkətə gətirə bilən bir vücuda ehtiyacı vardır və yaxud onun vasitəsi ilə hərəkətə gəlsin. Yəqub! Hər kəs Allah barədə belə batil şeyləri ağlına salsa, həlakətə düşər. Allahın vəsfində, onun üçün bir hədd olduğuna etiqad etmək, ona naqislik və çoxluğu nisbət verməkdən qorxun. Ona hərəkət və hərəkətə gəlmə və ya dəyişmək, oturmaq və durmaq kimi şeyləri nisbət verməkdən qorxun və çəkinin. Çünki, Allah belə vəsf edənlərin vəsfindən, xəyal pərəstlərin xəyalından üstündür. Əziz və mehriban olan Allaha təvəkkül et! O Allaha ki, hər halda səni görür. Sənin tənhalıqda Pərvərdigarına üz tutaraq namaz qılmağa qalxdığını və Allahı tanıyanlar və sitayiş edənlər arasında olmağını da görür”.(1)


1- [1] . “Usuli-Kafi”; “Kitabut-tövhid”, “İbtalur-röyət, ən-Nəhyu ənil-cism, səh. 95; bölümü; “ət-Tövhidu Şeyx Səduq”, 1-ci cild, 12-ci bölüm, “ət-Tövhidu və nəfyut-təşbih” və 6-cı bölüm, “Ənnəhu ləysə bicismin”; 8-ci bölüm, səh. 31, 97, 107; “Ehticace-Təbərsi”, 3-cü cild, səh. 383; “Biharul ənvar”, 3-cü cild, 13-cü və 14-cü bölümlər, “Nəfyus-surəti vət-təşbih”, və “Nəfyuz-zamani vəl-məkani vəl-hərəkəti”;

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana