İkinci hissə

İşarə

Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin  nəzərində

1. Sihahi-Sittə (Alti Səhih Kitab)

Sünni məzhəbinin alimləri bütün hədis və məsanid kitablarından altı kitab seçərək, bu kitabları düzgün və səhih saydıqları üçün birinci dərəcəli kitablar bilirlər. Belə ki, bu kitabları “sihah” yəni həqiqətlə uyğun olan hədislər adlandırırlar. Bu kitablar bu məzhəbin əhkam, əqaid, təfsir və İslamın ilk illərinin tarixi barədə olan məsələlərin əsasını və bünövrəsini təşkil edir.

Bundan öncə işarə olunduğu kimi, bu altı kitabların “səhih” adlandırılması və onların başqa hədis və məsanid kitabları ilə fərqi bundadır ki, bu kitablarda olan hədislər və bütövlükdə bu kitabların məzmunu onların müəllifləri tərəfindən və başqa əhli-sünnə alimləri tərəfindən doğru və həqiqətə uyğun sayılır.

Onların nəzərincə bu altı kitabların hər birində Peyğəmbərimiz (s) haqda yazılan hər hansı bir hədis həqiqətən onun mübarək dodaqlarından qeyd olunmuş və ya əməli surətdə onu təsdiqləmiş və bəyənmişdir. Lakin, başqa hədis kitablarında belə xüsusiyyətlər yoxdur. Onların hədislərində olan mətləblərin və məsələlərin Peyğəmbərə (s) səhvən və ya yalan olaraq nisbət verilməsi də mümkündür. Hansı ki, o Həzrət (s) tərəfindən bu hədislər buyurulmamışdır.

Məsələ burasındadır ki, Fəzl ibn Ruzbəhan deyir: “Əgər bir kəs and içə ki, altı kitabda olan hədislərin hamısı səhih və Peyğəmbərin (s) sözləridir, andı düzgündür və ona kəffarə düşmür.(1)

Başqa yerdə isə belə buyurur: “Bizim məzhəbimizin bütün rəhbərlərinin hamısının nəzəri budur ki, altı kitabda olan bütün hədislərin hamısı düzgün və həqiqətə uyğundur.”(2)

Başqa bir cəhətdən, “sihah” kitablarının bəziləri ( sunəni-Termizi) barədə deyilmişdir ki:

مَنْ کَانَ فِی بَیْتِهِ هَذالْکِتَاب کَانَ فِی بَیْتِهِ نَبِی یَتَکَلَّم

_ BU KITAB HANSı EVDə OLSA, SANKI ONUN EVINDə PEYğəMBəR _(S)_ SöZ DEMIşDIR. _

Sunəni Əbi Davud barədə bəzi mənbələr belə buyurur:

کِتَابُ الله اَصْلُ الاِیمَان وَسُنَنِ اَبِی دَاوُدعهدالاِسْلام

_ QURANI-KəRIM IMANıN KöKü, SUNəNI ƏBU DAVUD ISə İSLAMıN PROQRAMıDıR. _

Lakin bu altı kitab arasında Səhihi-Buxarı və Səhihi-Müslim sihahdan və dörd başqa kitablardan daha çox əhəmiyyət kəsb etmişdir. Bu iki kitab əhəmiyyət və dərəcə cəhətindən birinci sayılmış və başqa dörd sihahlar isə əhəmiyyət cəhətindən ikinci dərəcədə yer tutmuşdur.

Səhihi-Buxari və Səhihi-Müslim kitablarinin xüsusiyyətləri

Hədis mövzularının sayı

Səhihi-Buxari adlanan kitab doqquz cilddən ibarətdir və yüz kitabdan çoxdur. Onun mövzuları 3450-ə qədərdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrar olmuş hədisləri nəzərə almasaq 4000-ə qədər hesablanmışdır.(3)


1- [1] . “Ehqaqul-həqqi əla sahibil həvzi vəl - ləva” hədisinin zilində;

2- [2] . Həmin mənbə, 2-ci cild; səh. 235;

3- [3] . “Ət-təqribun-nəvəvi”;

Şərhləri

Əlimizə çatan say bunu bildirir ki, indiyə qədər 59-a kimi (tamamlanmış və natamam) Səhihi-Buxari kitabına şərhlər yazılmışdır. Onlardan 11 şərhi çap olunmuş, bu günə qədər 28 nəfər ona ünvan* yazmışlar. 15 nəfər isə öz zövqlərinə uyğun onu xülasələşdirmiş, 16 nəfər isə ona müqəddimə yazmışdır.

Səhihi-Müslim isə, səkkiz cilddə 15 kitaba şamil olub 1205 mövzudan ibarətdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrarsız 4000-ə qədər hesablanmışdır.(1)

Səhiheyn kitabları barədə yazıçılıq məharəti

Sünnilər “Səhiheyn” və bu iki kitabların bütün hədislərinin doğruluğu və həmçinin onların müəllifləri (Buxari və Müslim) barədə çoxlu təriflər söyləmiş və yazmaqda məharət göstərmişlər. Bəzən bu yolda ifrata varmışlar. Əlbəttə, bu baxımdan Buxari Müslimə nisbətən çox tərif olunmuşdur.

Əhli-sünnə alimləri bəzən Peyğəmbərin (s) salamını Buxariyə çatdırmış, bəzən onun kitabı barədə yuxular görmüş və bəzən də bu iki kitaba və onların müəllifləri haqqında kəramətlər söyləmişlər. Belə ki, bu iki kitabı tərifləməkdə o yerə gəlib çıxmışlar ki, guya bu iki kitab doğru və Peyğəmbər (s) tərəfindən imza olunmuşdur. Lakin, belə kəramətlər və təriflər nəinki bu iki kitabın mətni ilə hətta, öz müəlliflərinin nöqteyi-nəzərindən düzgün deyildir. Bu mövzu barədə geniş şəkildə bəhs edəcəyik.

Hər şeydən öncə əziz oxucunun belə təriflərdən bir neçəsinə diqqət yetirməsini istəyir, sonra isə bu iki kitab barədə təhqiqə başlayacağıq.

Katibe Çələbi deyir: -“ Hədis elmi barədə saysız-hesabsız


1- [1] . Nəvəvi “Ət-Təqrib”kitabında fəqət hədislərin sayını təkrar olmamaqla ad aparmışdır.

kitablar yazılmışdır. Lakin, bizim alimlərimizin Qurani-Kərimdən sonra ən səhih kitabın “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarının olması barədə nəzərləri uzlaşır. (1)

Məhəmməd ibn Yusif Şafei deyir: “Birinci hədis kitabı “Səhihi-Buxari” və ondan sonra isə “Səhihi-Müslim” kitabıdır. Bu iki kitab Qurani-Kərimdən sonra ən səhih sayılan kitablardır”.(2)

Zəhəbi deyir: - “Səhihi-Buxari” kitabı İslam aləmində ən böyük, bəlkə Qurandan sonra ən yaxşı kitabdır.(3)

Çələbi “Səhihi-Müslim” kitabı barədə deyir: “Səhihi-Müslim doğru və düzgünlüyünə görə kitablar arasında ikinci kitabdır. Qurandan sonra ən səhih sayılan iki kitabdan biridir. Qurandan sonra bu iki kitabdan başqa səhih kitab yoxdur”. (4)

Əbu Əli Nişapuri deyir: - “Mavi səma altında “Səhihi- Müsllüm” kitabından başqa bir səhih kitab yoxdur”.(5)

Fazil Nəvəvi "Ət-təqrib"(6) kitabında deyir: “Səhihi-Buxari və Səhihi-Müslim kitabları Qurani-Kərimdən sonra ən səhih kitablardır. Baxmayaraq ki, bəziləri Səhihi-Müslimü birinci sayırlar lakin, Səhihi-Buxari kitabı Səhihi-Müslim kitabına nisbətən ən səhih və çox faydalıdır”.

Yenə də Nəvəvi “Səhihi-Müslim” kitabına şərhində belə deyir: “Qurani-Kərimdən sonra ən səhih kitab “səhiheyn” (Səhihi-Buxari və Səhihi-Müslim) kitablarıdır. İslam ümməti də bu iki kitabı qəbul etməklə onun düzgün və səhihliyini


1- [1] . “Kəşfuz-zunun”, “Elmul-hədis” bölümü;

2- [2] . “Hədyus-sari”, 2-ci cild;

3- [3] . “İrşadus-sari”; 1-ci cild, səh. 28;

4- [4] . “Kəşfuz–zunun”, “Elmul-hədis” bölümü;

5- [5] . “Vəfəyatul-əyan”, 4-cü cild, səh. 208 və “Təzkirətul-hifaz”, 2-ci cild; səh. 589;

6- [6] . “Əttəqrib” qədim kitablardan biridir ki, usul elmində hədis yazılmışdır. Süyuti ona şərh yazmış və adını Tədribur-ravi qoymuşdur. Bu elmdə seçillmiş kitablardan sayılır.

təsdiq etmişlər. Bu məsələ barədə bütün alimlərin nəzərləri və fikirləri eynidir”.(1)

Qəstəlani deyir: “Bütün İslam ümmətinin bu iki kitabın səhihliyi barədə nəzərləri eynidir və hər ikisinin səhih olduğunu qəbul etmişlər. Lakin, onlardan hansı biri digərindən üstündür? Bu barədə müxtəlif nəzərlər var. Bəziləri “Səhihi-Buxari”-yə və bəziləri isə “Səhihi-Müslim” kitabına üstünlük verirlər”. (2)

İbn Həcər Məkki deyir: “Səhihi-Buxari və Səhihi-Müslim kitabları din alimlərinin nəzərində Qurandan sonra ən səhih kitabdır”.(3)

İmamul-Hərəmeyn demişdir: “Əgər bir şəxs and içsə ki, səhiheynin hədislərinin hamısı həqiqətlə uyğun və Peyğəmbərin (s) söylədikləridir, onun andı düzdür və kəffarəsi də yoxdur. Çünki, İslam ümmətinin hamısının nəzəri bu iki kitabın səhih olması barədə eynidir”.(4)

Hələ bu azmış kimi

Əhli-sünnə alimlərinin bəziləri bu iki kitabın bütün hədislərinin səhihliyi və onun haqqında və təriflər söyləməkdə bura qədər qeyd olunanlara kifayətlənməmiş və bu mövzuda həddi aşmışlar. Bununla da bu iki kitabın tərifində ifrata varmış və onun içindəki hədislərin hamısının səhih olmasına və Peyğəmbər (s) tərəfindən imzalanmasını söyləmişlər. Bəzən də “Səhihi-Buxari” kitabı üçün yuxu görmüş və onu Peyğəmbərin (s) öz kitabı kimi tanıtdırmışlar.


1- [1] . “Səhihi-Müslimün” şərhi, 1-ci cild, səh. 15;

2- [2] . “İrşadus-sari”, 1-ci cild, səh. 19;

3- [3] . “Səvaiqu nuhərrəqə”, səh. 5; “Təthirul-cinan” – Səvaiqin haşiyəsində çap olunmuşdur səh. 14;

4- [4] . Şərhi Nəvəvinin müqəddiməsi səh. 19;

Müxtəsəri Xəlil” kitabını şərh edən Şeyx Məhəmməd ibn Əbdur-Rəhmandan nəql olunmuşdur ki, deyir: “Mən ustadım Şeyx Əbdur Muta Tunesi ilə birlikdə Həzrət Peyğəmbərin (s) (s) mübarək hərəminin ziyarətinə getdik. Həmişəki adətinin əksinə olaraq bu dəfə ustadım, hərəmin içində bir neçə addım yeridikdən sonra bir an dayandı. Bu minvalla mübarək qəbirə yaxınlaşdı. Qəbirlə üz-üzə durub bir neçə cümlə söylədi. Mən onun məzmununu başa düşmədim. Mübarək qəbri ziyarət etdikdən sonra bu məsələni (dayanmaq və söhbət etmək) ondan soruşdum. Cavabımda belə dedi: Mən mübarək hərəmə daxil olub Həzrət Peyğəmbəri (s) ziyarət etmək istəyərkən, o Həzrətin (s) özündən icazə istədim. Həzrət (s) icazə verdi və mən də daxil oldum. Həzrətə (s) yaxınlaşdım və ərz etdim: Ya Rəsuləllah! Buxarinin sizdən nəql etdiyi bütün hədislər səhihdirmi? Buyurdu: Bəli səhihdir! Ərz etdim: - Onun hədislərinin hamısını sizdən nəql edimmi? Buyurdu: Bəli, mənim dilimdən nəql et!!”

Bəzi kitablarda bu əhvalatı belə nəql edirlər ki: “Şeyx, Peyğəmbəri (s) ziyarət etdikdən sonra sual etdi: “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarının hər ikisi doğru və düzgündürmü? Onların hər ikisindən hədis nəql etsinmi? Peyğəmbər (s) da onun cavabında hər ikisinin səhih olduğunu bildirmiş və onlardan hədis nəql etməyi icazə vermişdir”.(1)

Əbu Zeyd Mərvəzidən nəql olunmuşdur ki: “Mən məqam və rükn(2) arasında yatmışdım. Peyğəmbəri (s) yuxuda gördüm. Mənə belə buyurdu: Ey Əba Zeyd! Nə vaxta kimi Şafeinin kitabını oxuyacaqsan? Amma mənim kitabımı heç oxumursan. Ərz etdim: Ya Rəsuləllah (s)! Sizin kitabınız hansıdır? Buyurdu:


1- [1] . Hənəfiyyə məzhəbinin muftisi Şeyx Əhməd Nəxəlinin risaləsi, "Əlqovlus-sərah" və İsteqsaul əfhamda nəqlə əsasən.

2- [2] . Hər ikisi peyğəmbər məscidində yer adıdır.

Məhəmməd ibn İsmailin camesi(1) (yəni Səhihi-Buxari).

Fərid Vəcdi deyir: “Bəziləri “Səhihi-Buxari” kitabı barədə çox ifrata varmışlar. Hətta bəzi şəxslərə pulla muzd verirlər ki, (Quran kimi) bu kitabın hədislərini asimani xeyr və bərəkətin cəlb olunması üçün oxusunlar”.(2)

Qasimi "Qəvaidut-təhdis" kitabında deyir: “Səhihi-Buxari kitabı Quranla bərabərdir. Əgər bu kitab taun xəstəliyi zamanında hər hansı bir evdə oxunarsa, o evin əhli bu xəstəlikdən amanda qalacaqlar. Hər kəs bu kitabı hansı bir niyyətlə axıracan oxuyub qurtararsa, öz arzu və istəyinə çatar. Bir hadisə və baş verəcək bir iş qarşıya çıxarsa, belə hadisədən o nicat tapar. Əgər gəmi sərnişinləri ilə birlikdə dənizdə səfər edərsə, o gəmini qərq olmaq təhlükəsi gözləmir”.(3)

Yuxular görürlər və kəramətlər söyləyirlər

Deyirlər ki: - “Buxari uşaq ikən gözləri kor olmuş və anası Həzrət İbrahimi (ə) yuxuda görmüşdü. İbrahim peyğəmbər övladının sağalmasını anasına müjdə verərək belə demişdir: “Sənin duanın təsirindən Allah oğlunun gözlərinə şəfa verdi.” Həmin gecə Buxarinin gözləri yenidən görməyə başladı”.(4)

Fərbəri və Peyğəmbər (s) – Fərbəridən nəql olunur ki, belə deyir: “Bir gecə Peyğəmbəri (s) yuxuda gördüm. Peyğəmbər (s) sual etdi: Hara gedirsən? Dedim: Məhəmməd ibn İsmail Buxarinin yanına! Buyurdu: Mənim salamımı ona çatdır”.(5)

Buxaridən nəql olunur ki: “Mən hər hansı bir hədisi kitaba yazmaq istəyərkən, əvvəl qüsl edib, iki rəkət namaz qılır, sonra


1- [1] . Hədyus-sari 2-ci cild; İrşadus-sari-nın muqəddiməsində səh. 48.

2- [2] . Dairatul maarif 3-cü cild, səh. 482

3- [3] . Qəvaidut-təhdis səh. 250.

4- [4] . Hədyus-sari 2-ci cild;; İrşadus-sari səh. 48. müqəddimədə.

5- [5] . Təhzibul-əsma vəl luğati Zəhəbi 1-ci cild, səh. 68; və Tarixi Bağdad c - 2, səh. 10.

hədisi kitabda qeyd edirdim”.(1)

Fərbəri Buxaridən nəql edir ki, deyirdi: “Mən hər hansı bir hədisi kitabda yazmaq istəyərkən əvvəlcə istixarə edərdim və bu hədisin düzgünlüyü mənə isbat olurdu. Sonra tez onu yazmağa başlayardım”.(2)

Buxaridən nəql olunur ki, o belə demişdir: “ Mən öz səhih hədislərimi 1600 hədis içindən seçərək onları Allahla öz aramda höccət sayırdım”.(3)

Fazil Nəvəvi Müslimdən nəql edir ki: - “Mən, öz səhihimi (müsnədimi) 300.000 hədis içindən toplayıb seçmişəm. Əgər hədis əhli 200- il də hədis yazsalar, yenə də mənim hədis kitablarıma müraciət edəcəklər”.

Şerlər və Qəsidələr

Səhihi-Buxari” kitabı barədə çoxlu qəsidələr deyilmiş və şerlər söylənilmişdir ki, onlardan biri də İbn Amir Corcaninin “Səhihi-Buxari” kitabı barədə vəsf etdiyi qəsidəsidir. O, qəsidəsində belə deyir:

صحیح البخاری لوانصفوه؟

لماخط الابماء الذهب

هوالفرق بین الهدی والعمی

هوالسددون العناوالعطب

اسانید مثل نجوم السماء

امام متون کمثل الشهب

به قام میزان دین النبی|

ودان له العرب بعد العجم

Əgər insafa qalsa gərək “Səhihi-Buxari” kitabı qızıl suyu ilə yazılsın. Çünki, bu kitab azğınlıqla hidayət arasında fərqi açıqlayan bir kitabdır. Ağır sellərin və mənəvi uçurumun qarşısında möhkəm sədd və qala kimidir. Bu kitabın


1- [1] . Fəthul-bari və irşadus-sari . müqəddimə.

2- [2] . Həmin sənəd.

3- [3] . “Kəşfuz-zunun” -müqəddimsi; Fəthul-bari və irşadus-sari;

sənədləri parlayan ulduzlar kimidir ki, mətnlərin hər birində, göydə süzən parlaq ulduzlar kimi düzülmüşlər. Bu kitabla Allah elçisinin dininin tərəzisi qurulmuş və möhkəmlənmişdir. Ərəb və əcəm qarşısında baş əydiyi və təzim etdiyi kitab, bu kitabdır.”(1)

İmam Əbul Fətuh İcli də “Səhihi-Müslim” kitabı barədə yazdığı şerində belə söyləyir:

صحیح القشیری ذارتبه

تفوق الثر یا اذاما اعتلت

فالفاظه مثل نور الریاض سقیها

السواری اذا ماسرت

و اماالمعانی فکالشمس تحت

السحاب الخریفی عنهانجلت

فلله دوله هذا الامام

والله همته ان علت

علیه من الله رضوانه

فقدتم مسعاته وانتهت

Səhihi-Müslim elə bir dərəcəyə və məqama malikdir ki, "sürəyya"(2) ulduzlarından üstündür. Bu kitabın sözləri ağacların çiçəklərinə bənzəyir. Hərəkət edən buludlar və rəhmət yağışları onu sulayıblar. Amma mənalarına gəldikdə isə, payız günəşi kimi buludlar altından görünərək işıq saçırlar. Bu İmamın (Müslimün) dövlətini daimi etmək Allahın əlindədir. Onun uca himmətini daha da ucaltmaq Allahın öhdəsinədir. Onun yeri cənnəti-Rizvan və Allahın behişti olsun. Çünki o, çalışaraq axırıncı məqama və kəmala yetişmişdir.”(3)

İfrat dərəcəsinə çatmış müdafiə

Sünni təriqəti bu iki səhihin (Buxari və Müslim) tərifi barədə ifrat həddinə çatmışlar. Bu iki kitabın məqam və rütbəsini


1- [1] . “Kəşfuz-zunun ba-Elmul-hədis”, “Fəthul-bari”nin və “İrşadus-sari”nın müqəddiməsi.

2- [2] . Çılçıraq kimi parlayan bir neçə ulduzun adı.

3- [3] . Bu şer “Səhihi-Müslim”in axırında gəlmişdir.

qorumaqla ifrata varmış və heç bir təhqiqatçının, alimin belə bu kitabların barəsində mübahisə etməsinə və təhqiqat aparmasına icazə verilməmişdir. Bu iki kitabı Qurani-Kərim kimi vəhyə bənzədilərək eyibsiz və səhvsiz olduğunu bildirirlər. Bu kitabların hədisləri barədə hər hansı bir təhqiqatın aparılması Qurani-Kərimə hörmətsizlik və bağışlanmaz səhv kimi qələmə vermişlər.

Hicri-şəmsi tarixi ilə 1386-cı ilin rəbius-sani ayında Küveytin İctimai İslahedici Cəmiyyəti tərəfindən Səhihi-Buxarini müdafiə etmək məqsədi ilə müxaliflərə cavab olaraq bir kitabça nəşr olundu. Onun cildinin arxasında belə bir cümlə nəzər diqqətini özünə cəlb edirdi:

کُلُُّ مَافِی الْبُخَارِی صَحِیحٌ

_ SəHIHI-BUXARININ BüTüN HəDISLəRI SəHIH Və DüZGüNDüR. _

Bu kitabçanın nəşr olunması Əbdul Varis Kəbir adlı yazıçının:

(لَیْسَ کُلُُّ مَافِی صَحِیحِ البُخَارِی صَحِیحاً) Səhihi-Buxaridə olan hədislər düzgün deyildir “ ünvanı altında yazdığı məqalə Əlvə-yul-İslami qəzetində (Küveyt çapı) dərc olunduğu üçün ona rədd cavabı idi.

Biz, bu məqalənin mətnini görməmişik. Buna görə də onun haqqında fikir yürüdə bilmərik. Lakin, bu kitabçaya etiraz əlaməti olaraq cavab yazılmış kitabça bizim əlimizdədir.

Bu kitabçanın əvvəlində Suriyanın elmi mərkəzlərindən və institutlarından olan 32 nəfər müəllim Küveyt əmirinə etiraz olaraq, dərc olunmuş bu məqaləni yazanın qələminin sındırılmasını, həmçinin Küveyt əmiri tərəfindən bu nəşriyyatın qarşısının təkidlə alınmasını xahiş etmişlər.

Sonra səkkiz nəfər alim və başqa müəllimlər Səhihi-Buxarini və Səhihi-Müslimü müdafiə edən ərəbin böyükləri məqalə

yazaraq onu nəşr etdirmişlər. Bu nəşrdə alimlərdən adı çəkilmiş və cavab olaraq Buxarinin bu kitabını müdafiə etməklə öz etirazlarını yazıb bildirmişlər.

Əziz oxucu! Bəlkə də bu haqda daha çox danışmaq olardı. Lakin burada onların bir neçəsinə toxunmaq istəyirik. Bunların bir miqdarını nəql etməklə sizə, əhli-sünnə arasında bu kitabların necə əhəmiyyət kəsb etdiyini və keçmişdə olduğu kimi indi də öz əhəmiyyətini qoruyub saxlamasını bildirmək istəyirik.

Belə ki, əgər bir nəfər elmi bir mövzu yazmaq və həqiqəti aşkar etmək istəsə, bu iki kitabın bütün hədislərinə nəzər edərək araşdırma aparsa görəcəkdir ki, bu kitablarda olan hədislərə “səhih” adı vermək düzgün deyildir. Belə həqiqətlərdən biri kiminsə zehninə yol taparsa, mövzunun nə qədər də aşkar və aydın olduğunu dərk edər.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana