2 . Müslimin tərcümeyi-halı və onun yaşayış tarixi

İşarə

Adı Müslim, atasının adı Həccac, künyəsi Əbul Hüseyn, Quşeyri adı ilə tanınmış və Nişapurludur.

Doğulduğu və vəfat etdiyi tarix:

Tərcümeyi-hal yazanlar, Buxarinin əksinə olaraq, onun həyatı barədə çox da araşdırmalar aparmamış, hətta onun doğum və vəfatını, ömrünün miqdarıni belə dəqiq şəkildə yazmamışlar.

İbn Xəlləkan deyir: “Müslimün vəfatı bazar günü günortaya yaxın, hicri-qəməri tarixi ilə 261-ci ilin Rəcəb ayının 26-da Nişapurda olmuşdur. Həmin günlərdə o, 55 yaşında olardı”. Sonra əlavə edərək deyir: - “Mən bu mətləbi bəzi kitablardan bəhrələnərək əldə etmişəm. Lakin tanınmış yazıçılardan onun doğum və vəfat tarixi, ömür və yaşayışı barədə yazan bir kəs görməmişəm”. Sonra belə deyir: “Nişapurinin Uləmaul-Ənsar kitabından oxudum ki, Müslimün doğum tarixi hicri-qəməri tarixi ilə 206-cı il, vəfatı isə hicri-qəməri tarixi ilə 262-ci il 56 yaşında olmuşdur”.(1)


1- [1] . “Vəfəyatul-əyan”, 4-cü cild;

Təqribən həmin məsələni Fərid Vəcdi ünvan göstərmədən qeyd etmişdir.(1)

Hafize Zəhəbi deyir: “Nəql olunmuşdur ki, Müslimin doğum tarixi 204-cü hicridə olmuşdur”.

Müslimin elmi səfərləri:

Müslim hədis toplamaq üçün Hicaza, İraqa, Şama, Misirə və dəfələrlə Bağdada səfər etmiş və Bağdada olan axırıncı səfəri hicrətin 257-ci ilində olmuşdur. O, bu səfərlərində müxtəlif müəllimlərdən, o cümlədən Əhməd ibn Hənbəl və İshaq ibn Rahuveyh(2) kimi şəxslərdən də hədis öyrənmişdir. Lakin, Buxaridən öyrəndiyi və mənimsədiyi elm başqa müəllimlərindən daha çox olmuşdur.

Müslim hədis və elm öyrənməyi çox sevirdi. Buxari Nişapurdan sürgün olunduqdan sonra ətrafında olan bütün tələbələr onu tərk etdilər. Müslimün ona olan böyük hörməti səbəb oldu ki, öz müəllimi Buxarini nəinki tərk etməsin, hətta səfərlərində də onu müşayiət etsin.

Müslimin əsərləri:

Hafizi Zəhəbi, Hakimdən Müslimün 20 cildlik müxtəlif elmlərdə yazdığı kitablar haqda nəql etmiş və bir-bir onların adlarını qeyd etmişdir.(3) Müslimün bu kitabları arasında “Səhihi-Müslim, ya Əlcameus-Səhih” adlı kitabı çox əhəmiyyət kəsb edir. Əhli-sünnə məzhəbinin nümayəndələri arasında bu günə kimi bu kitab özünəməxsus bir yer tutmuşdur.


1- [1] . “Dairatul-maarif”, 5-ci cild;

2- [2] . İshaq ibn Rahuveyh Buxarinin ustadı idi.

3- [3] . “Təzkiratul-hafiz”, 2-ci cild; səh. 588;

Müslimin vəfatının səbəbi:

Nişapur şəhərində keçirilən elmi məclisdə bir hədis müzakirə olunmağa başlandı. Müslim o hədis barədə məlumatı olmaya-olmaya öz şəxsi nəzərini dedi. O, mənzilinə getdikdən sonra həmin hədisin barəsində araşdırma apardı. Dostlarından biri onun üçün böyük bir qabda xurma göndərmişdi. Müslim o hədisi tapmaq üçün gecəni səhərə qədər yatmadı. Öz yuxusunu dağıtmaq üçün bəzən xurmalardan yeyirdi. Bir də ayılanda gördü ki, səhər açılıb. Hədisi tapanda artıq xurmalar da qurtarmışdı. Xurmaların təsiri nəticəsində xəstələnib 55 yaşında dünyadan getdi. Onu Nişapur şəhərinin yaxınlığında torpağa tapşırdılar.(1)

Bu əhvalat onun elmə olan böyük marağına və hədisə olan məhəbbətinə dəlalət edir.


1- [1] . “Dairatul-maarif”, 5-ci cild; və “Meşkatu nurud-dini huravi;

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana