Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:
Məsələ 145: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.
İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.
İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 34.
Bəhcət, Xamenei və Təbrizi: İstifta
Sistani: Minhacus-salihin, nikah, məsələ: 25.
Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdırlar, ya da oğlan:
Məsələ 146: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.
İmam Fazil Məkarim Ürvə, Sətr və satir, 1-ci məsələdən əvvəl.
Bəhcət: İstifta.
Sistani: Minhacus-salihin, Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.
Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:
Məsələ 147: Əgər müməyyiz olan oğlan uşağı məhrəmdirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.
İmam Fazil Məkarim, Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.
Bəhcət: İstifta.
Sistani: Minhacus-salihin, Əhkami təxəlli, 55-ci məsələdən qabaq.
Məsələ 148: Əgər müməyyiz olan oğlan uşağı naməhrəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.
İmam: Təhrir, nikah, məsələ 26.
İmam: İstifta.
Bəhcət: Tovzihul-məsail, məsələ 1937.
Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunmasına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir,
səh:74
ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.
Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.
Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir. Tovzihul-məsail, məsələ 2082.