Məsələ 141: Qadınlar gərək öz övrəteynini digər qadınlardan örtsünlər, bədənin başqa yerlərini ondan örtmək vacib deyildir.
İmam, Fazil və Məkarim:
Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.
Bəhcət və Xamenei: İstifta.
Sistani: Minhacus-salihin, əhkami təxəlli, 55-ci məsələdən qabaq.
Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 1704.
Məsələ 142: Əgər bir qadın başqa bir qadının ləzzət məqsədilə onun bədəninə, yaxud əlinə və ya üzünə baxdığını bilsə, vacibdir ki, öz bədənini, əlini və üzünü ondan örtsün.
İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.
Bəhcət: Günaha kömək etməmək qəbilindən özünün bədən, əl və üzünü örtməsi vacibdir. İstifta
* NƏTİCƏDƏ: Hamamlarda, hovuzlarda, idman, dərzi və saç düzümü salonlarında bir qadın başqa bir qadının ləzzət məqsədilə ona baxdığını görsə, dərhal özünü ondan örtməlidir.
Məsələ 143: Əgər bir qadın öz bədənini başqa bir qadını harama salmaq məqsədilə örtməsə, bu iş haramdır.
İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaqkılardan istifadə etməklə.
Sistani: Minhacus-salihin, nikah, məsələ: 18; Tovzihul-məsail, məsələ: 2444.
Bəhcət: Örtülməsi vacib olan bədənin bir hissəsinin örtülməməsi haramdır. Hətta başqası harama düşməsə də belə. Bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək fərz olunduğu halda onun da örtülməsi vacibdir. İstifta.
Məsələ 144: Qadının öz övrəteynini başqa qadınlardan örtməsi vacibdir. Hətta onlar ləzzət və reybə qəsdi olmadan baxsalar da; belə ki, yalnız zərurət halı istisna olunur.
İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaqk.
İmam, Bəhcət və Xamenei: İstifta
Sistani: Minhacus-salihin, nikah, 18, 20 və 21-ci məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2444.
səh:72
* NƏTİCƏDƏ: Baxmaq bölməsində qeyd olunduğu kimi, qadınlar zərurət halına çatmazdan öncə həkimin yanında öz övrəteynini aça bilməzlər. Buna görə də zərurət halı olmadan hamiləliyin qarşısını almaq əgər övrəteynini həkimin qabağında soyunmağı lazım tutursa, caiz deyildir və ondan çəkinmək lazımdır, hətta həkim qadın da olsa belə.
Həmçinin qadınlar ümumi hamamlarda özlərini gözləməli və övrəteyni örtməlidirlər. Buna görə də övrəteyni tamamilə örtməyən nazik paltarın geyilməsi caiz deyildir.
Buna əsasən, bəzi radioloji şəkillərin salınması, bətndən sinoqrafiya edilməsi, bətn daxili cihazların, aparatların bətnə salınması və s. kimi – övrəteynin başqasının qabağında açılması lazım tutulan bu kimi işlər – əgər zərurət halında olmazsa, caiz deyildir və ondan çəkinmək lazımdır.